“AC OLUB, KİŞİ OLMAQ FƏLSƏFƏSİ YALANDI,

HƏR ADDIMDA SINDIRIR KİŞİNİ KASIBÇILIQ” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Ayaz ARABAÇI

ÇƏKİLƏSİ DƏRD DEYİL … KASIBÇILIQ

Çəkiləsi dərd deyil,yazılası dərd deyil,
Gəlib-salıb üstümə leşini kasıbçılıq.
Nə vaxtdı hökm eləyir aramızda iki zər,
“Yek”ini mən atıram,”şeş”ini kasıbçılıq.

Həftə səkkiz,mən doqquz üstümə hürüb gedir,
Zülümnən qazandığım ada tüpürüb gedir,
Əlinə nə keçirsə silib-süpürüb gedir,
Görəndə təmiz görür işini kasıbçılıq.

Bir ayağım oddadı,biri də üzür suda,
Başı nəyə qarışıb,nə işə baxır Xuda..
Məndən başqa elə bil bir şey yoxdu menyuda,
Qıcayıbdı üstümə dişini kasıbçılıq.

Gəzirəm küçə-küçə veyil,səfil,sərgərdan,
Yoxdu bu cəbhələrdə məndən böyük sərkərdə,
Atışırıq uzanıb hərəmiz bir səngərdə,
Birini mən atıram,beşini kasıbçılıq.

Nəyin nəyi doğrudu,nəyin nəsi yalandı?..
Qoruma gəl,girdiyin bu qəfəsi yalandı..
Ac olub, kişi olmaq fəlsəfəsi yalandı,
Hər addımda sındırır kişini kasıbçılıq.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*