ƏDƏBİ GOREŞƏNLƏR…

Firuz MustafaFiruz MUSTAFA

İNSAF DA YAXŞI ŞEYDİR!

Səməd VurğunSaytlarda, qəzetlərdə tez-tez tarixi şəxsiyyətləri ifşa edən sənəd və məqalələr dərc edilir. Çox əcəb. Əslində, arxivlər açılsa yaxşıdır… Amma…

Amma məsələ burasındadır ki, nəhəng şəxsiyyətləri (məsələn, Səməd Vurğunu) tənqid edənlərin bir çoxunun özləri şəxsiyyətsiz adamlardır.. Nə üçün? O vaxt adamlar bir-birini böyük bir ideyaya görə qurban verirdilər… İndi kiminsə bir “molodesinə”, ya da bircə təbəssümünə  görə…)

Məsələn, Səməd Vurğunu tənqid edənlərin bir neçəsini tanıyıram; bunların əksəriyyəti (məsələn) beş-on manat üçün hər şeyə gedən adamlardır.

sual işarəsi şəkilləriDigər tərəfdən (yenə, məsələn) tutaq ki, Səməd Vurğun Leninə şeir və ya poema həsr edib. Onu tənqid edənlər isə, hansısa kababçını və ya sahibkarı “nəyə görəsə” cild-cild kitablarda vəsf ediblər …

Əlbəttə, mən kimisə (məsələn, Səməd Vurğunu) səhvsiz, təqsirsiz, günahsız hesab etmirəm.. Amma…

Amma insaf da yaxşı şeydir!


P.S.

Əslində bu işlə məşğul olanların çoxu ədəbi goreşənlərdir…

1 şərh

  1. bir gun ovcu marali yaralayir maral gelib golden su icen vaxt bir qurbaga bawini sudan cixarib marali yarali gorur ve woruwur maral baci bu nedir sen niye qanin icindesen maral cavab verirki meni ovcu gulle ile vurub bunu ewiden qurbaga qayidirki ovcu ciyeri yanmiw sen maralnan men maraldan ne isteyir maral qurbaganin sozunden cox meyus olur qayidirki men ovcunun gullesinden olmeyeceydim senin sozun meni oldurecek sen meni ozune tay tutursan indi neslil necabetinde Semed Vurgunun ayaginin tozuna beraber kiwisi olmayan deleduzlar onunu muzakire edirler ona gore deyirler adamnan ewwek olmasa hemedanda ewwekin biri min tumen olar

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*