4 İYUNDAN ƏVVƏL ETİBAR MƏMMƏDOVA ÖLKƏDƏN ÇIXMAQ TƏKLİFİNİ HAKİMİYYƏTDƏKİLƏRDƏN KİM VƏ NİYƏ VERMİŞDİ???!!!

ELÇİBƏYİN KƏLƏKİYƏ GETMƏZDƏN ƏVVƏL GÖRÜŞDÜYÜ SON ADAM KİM OLUB???!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Elshad MUSAYEV

5 июня 2016

1993-cü ilin İyun hadisələri ilə bağlı baş verənlərə heç bir aidiyyatı və çəkisi olmayan o qədər adam “qəhrəman” cildinə girərək danışır ki, adamın matı-mutu quruyur. Tərəflərdən Elçibəy və o dövrün iqtidarı (cəbhəçilər, müsavatçılar, yurdçular və s.), Surət Hüseynov və tərəfdarları, Etibar Məmmədov və AMİP, eyni zamanda Heydər Əliyev (o zaman YAP-ın heç bir çəkisi yox idi) kimin səhvi, kimin günahı, kimin cinayəti var – o ayrı məsələ. Hadisələr barədə ən müfəssəl məlumatlar bu çevrədədir. Yoxsa biri çıxır mən Bəyə belə məsləhət verdim, digəri ifadə almaqdan danışır, üçüncüsü ağsaqqallıq eləməsini deyir, dördüncüsü dovşan kimi Surətə əsir düşür, amma qəhrəmanlığından dəm vurur. Azərbaycan tarixinə ağır zərbə vuran bu hadisələr araşdırılmalıdır, qaranlıq, indiyə qədər açılmayan suallara aydınlıq gətirilməlidir. Bir-iki nüansa toxunacam, lütfən bilən varsa aydınlıq gətirsin, söz güləşdürməyə həvəsim yoxdur. Birincisi, 4 İyundan bir qədər əvvəl hakimiyyətin ilk üçlüyünə daxil olan adamlardan kim və hansı səbəbdən Etibar Məmmədova ölkədən getməyi təklif edib. İkincisi, Elçibəyin Kələkiyə getməzdən öncə son görüşdüyü adam kim olub, Kələki təklifini kim verib, o dövrün dövlət katibi Əli Kərimliyə səfərlə bağlı nə üçün məlumat vermək lazımsız hesab edilib? Müdafiə Nazirliyində keçirilən müşavirənin, komanda üzvlərinin onu köməksiz vəziyyətdə qoymalarının Eıçibəyin Bakını tərk etməsində hansı təsiri olub, yoxsa başqa məsləhət verənlər olub? Türkiyədə mənə bir hadisə danışdılar ki, o zaman Türkiyədən gələn qonaqlarla söhbət zamanı Elçibəy 1920-ci ildə hakimiyyətin bolşeviklərə verilməsini səhv hesab etdiyini bildirib və 1940 -cı ilə qədər duruş gətirən Pribaltikanı nümunə gətirib. Əgər belə idisə onda onun Kələki səfərini, Kələkidən geri dönməməsini, nəticə etibarilə hakimiyyəti əldən verməsini zəruri edən əsas səbəb nə idi?…

1 şərh

  1. Hərlədib, fırladıb, kimisə safa çıxartmağın yeri deyil !
    Vətənə xəyanətin drijoru, rejissoru, aktyorları da hər kəsə gün kimi aydın olfuğu halda, şükür Allaha ki, heç bir Talış Dövləti cinayətlərdə olmayıb və yoxdur !

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*