“ABŞERONUN İCRA BAŞÇISI VƏ ONUN QOÇU DƏSTƏSİ MƏSULİYYƏTƏ CƏLB OLUNSUN” !!!

VƏTƏNDAŞ CƏMİYYƏTİ TƏMSİLÇİLƏRİ, ABŞERONDA QARABAĞ QAZİSİNİN DÖYÜLMƏSİ İLƏ BAĞLI İLHAM ƏLİYEVƏ MÜRACİƏT QƏBUL ETDİLƏR 

Azad Azərbaycan Naminə Təşkilatının bu gün (dünən – red.) keçirilən,  siyasi partiyaların, hüquq müdafiçələrinin və media təmsilçilərinin də qatıldığı  ümumi toplantısının bəyanatı yayılıb. Bəyanatda deyilir:

“Məlum Abşeron olayı və Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın qoçu dəstələri  tərəfindən Qarabağ qazisi Fuad Əkbərovun, azyaşlı körpələrinin gözləri qarşısında, döyülməsi və məcbur qalaraq oz evini yandırmaq həddinə çatdırılması toplantıda müzakirə olundu. Biz, dəfələrlə cəhd etsək də Fuad Əkbərov və yaxınlarının telefonu söndürülmüşdü. Konfrans işrirakçıları və  bütün çıxışçılar bildirdilər ki, şərtlər nə olursa olsun,  Qarabağ qazisinin döyülməsi yolverilməzdir və ölkə prezidenti Abşeronun icra başçısı və qoçu dəstələri haqqında ciddi ölçü götürməsi ilə bağlı müvafiq addmlar atmalıdır…  

Sonda qeyd edildi ki, 11 aprel prezident seçkilərindən sonra Azərbaycanda siyasi və ictimai fəaliyyətlə məşğul olan 11 nəfər narkotik ittihamı ilə suşlu bilinməklə, şərlənərək həbs olunub…

Cənab prezident! Sizi bütün bu özbaşınalıqların, qanunsuzluqların önlənməsi, eləcə də, Qarabağ qazisi F. Əkbərovun döyülməsi faktının araşdırılaraq, günahkarların məsuliyyətə cəlb edilməsi və şərlənərək, narkotiklərə bağlı maddələrlə həbs olunan insanların dərhal azadlığa çıxması yönündə təsirli addımlar atmağa çağırırıq.”

“ps-nota”

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*