“AH, DEYİRDİN HEÇ ÖLMƏZDİM, DÜŞƏ BİLSƏM TOPRAĞINA …” !!!

“HƏR ŞEY AYRILIQDAN BAŞLADI …”!!!

——————————————————————————————-

Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhəddinin
Bir ucu günbatan,biri gündoğan-
Dağından,daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən-
Sevgili bir yurd.
Sevgili bir yurd-
Hər gecə, hər gecə yuxularımda.

Rüstəm BEHRUDİ

——————————————————————

 

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*