ANALOQSUZLUQ MƏRƏZİ VƏ YA “ATI ATIN YANINA BAĞLASAN …”

“… NECƏ QURTARACAQ BU VURUŞMALAR?”!!!

——————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————–

İlqar Məmmədovun azadlığa çıxmasından və adaptasiya dövrünün bitməsindən sonra danşmağa başlaması sonucunda işlər, cəmiyyətin gözləntilərinin tam tərsi istiqamətində gedir və ortalıq əməlli-başlı qarışrmağa başlayıb Müxalifətdaxili çoxüzlü, çoxyönlü və çoxtəfəfli savaşlar yenidən alovlanmaqdadır. Tərəflərin trollar səviyyəsindəki kəşfiyyat xarakterli həmlələrindən sonra, sıra ağr artilleriyaya gəlib. Görünəni odur ki, yenə qan su yerinə axacaq. Burası əlbəttə özlərinin biləcəyi işdi, zatən öyrəncəlidilər və burda artıq tövbə-filan da keçərli deyil…

Bütün hallarda, hər nədisə, xeyir gətirən iş deyil. Belə görsənir ki, bizdə müxalifər də iqtidar kimi analoqsuzdu. Zira, bütün dünyada müxalifət iqtidara qarşı olur və hakimiyyət uğrunda mübarizə aparır. Bizim müxaliflər isə, illərdən bəridir ki müxalifətə qarşıdıır və siyasi arenanın bu cinahının birincisi olmaq uğrunda mübarizə aparırlar. Və bu mübarizə o qədər uzandı ki, hətta iqtidarı da bu mərəzə yoluxdura bildilər. Ki, indi iqtidardakılar da bir-birinə qarşı döyüşə çıxııblar və indi orda da birincilik uğrunda qanlı savaşlar getməkdədir…

Görünür “Atı atın yanına bağla” misalı hələ də öz aktuallığını qoruyub saxlamaqdadır. Amma bu arada cəmiyyəti düşündürən və daha aktual səslənən bir məslə də mövcuddur:

“Kimin olacaqdır son hökm, son qərar,

Necə qurtaracaq bu vuruşmalar?”

Bu biri yandan da

 

“Baknın bəxtini həll edir zaman,

Düşmən bayrağını yenə Rusiyadan,

Xəzər sularında yellədir zaman … ” !!!!!!!!!!!!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*