ƏLİZADƏ QARDAŞLARI KİMİN ÇALDIĞI HAVAYA OYNAYIRLAR???!!!

Sərdar ƏLİBƏYLİ

AZƏRBAYCANDA TÜRKƏ VƏ TÜRKÇÜLÜYƏ QARŞI AÇILAN SAVAŞ TƏSADÜFDÜRMÜ???!!!  

Araz Əlizadə deyir ki, Əbülfəz Elçibəy kürddür və bunu nə vaxtsa Əkrəm Əylislidən eşitdiyini söyləyir. Bu arada Əkrəm Əylisli də bildirir ki, Araz Əlizadə adlı adamı nə tanıyır, nə də ona belə bir söz deyib. Amma, necə deyərlər, artıq cin torbadan çıxıb və bütün ölkə boyunca bu haqda mübahisələr, müzakirələr gedir. Başqa sözlə “Çamuru at, özü tutmasa da izi qalacaq” misalı, Araz Əlizadə istəyinə tam nail ola bilib. Bu azmış kimi, bir neçə gün fərqlə, eyni fikri onun qardaşı Zərdüşt Əlizadə də təkrarlamaqla, odun üstünə körüklə yeriyib, yaranmış mübahisələri və aparıılan müzakirələri təzədən alovlandırmaq cəhdində bulundu. Elçibəyin milli kimliyi hətta onun ən sərt tənqidçilərində belə şübhə doğurmur və bu məsələ, bir növü, “İt hürər, karvan keçər”, ya da “Dəyirman öz işindədir, çax-çax baş ağrıdır” misalı zamanla ötüb keçəcək və bu zəhər tuluqlarnın əsdirdiyi rüzgarlar əzəmətli qayadan bir çınqı belə qopara bilməyəcək…

Oysa, ağlı başında olan insanların, üzərində düşünməli olduqları çox önəmli bir məsələ də var. Axı, bayram deyilsə, seyran deyilsə, Elçibəyin nə doğum nə də anım günüdürsə, adamın özü həyatda yoxdursa, hansısa gizli arxivlərdən “məxfi”, ya da “tamamilə məxfi” qrifli sənədlər taplmayıbsa, bu qardaşlara nə çər dəyib ki, durub-dururkən Əbülfəz bəyin milli kimliyini mübahisələndirən açıqlamalar verir, onun barəsində belə bəyanatlar səsləndirirlər? Hələ-hələ, məmləkətin dərdləri çəkilməz hala gəlibsə, problemləri başdan aşırsa və ölkə qəfil bir sərəncamla bütünlüklə seçki havasna giribsə, o zaman, urus demiş “priçyom tut” Əbülfəz Elçibəy və onun milli mənsubiyyəti. Demək burda bilincli şəkildə, ya ölkənin gündəmini dəyişmək istəyi, ya da daha vahim və daha təhlükəli məramlar və məqsədlər var. Bu arada, son iki ildə Azərbaycanda türkə və türkçülüyə qarşı elan olunmamış soyuq savaşın aparılmasına da bu kontekstdə baxmaq lazımdır məncə. Təkcə bu iki qardaşın(və təkcə onların yox – S.Ə.) son illərdə bu yöndə verdikləri açıqlamaları izləməklə, sözügedən  savaşın necə sinsi yollarla, necə məkrli üsullarla və necə davamlı, həm də artan xətlə aparıldığının şahidi olmaq mümkündür. Heç şübhəsiz ki, Azərbaycan türkünün və Azərbaycanda türkçülüyün öndər simalarndan biri olan Əbülfəz bəyin milli mənsubiyyətinin də bu şəkildə, həm də məhz indi gündəmə gətirilməsi həmin sinsicə həyata keçirilən planın tərkib hissəsidir və düşünürəm ki, bu da son deyil…

Burda diqqət edilməli ən önəmli xüsuslardan biri də odur ki, bu savaşın əsgərliyinə soyunmuş və özlərinin zatı-pakı ciddi şübhə doğuran adamların bu işlərə özbaşlarına qoşula bilmələri mümküm deyil, ən azından Azərbaycanın indiki görünən reallıqlarnda mümkün olmamalıdır. Oysa, bəlli dairələrdən  bu ilanlara zəhər verən kərtənkələlərin olduğu şübhə doğurmur. Zira, bu adamlar belə ciddi oyunlara öz istəkləri üzərinə qoşula biləcək nə maddi imkanlara, nə mənəvi gücə, nə də sərbəst hərəkət imkanlarna sahibdirlər, heç şübhəsiz ki, bəlli qaynaqlardan güc alırlar. Təbii ki, nə Araz Əlizadəyə əta edlən deputat kürsüsü boşuna verilib, nə də  Zərdüştə, illərdən bəridir ki,  Mlli Hərəkata və Millətin özünə düşmənçilik etməsinə rəğmən, orta səviyyədən də üstün həyat tərzi elə-belə yaradılıb.  Adamlar da bunun qarşlığnı nə iləsə ödəməlidilər. Zira haqq etdin, ya etmədin, aldığın bir şey varsa, verəcəyin bir şey də olmalıdı ki, bu qardaşların indi verdikləri anti-türk və anti-türkçülük savaşı da bu qəbildəndir…

