15 SENTYABR MİLLƏTİMİZİN ZƏFƏR TARİXİ – VƏTƏN, TORPAQ, DÖVLƏT VƏ BAYRAQ UĞRUNDA SAVAŞAN HƏR KƏSİN BAYRAMIDIR !!!

Klassik Xalq Cəbhəsi Partiyası Sədri

Mirmahmud Mirəlioğlunun

Bakının işğaldan azad olunmasının

100 illiyi münasibəti ilə

T Ə B R İ K İ

Şanlı Qafqaz İslam Ordusu 100 il əvvəl Bakını işğaldan azad etməklə, şərəfli bir tarix yazdı. 15 sentyabr 1918-ci ildə yazılmış bu zəfər tarixi – Vətən, Torpaq, Dövlət və Bayraq uğrunda savaşanların hər birinin bayramıdır. 15 sentyabr millətini sevən, torpağını azad edən, dövlət quran, bayrağını göylərə ucaldan, dövlətini bərpa edən insanların bayramıdır.

Bakını işğaldan azad etməklə, bu bayramı ALLAHın lütfü ilə Türk dünyasına bəxş edən Nuru Paşa başda olmaqla, Qafqaz İslam Ordusunun qurucularına, bu ideyanın müəlliflərinə, M.Ə.Rəsulzadə və silahdaşlarına, bu yolda şəhid olanlara ALLAHdan rəhmət diləyir, uca, müqəddəs ruhları qarşısında baş əyirəm!

– Son 100 ildə, yüzlərlə problemlə üzləşən Azərbaycanın müstəqilliyinə Quzeydən, Güneydən olan təhdidlər, dilimizə qarşı olan basqılar, Milli Azadlıq Hərəkatının nəticəsində dağıdılan imperiyadan sonra şəklini dəyişən imperiya nökərləri;

– Dilimizdə danışan, adı adımızdan olsa da, özü özümüzdən olmayan, düşmən dəyirmanına su tökən iqtidar sahibləri,

– Tariximizə qarşı səlib yürüşü YAPanlar, savaş bitməyib!

Bütün bunlar, Bakının – Azərbaycanın hələ də azadlığa ehtiyacı olduğunun göstəricisidir…

15 sentyabr, işğalda olan torpağını azad etmək vəzifəsini yerinə yetirəcək şərəfli Azərbaycan əsgərinin də bayramıdır. Şəhid Dədələrin ruhunu şad etməyə qadir olan, Qarabağı işğaldan azad edib, Vətəni bütövləşdirmək missiyasını ləyaqətlə yerinə yetirəcək Türk

Azərbaycan əsgəri, bayramın mübarək!

Vətənsevərlər, bayramınız mübarək!

Dövlət quranlar, bayramınız mübarək!

Müstəqilliyimizi bərpa edənlər, bayramınız mübarək!

Bakı, bayramın mübarək!

Bakı şəhəri                                                                14 sentyabr 2018-ci il.

——————————————————————————————————-

P.S.

Nuru Paşanın bacısına gizli məktubu

189 просмотров

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*