SİYASİ MƏHBUS MƏSƏLƏSİ ÇÖZÜLMƏLİ VƏ BİRDƏFƏLİK HƏLLİNİ TAPMALIDI

 Sərdar ƏLİBƏYLİ 

 BUNUN ÜÇÜN  İSTƏK, SƏMİMİYYƏT VƏ SİYASİ İRADƏ LAZIMDI

Azərbaycan yenidən siyasi həbslər dalğasının cəmiyyətin boyunu aşan hündürliyü ilə üz-üzədi və son vaxtlar ard-arda baş verən bu tip həbslərin, eləcə də bu səbəbdən yaşanan narahatlıqların və yaranan narazılıqların fonunda, ölkə daxilində yetişməkdə olan əhval-ruhiyyə xeyli əndişə yaradır. Bu arada artıq yekunlaşmaqda olan “Nardaran işi”nin gözlənilən yekunlarından da çox narahatam və bu  haqda da hər kəsin soyuq başla düşünməsini istiyirəm. Hər iki məsələdə hakimiyyətin ciddi yanlışlara yol verdiyini və nəticə etibarı ilə, indiki ağır durumda ölkənin çox ağır nəticələrə vara biləcək qarşıdurmalara sürükləndiyini görməmək, ən yaxşı halda siyasi naşılıq, ən pis halda isə, barıt çəlləyinin üzərində oturub odla oynamaq qədər ağılsızlıq əlamətidir. Ağlı başında olan hər kəs, bu günlərdə daxildən və xaricdən körüklənən siyasi məhbus problemini necə çözmək və ölkənin qan çanağına çevrilməsində katalizator rolunu oynaya biləcək bu məsələnin həllini tapmaq barəsində düşünməlidir. Amma, hələlik baş verənlər bunun tam əksini göstərir və sanki bəzi qüvvələr bilərəkdən siyasi çalarlı həbslərin artan xətlə davamına rəvac verməkdədirlər. Bu gün məsələnin doğru yolla inkişafına təkan verə biləcək hazır reseptlər ortada yoxdu və belə görünəni odu  ki, bu haqda heç kimsə düşünmür də.

Bu nədənlə, hələ ötən ilin mayında yazdığım bir məqalədən bəzi məqamları , daha doğrusu  prezidentin bir çıxışından sonra həm hakimiyyətin diqqətinə, həm də cəmiyyətin müzakirəsinə təqdim etdiyim bir təklifi yenidən gündəmə gətirməyi vacib hesab elədim. Bəlkə də bu təklifi bütövlükdə, indiyə kimi olmuş və bundan sonra olma ehtimalı ortada olan bütün siyasi məhbusların  işlərinə tətbiq eləməklə, məsələdə müəyyən irəliləyişlər əldə etmək və problemin kökündən həllinə nail olmaq mümkündür. Amma buna, sadəcə ilkin bir layihə kimi baxmağı və bu əsasda proseslərə start verməyi, ən azından dənəmək mümkündür. Söhbətin nədən getdiyini və məsələnin mahiyyətini indi təqdim etdiyim materialdan hər kəs anlaya biləcək. Ancaq, dediyim kimi, bu yalnızca bir təklifdi və əgər məsələ hər hansı formada relsə qoyula bilərsə, qismən də olsa, uğur qazana bilər deyə düşünməkdəyəm. Əslində isə, bu günlərdə prezidentə və yeni yaradılmış Dövlət Təhlükəsizlik Xidmətini rəisi Mədət Quliyevə, açıq məktubla müraciət edərək, həm də cəmiyyəti daha ətraflı məlumarlandırmağa çalışacam. Zira ölkədə yaranan indiki durumda  və gərginlik şkalasının artıq qırmızı xəttin ötəsinə vardığını bilə-bilə, hərəkətsiz qalmaq intihara bərabərdi və bu burda bir fərdin deyil, bir ölkənin və ən başlıcası da dövlətin intiharından  söhbət gedir. Ancaq gerçəklərə ulaşmaq və həqiqi vəziyyəti bilmək üçün bir istək, bir səmimiyyət və bir də, ən əsası,  siyasi iradə lazımdır.    

Sərdar Əlibəyli-1-01Sərdar Əlibəylinin həbsxanadan prezident İlham Əliyevə ünvanladığı 04.02.2014 tarixli “AÇIQ MƏKTUB”undan :       “Mən Sizin, NATO-nun Baş Katibi ilə birgə, bir müddət öncə Belçikada keçirilən brifinqdə, siyasi məhbuslarla bağlı sualları necə cavablandırdığınızı eşidəndə düşündüm ki, Siz artıq hamını, hər kəsi, hətta bütün bəşəriyyəti belə aldada bilibsiniz. Əks təqdirdə dünyanın gözü qarşısında,milyonlarla insanın gözlərinin içinə baxaraq, bu qədər əmin və arxayın şəkildə yalan danışmaq, sadəcə qeyri mümkün idi. Amma, Siz bu yalanı o qədər səllis və rəvan şəkildə, dili dolaşmadan deyə bildiniz ki, bu arada məhz Sizin şəxsi məhbusunuz qismində, sırf siyasi motivlərlə həbs edilərək qazamatda olmasaydım, inanın ki, mən bu BÖYÜK YALANA inanardım bəlkə… Fəqət, ortada indi sayı onlarla ölçülən “gözü çıxan qardaşlar”ın sırasında mən özüm də varam və kim bilməsə də mən özüm yaxşı bilirəm ki, aylardan bəri, nəinki törətmədiyim, heç törətməyi ağlıma belə gətirmədiyim bir “cinayət”lə yarqılanaraq, onun cəzasını çəkirəm. Və elə bu səbəbdən də məhkum edildiyim məhbus həyatımın hələ bundan sonra nə qədər davam edəcəyi bir Sizin kefinizə, bir də uca Allahın lütfünə bağlıdı…”

İlham Əliyev-243Prezident İlham Əliyevin çıxışından: “Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”

 

 İlham Ə.-21

Baxın, Prezident nə deyir :

Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik.

Əgər prezident bu sözlərində səmimidirsə, o zaman bəndənizin – yəni Sərdar Əlibəylinin həbs olunmasının səbəbləri və cinayət işinin ekspertizadan kegirilməsi ilə bağlı müstəqil hüquqşunaslardan ibarət bir komissiya yaradılması haqda rəsmi sərəncam versin. Həmin komissiyaya həm də mənim məhkəmə prosesimin necə aparıldığına və çıxarılan hökmün nə qədər ədalətli, eləcə də hüququ baxımdan əsaslı  olduğuna rəy verə bilmək statusu verilsin.

Bir halda ki, Prezidentin özü bu sözləri deyib və işlər də bu yerə qədər gəlibsə, o zaman səmimiyyətini ortaya qoysun. Yoxsa, bir yandan nəinki cinayət törətmiş, heç o cinayət barədə düşünməmiş adamların şərlənərək saxta məhkəmə hökmləriylə qazamatlara qatılmasına göstəriş verməyə, o biri yandan da, “bu yolverilməzdi, biz buna üzülürük” deməyə nə var ki?!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*