Olsun, amma bu boyda məsələyə niyə bu qədər bəsit və adi yanaşma sərgiləyirlər, bax orasını qanammram. Necə yəni, filankəs deyirdi ki, filankəs “kürddür” və sən də bunu “evrika” deyə, böyük bir kəşf və ya, nadir bir tapıntı kimi cəmiyyətə təqdim edirsən. Bu qədərmi sadə məsələdir bu. Ona qalsa, lətifəsi bu qardaşlardan uzaq, amma biriləri də deyiblər və indi də deyənlər var ki, filankəslərin anası “fahişə”, atası da “satqın” olub. İndi biz də bu deyilənlərin üzərindən adlı, ünvanlı manşetlərmi atmalı və bunu da fakt və ya həqiqət olaraq cəmiyyətə təqdimmi etməliyik?! Bu nə üslub, bu nə korazehin yanaşmadır belə, cənablar. Axı, qaşınmayan yerlərdən qan çıxarmaq istəyi hardandı bu adamlarda?! …

Yeri gəlmişkən, bizim nə “kürd” dərdimiz var, nə də başqa bir millətə iradımız, hər kəs allahn ona bəxş etdiyi və öz valideynlərindən əmanət aldığı milli mənsubiyyəti ilə yaşamaq,  öz milli kimliyi ilə öyünmək zorundadr. Bu yoldan sapmaq, necə deyərlər, “qınından çıxıb qınnı bəyənməmək” də hər kəsin özünün biləcəyi məsələdir. Bizim türkcəmizdə belələrinə  “sapıq” deyirlər və bu tiplərə toplumun verdiyi qiymət də elə sapıqlıq qədər olur. Elçibəy, bütün doğruları və yanlışları ilə, təpə-dırnaq türk oğlu türk olmaqla bərabər, həm də  türk dünyasının seçkin, sayqın, öndər simalarndan biridir və onun milli kimliyinə laf atmaq bəzi korazehin sapıqlara düşməz. Hər kəs yerini və həddini biləcək artq. Anadolulu qardaşlarmızn ləhcəsində buna “çizməyi keçmək” deyirlər. Bu qədəri fazla olur, yapmayın, etməyin ki, bir gün o çizmə ortadan qalxmasın …

———————————————————————————————————————–

P.S.

Mübariz MƏSİMOĞLU:

“Elçibəyə qarşı mübarizə aparan şəxsləri ya Allah cəzalandırır, ya da şeytan”

2 080 просмотров

4 şərh

  1. weerqwwunass ekrem wamxalovv ebuullffez ellciibeyin telebee yoldaawi mmene qurd kkuurd tuurk meselesini bele orggedirdiki qurrdd kurddun ve turrkkun eecdadidir vve bunnllaaar qqaardawvve bbir xaalq mmillletddiiler indii siiyyaaset duunyaa rrejjiimleri bbirr xalqi biir bbiiriine qiirrdirrir iinddi bbiz quurrdllarda kurddllerdde tuurklerde agiill vvarmi eekrrem waamxaloov aazerbaycannda nnizzami mekktebbii yyarattmmiiwdirr siiyassetiin parccaalla hokm et pparcalaa meehhvv et meselesinii iinii biz qqurrddllara kkurddlere tturkklere tetbiqq eedirller paapagimmizzi qaabbaggimmizaa qooyuub fiikirlewwmekk zaammanidier birdeki haanssi millletdeenn oolursann oll insan olmaqq laziimdir rrehmetlikk bbexttiyar vaahabbzzade deeyirdikii men qorxuraamm zaman gele insaannlaarr yawayaa innsanliq olle bbax innddi innsanlarrin sayi milyardlaarla iinssanliq olur yavvaww yavvaaw allahh aaxxiirrimmiizii xxeyyrr eleessiin

  2. Bir zamanlar bulaq1,bulaq2 ile prezident seçilmek isteyen birisi ELÇİ BEY adına ağzına gelenini deyirdi.Bugün de “meşhur” qardaşlar,gündemde qalmaq adına BEYin adına şer-böhtan atırlar.
    Görün ne gündesiz.Yazıqlar olsun sizi kimilere.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*