ƏGƏR PREZİDENTLƏR YALAN DANIŞIRLARSA, … NECƏ OLSUN ???

Fb-NİN GÜNDƏMİNDƏN

DİSKOMFORT HİSS ETMİRSƏNSƏ…

rafiq-manaf

GET SƏN DƏ DE …

Rafiq MANAFLİ

ARCHIV - Die Staats- und Regierungschefs der G8 - (l-r) Shinzo Abe (Japan), Stephen Harper (Kanada), Nicolas Sarkozy (Frankreich), Wladimir Putin (Russland), Angela Merkel (Deutschland), George W. Bush (USA), Tony Blair (Großbritannien), Romano Prodi (Italien) und EU-Kommissionspräsident Jose Manuel Barroso - sitzen in Heiligendamm in einem großen Strandkorb (Archivfoto vom 07.06.2007). Der dreitägige G8-Gipfel geht am 08.06.2007 in Heiligendamm zu Ende. Es wird vereinbart, erstmals gemeinsam eine globale Klimaschutzstrategie unter dem Dach der Vereinten Nationen zu entwickeln. Foto: Oliver Berg dpa +++(c) dpa - Bildfunk+++

mdb-sammit-biskek

Prezidentlər əlahiddə status və səlahiyyətlərə sahibdirlər. Onların hətta şərəf və ləyaqətləri cinayət məcəlləsinin xüsusi maddələri ilə qorunur. Səlahiyyətlərin verilməsində, hüquqların qorunmasında və bütün digər məsələlərdə qanunvericiliyin tələbləri biristiqamətlidir – Prezidentlərin xeyrinə. Yaxşı, bəs əgər Prezidentlər yalan danışırlarsa, rəqəmlərlə manipulyasiya edib xalqı gic yerinə qoyurlarsa, onda necə olsun?

Kimisə təhqir etmirsənsə, dövlət sirrini yaymırsansa, prezidentin şərəf və ləyaqətini alçaltmırsansa danışmaq qadağan deyil. Nə istəyirsən de.

İstəyirsən de ki, qeyri-neft sektorunda 5%, kənd təsərrüfatında 2,6% artım olub. Artımın sayla deyil, 250% dəyərdən düşmüş manatla ifadə olunduğunu deməyə də bilərsən, cinayət deyil. İstəyirsən 100 min adamı at çölə, işsiz qoy, de ki 100 min iş yeri açmışam. Sözdür də. Lap istəyirsən böhrandan şərəflə, nə bilim, şöhrətlə çıxmağından danış. Diskomfort hiss etmirsənsə danışmağa nə var ki.

Amma reallıq başqadırsa, işsizlər ordusu günü-gündən  böyüyürsə, işləyənlər isə aylarla maaş ala bilmirlərsə, güzəran saatbasaat pisləşirsə, insanlar aclıqdan özlərini asırlarsa, ya da elə sadəcə ölürlərsə sənin dediklərin üzü küləyə danışmaq kimidir. Özündən başqa heç kim eşitməyəcək.

LƏTİFƏ

78 yaşlı qoca həkimə gəlir, zəifləməsindən, gücünü, qıvraqlığını itirməsindən şikayətlənib kömək istəyir. Həkim onu müayinə edib hər şeyin qaydasında, yaşına uyğun olduğunu bildirir.
Qoca: – Sən nə danışırsan? Mənim qonşumun 80 yaşı var, əjdaha kimidir. Hər şeyi də yerində…
Həkim: – Nə bilirsən?
Qoca: – Özü deyir.
Həkim: – Get sən də de.




rzmiz-qusarcayYELLƏNİR BAKIDA YABANÇI ƏLLƏR,

APARIB ASSINLAR TƏBRİZƏ MƏNİ!!!

Ramiz QUSARÇAYLI

VƏTƏN 

Dərbəndin içinə yıxılan daşlar,butov-az%c9%99rbaycan
Bizim başımıza qaxılan daşlar,-
Vətən!
Göyçə harayına Borçalı yandı,
Bu dərd ürəkləri parçalayandı,-
Vətən!
Ürəyim dərdlərə meşə torpağı,
Dərmanı bir ovuc Şuşa torpağı,-
Vətən!
Kökündən qaçanlar hər kökə düşər,ramiz-qusarcayli
Ağrısı Uyğura, Kərkükə düşər,-
Vətən!
Ovutmaz nə Bolu, nə Rizə məni,
Aparıb assınlar Təbrizə məni,-
Vətən!
Hönkürən Samurdu, dolan Arazdı,
Gedən yer Mehridi, gələn yer azdı,-
Vətən!
Nə tez gəlib çatdı dərdin əcəli,
Çörək ağacına döndü Xocalı,-
Vətən!
Yellənir Bakıda yabançı əllər,
Yellədir Vətəni yalançı əllər,-
Vətən!
Vətən!
Vətən!

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir