1938-ci il. RƏSUL RZA: “STALİN TƏK BİR ATAN VAR, ÖYÜN, XOŞBƏXT XALQIM, ÖYÜN!”

2018-ci il. ANAR: “BABAN HEYDƏR, ATAN İLHAM , ÖYÜN, XOŞBƏXT XALQIM, ÖYÜN!”

… DƏYİŞƏN TƏKCƏ İLLƏR, ADLAR VƏ “VIVESKA”LARDI…

Əvvəl böyük, qüdrətli SSRİ  və  Lenindən, Stalindən  taa Qorbaçovacan dəyişən “Millət Ataları” var  idi, indi isə müstəqil, “daha qüdrətli”  Azərbaycan və Mircəfər Bağırovdan,  taa İlham Əliyevəcən dəyişən  “Millət Ataları” var.

Əvvəl xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Əbdürrəhman Vəzirov var idi (ardınca da eyni titullara sahib Ayaz Mütəllibov gəldi), indi də xalqımızın böyük oğlu, dünya şohrətli siyasətçi Heydər Əliyev var (ardınca da eyni titullara sahib olan lham Əliyev gəlib).

Əgər əvvəl iqtidarın siyasi rəqiblərini tək olan AzTV-nin efirindən Vüsal Əfəndiyev söyürdüsə, indi də var olan bir neçə efirdən İbrahim Məmmədli, Etibar Hüseynli və başqaları söyürlər.     

Əvvəl də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırdılarsa, indi də bir balaca cızığından çıxan ANS-i bağlayıb, sonra açırlar (təbii ki, onda da, indi də, cızığına qaytarandan sonra).

Əvvəllər naxçıvanlıları   ekranlara  doldurub rəhmətlik Heydər Əliyevin əleyhinə danışdırırdılar, indi də ermənistanlıları ekranlara doldurub Əli İnsanovun əleyhinə danışdırırlar.

Onda da müxalifət liderlərinin (o cümlədən də Heydər Əliyevin) arxasınca rəsmi qəzetlərdə və digər KİV-lərdə ağızlarına gələni yazır və danışırdılar, indi də yazır və danışırlar.

Əvvəllər də hakimiyyətin özü və ayrı-ayrı məmurları barəsində ciddi məqalələr yazan jumalistlər təqib, təzyiq və həbslərə məruz qalardılar, indi də belədi.

Əvvəllərdə də istənilən vətəndaşın cibinə narkotik maddələr atıb tuta bilərdilər, indi də belə halların sayı artıb ki, azalmayıb.

Və ya bir zamanlar xalq artisti Zeynəb Xanlarovanın “Parapet” bağında təşkil olunmuş xüsusi məqsədli mitinqdə “Ayaz Mütəllibova səs verməyən ermənidir”- deməsiylə, bu gün xalq artisti Məleykə Əsədovanın xüsusi məqsədli konsertlərdə “Dədə Heydər”- deyə yaxasını yırtmasının, yaxud da İlhamənin bəlli adlara istinad etməklə,  klassik yaltaqlığın ən əttökən janrlarınnan efirlərdən barmaq silkələməsinin fərqi nə imiş görəsən?!

Əvəllər ölkənin külli-ixtiyarı KPSS bosslarının əlindəydisə, indi bu rolu YAP(SS)  boosları mənimsəyiblər

 və s. və ilaxır…

( “SALAM DAR AĞACI ” – «Nota bene!» qəzeti 24-30 iyun 2007-ci il)

 —————————————————————————————————————

RƏSUL RZA:

“STALİN TƏK BİR ATAN VAR, ÖYÜN, XOŞBƏXT XALQIM, ÖYÜN!”

Xalq şairi Rəsul Rzanın Demokratik Cümhuriyyətin əleyhinə yazdığı şeiri 

“…MÜSAVAT HƏR İNGİLİSİN AYAĞINI YALAYANDA”

Onların bu kimi addımları bolşevik zülmünün tüğyan etdiyi bir dönəmdə – 1937-1938-ci illərdə atıblar. O zaman bu, üzdə olan şair, yazıçı və alimlərimizin başlarını salamat saxlaması baxımından başa düşüləndir. Qətiyyən heç kimi qınamaq olmaz. Ancaq zamanın və dövrün məngənəsində sıxılmayanlar bu gün kimi istəsələr qınayırlar. Çünki özləri ağır sınaqlarla qarşı-qarşı durmayıblar. Enter.News saytı olaraq  bu yazını təqdim etməkdə məqsədimiz kimisə qınaq obyektinə çevirmək deyil. Lakin düşünsək ki, keçmişdə yazılanların hər biri bir tarixdir və o tarixlə də bugünkü insanlarımız tanış olmalıdır. O baxımdan araşdırıb, üzə çıxarıb oxumaq və oxutdurmaq insanların halal haqqıdır. Nə keçmişinizə daş atın, nə də haqqınızdan keçin…

Rəsul RZA

                 STALİN YOLDAŞA

Ey sənətə ilham verən, bizə doğru yol göstərən,

Məhəbbəti şahin kimi üstümüzdə qanad gərən!

Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən,

Salam sənə xalqımızdan, onun sənət ordusundan,

Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan!

Qaşında qoy mən sazımın tellərini dilləndirim.

Dərya kimi coşan könlün sellərini dilləndirim,

Şən elimdə əsən bahar yellərini dilləndirim,

Onlar desin ağ günümdən mahnılarım dilə düşsün.

Gözlərimdən sevinc yaşı axsın, gilə-gilə düşsün.

Qara günlər keçirmişəm hamı bilir mən başımdan,

Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan.

Gəlin minbir solan ömrün qəm sorağı hər daşımdan.

Bu yerlərdə müsavatın at sürdüyü qara gündən,

Ruhu azad mərd xalqının böyük qəlbi yara gündən.

Durna gözlü bulaqların sərin suyu zəhər oldu.

Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu.

Anaların göz yaşları topladığı bəhər oldu.

Həddi aşdı azğınlığın, kim dil açdı sus! – dedilər.

Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər.

Ana vətən yaxşı bilir kim oynatdı at elimdə,

Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə,

Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə,

Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı

Mən o gündən tanımışam, öz dostumu, düşmənimi.

Türklər bizə qardaş deyib elimizi talayanda,

Müsavat hər ingilisin ayağını yalayanda,

Nemeslərin ac sürüsü, rast gələni dalayanda.

Rus xalqının qardaş əli sıxdı bizim əlimizi,

Doğdu günəş o gün bizim işıqlatdı elimizi.

Sən o günün şahidisən ey elimin xilaskarı!

Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı.

Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı,

Çəkiləndə böyük adın xalqın deyir var ol ata.

Sən yetirdin ellərimi bu gündüzə, bu həyata.

Yadınızda qalır böyük həyatının varaqları,

Qamçılarkən sahilləri dalğaların göy qatarı.

Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı,

Orda İlliç buxtasının ulduzları yanrı indi.

O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi.

Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa,

Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa.,

Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa,

Sən vermisən onu bizə ey elimizin xilaskarı,

İndi açıb hər tərəfdə azad xalqın ilk baharı.

Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün.

Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün.

Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün!

Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi.

Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi.

Salam sənə böyük insan, xalqımızdan salam sənə!

Bir mehriban oğul kimi atılaydım qucağına,

Gülüstana çevrilibdir tanıdığın bax elimiz,

Salam sənə xalqımızdan bizim köhnə bakılımız!

Təqdim etdi: Rəşad SAHİL 

 

 

 

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

1 şərh

  1. SAĞ OLUN! UĞURLAR DILEYIREM! YADİGAR TURKEL F-DE ANARA YAZILMIŞ “BİLİMÇİ DE, YAZIÇI DA DANIŞIĞINI BİLMELİDİR” YAZISI VAR. OMU DA GÖTÜRÜN YAYIMLAYIN!!! SAYĞILARLA YADİGAR TÜRKEL 12.02.2018.17.30

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*