ALDP BƏYAN EDİR: “QƏLƏBƏNİ BİZƏ YALNIZ ÖZ ƏSGƏRLƏRİMİZ BƏXŞ EDƏ BİLƏR” !!!

“TƏƏSSÜF HİSS İLƏ QEYD ETMƏK İSTƏYİRİK Kİ …” !!!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və bəzi təşkilatı məsələlər müzakirə olunub. İclasda son vaxtlar bəzi mətbuat organlarında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağın ehtimal olduğu haqqında gedən yazılar müzakirə olundu. Bununla bağlı bəyanat qəbul olundu.

Bəyanatda deyilir:

“Son dörd ay ərzində yerli mediada Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulacağı barədə fikirlər səslənir. Təəssüf hissilə qeyd etmək istəyirik ki, Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd edən xalqımız bu təklifləri ilk olaraq parlamentdən eşitdi. Sonra da mütamadi olaraq bu son dörd ay ərzində bəzi mətbuat organlarında bu təklifin Azərbaycan üçün müsbət olduğunu, güya Dağlıq Qarabağ probleminin həll olunacag kimi yazılar dərc olunur. Azərbaycan və Rusiya ekspertləri bu məsələnin müsbət tərəfi ilə bağlı mütəmadi müsahibələr verirlər. Qazaxstan və Belarus prezidentləri bu təşkilata üzv olmaq üçün Azərbaycana çağırış edirlər.

ALDP olaraq hesab edirik ki, KTMT-yə üzv olamag bizə, Dağlıq Qarabağ probleminin həllində heç nə verməyəcək. Necə ki, MDB-yə üzvlük heç nə vermədi.

ALDP mətbuat organlara müraciət edir, belə “müsbət” təklifləri tirajlamayın. ALDP tələb edir ki, hakimiyyət bu məsələyə aydınlıq gətirsin.

ALDP hesab edir ki, hansısa hərbi bloka üzv və yaxud yaranmasına ehtiyac olarsa bunu qardaş Türkiyə və Pakistanla birgə etmək olar.

Azərbaycan müstəqilliyini əldə etmək üçün çox mübarizə aparıb. Torpaqlarımız işgal altindadır və qələbəni bizə yalnız əsgərlərimiz bəxş edə bilər.”

ALDP Mətbuat Xidməti  

11. 29. 2018

———————————————————————————————

Səhifəyə əlavə 

“Əgər Su idarəsinin “Azəriqaz”a borcu varsa, …”

Həqiqətən “Analoqu olmayan” respublikada yaşayırıq. Avropada yeganə respublikayıq ki, Mer seçkiləri keçirilmir…

Fb-NİN GÜNDƏMİNDƏN

Fuad ALİYEV 

28 ноября 2018

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*