“ƏSRİMİZİN SİYAVUŞU” NA XATIRLATMA !!!

Sərdar ƏLİBƏYLİ

Siyavuşu, illərlə aşağılayıb, yuxarıdan aşağı baxdığı kişilərin ayağına gətirən və yalvarmaq həddinə çatdıran nə olmuş olsa görən?!…

Dünən gün hardan doğmuşdu, nə baş vermişdisə, 25 illik YAP iqtidarnın siyasət “Rembo”su, mədəniyyət “Terminator”u obrazında gördüyümüz Siyavuş Novruzov, mələk donunda, bir az da hövlanak şəkildə “Yeni Müsavat”ın arxa bağçasında peydahlanıb, timsah göz yaşlarına boğularaq, hamını inandırmağa çalışırdı ki, ömrü boyunca “kişi kimi mübarizə aparıb”, nə kimsəni təhqir edib, nə də kimisə söyüb. Hətta beləsi biri tapılarsa, elə ordanca yüyürüb gedərək, həmin şəxsdən üzr istəməyə hazır olduğunu da dilə gətirmişdi. Dünən onun sözügedən müraciəti ilə bağlı düşüncələrimi və yaranmş durumla bağlı mövqeyimi yazılı şəkildə bildirmişdim. Əslində bu məsələyə bir daha qayıtmaq fikrim də yox idi. Zatən adamın illərdən bəri özünü necə apardığı və danşdıqlarında da, tək bircə qətrə də olsa, həqiqət payı və səmimiyyət olmadığını da külli-aləm bilir. O baxımdan, görünən kəndə bələdçi olmaq həvəsim də yox idi. Bununla belə,  dövri mətbuatın bu günkü səhifələrində gedən bəzi yazılar diqqətimi çəkdi deyə, mövzuya bir də qayıtmaq zərurəti duydum. O səbəbdən ki, bu cür adamlara bəzən, ya özlərini, ya da xalqı və cəmiyyəti bir belə də unutqan hesab etməmələrini xatırlatmağın yeri var məncə. Əslində nə cəmiyyət, nə də xalq heç zaman unutqan olmur, illah da, ədəbi, bədii və şüuraltı yaddaşında “HEÇ KİM, HEÇ NƏ UNUDULMUR” kimi hikmət dolu fraza yaşadan bir toplumu, xalqı və milləti unutqan saymaq, ya sadəlövhlükdü, ya da gerizəkalılıq əlamətidi.  O ayrı bir məsələdir ki, tarixinin müəyyən dönəmlərində, bəlli səbəblərdən, toplum ya susqunluq nümayiş elətdirir, ya da yaşadığı gerçəklikləri biruzə vermək imkanlarının qısıdlandğını bildiyindən, düşüncələrini gizli-saklı tutmaq məcburiyyətində qalır. Əslində bu kimi məsələlər ƏSRİMİZİN, ucdantutma Elmlər Doktoru titilunu satn almış SİYAVUŞ(lar)ının, kolaylıqla anlayıb,  əxz edəcəkləri məsələlər sırasında yoxdur. O baxımdan, Siyavuş Novruzovdan da bunu gözləmək, onun səviyyəsində “üstün” bilgilərə sahib olan adamların işidir. Bütün bunları da ona görə yazdım ki, xalqn unutqan olmadığını və zamanı gəlincə bütün olub-bitənlərə adekvat cavab verə biləcəyini Siyavuşun özü də siyavuşkimilər fəsiləsindən olanlar da görüb, dərs alsınlar…

Oysa, indi Siyavuş Novruzovun zaman-zaman cəmiyyətin müxalif kəsiminə olan nifrətini, kinini, küdurətini və genəl münasibətini əks etdirən bəzi deyimlərini onun özünə və şərh vermədən cəmiyyətin diqqətinə, ictimai rəyin müzakirəsinə təqdim edirəm. Buyurun, baxın və görün ki, dünən tmsahlara xas göz yaşları içində “kişi kimi mübarizə aparmışam” deyərək, heç vaxt söyüş və təhqirə yol vermədiyini and-amanla söyləyən bu zat, 2013-cü ilin martında sabiq müdafiə naziri Rəhim Qazıyevin haqqında hansı tonda danşır, nələr deyirdi:

“Siyavuş Novruzov:

“Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı tanıyır”” 

başlığı altında “Yeni Azərbaycan” qəzetinin 2013 mart tarixli, № 051 saylı nömrəsində dərc edilən və o dövrün yandaş mediası tərəfindən dəfələrlə tirajlanan müsahibədə görün necə ifadələr və cümlələr var: 

“Rəhim Qazıyev kimi şərəfsiz insan…,

“…o, televiziyada xalq qarşısında çıxış edərək qeyd etdi ki, Şuşa əldən getsə, o şərəfsiz, satqın başına bir güllə vuracaq”,

“Çünki sənin kişiliyin ömrün boyu olmayıb…”,

“Bu insan ömrü boyu Rusiya hərbi kəşfiyyatının tulası olub…”,

“Bu gün bunun kimi tula, şərəfsiz, biqeyrət bir insan gəlib ölkə başçısına, dövləti qurub-yaradana müraciət edir”

… Və bu adam indi durub deyir ki, kişi kimi mübarizə aparıb, ömrü boyu təhqirə və söyüşə yol verməyib, sadəcə tənqid edib.

Müsahibədə eyni zamanda hədələyici çağırışlar da var:

“Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı tanıyır. Əgər Azərbaycan xalqı müdrik xalq olmasaydı, onu çoxdan daşqalaq edib, öldürər və it kimi sürüyərdi. Onun bütün ev-eşiyi darmadağın edilərək yandırılmalı idi…” və

“… Lakin həmin vaxt Rəhim Qazıyev it kimi güllələnməli idi”

kimi çağırışlar da qəzet səhifələrində dərc edilib.

Rəhim Qazıyevə günü bu gün də cəmiyyətdə münasibətin birmənalı omadığını bilirəm. Amma və lakin, istənilən halda dövləti təmsil edən bir adamın, hakim partiyanın öncül simalarından birinin, kimliyindən asılı olmayaraq, vətəndaş haqqında bu tonda və bu qədər nifrətlə, kinlə, küdurətlə danşmaq haqqı olmamalıdır və yoxdur. Kimsənin dövlətin gücünə güvənərək, kimsədən qisas almaq, kimsəylə bu dildə danışa bilmək imtiyazı da yoxdur və olmamalıdr. İştə, elə məsələnin bu boyutudur sorğulanmalı olan. Bu gün gəldiyimiz yer və durum öz başlanğıcını oralardan götürüb və  indi olanlara təəccüblənməyin bir anlamı yoxdur. Nə tökərsən aşına, o da çıxar qaşığına deyiblər ya.  Dediyim kimi, mən burda əlavə şərh verməyəcəm, cəmiyyətin vicdanına etibarım tamdı mənim, ona görə.  

Ancaq əvvəldə də dediyim kimi, Siyavuşu bu yola gətirən, təhrik edən, illərlə aşağılayıb, yuxarıdan aşağı baxdığı kişilərin ayağına gətirən və yalvarmaq həddinə çatdıran nə olmuş olsa görən?!… Yaxında qoxusi çıxar hər halda !!!    

4 şərh

  1. Hormetli Serdar Elibeyli! yazmisam bir daha ve cox boyuk semimi icden, urekden sozlerimi ( mene ele gelirki sizin cox sayili oxucularin uryince gelen sozlerdi) yaziram: Allah geleminize kuvvet versin! Ne mutlu bizlereki bele qelem sahiblerimiz var!!!
    Rehim beye ve Onun kimi vetenperver insanlarimiza saglikli yasam dileyiyle xalkimiza birlik arzulayiram!
    Inshallah VETEN huzurlu gunlere qovusacak!!!

  2. Siyavushun hagiinda sizin az gala secde etdiyiniz Sabir Rustemxanli(turk dunyasininin ne bilim neyidediyiniz) kimilerin mudafie xarekterli yazisini oxumamisiniz?Ne eceb bes..

  3. Hər kəs harda nəyi və necə deməkdə özgürdü, insanlara kəndi görüşləri daxilində qiymət verməkdə də. Sabir Rüstəmxanlya da sözünüz varsa özünə ünvanlıyın, mən vəkil deyiləm. Amma mənim onun dostu olduğumu da, bir zəhmət unutmayasnız !!!!!!!!!!!!!!!!!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*