ARZUSU GÖZÜNDƏ QALMIŞ, İSTƏYİ YOLLARA TÖKÜLÜ MƏHƏMMƏDHƏSƏN ƏMİ(lər)İN ÖLKƏSİ !!!

“O BİR MƏZARLIQ Kİ, GÖRƏNLƏR ŞAŞAR, 

İÇƏRİNDƏ HƏP CANLI ÖLÜLƏR YAŞAR”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

R E K  V İ  Y E M

Öncəki “Qarabağnamə” lərimdən birində bir arzu ifadə etmişdim… Demişdim ki, hər nəsnə üçün Gün yaratmışıq… Bəlkə, bir Qarabağ günü də yaradaq… Bəziləri “elə hər günümüz Qarabağ deyilmi” – deyə yazdı, bəziləri razılaşdı… bəziləri… Nə isə…

12 may! Bu günə o qədər inamım vardı ki, tarixə yazılacaq bir gün kimi düşünmüşdüm! Ağsaqqalımız Camal Əhmədov – Qərvənd Camal təklif etmişdi bu günü… Bu gün Qarabağ naminə yürüş-mitinq olmalı idi…Olmadı!… Ola bilmədi!… Olmur!… Camal müəllimin bütün cəhdləri cavabsız qaldı…Bilirsizmi,yadıma C.Məmmədquluzadə düşür, daha doğrusu Məhhəmmədhəsən əmi düşür…  Arzusu gözündə qalmış, istəyi yollara tökülü!… Və onun acı fəryadla Həzrət Abbasa yolladığı məktub yadıma düşür… “Qoymadılar !”…

Dediyim Gün bu gün olmalı idi!…Olmadı!…

Şəhriyar demiş: “Məndə siyasət adlı bir mərəz yoxdur !”… Mən də ədəbiyyat adamıyam… Bu yazının da sonunu ədəbiyyatla bitirirəm…

Hüseyn Cavid “Azər” poemasından :

 

Gənc :

Köylü nə yapsın ki, nerəyə getsə,

Rast gələcəkdir şu xain iblisə !

Poştxanə, divan onun əlində !

Kim etiraz etsə, həmən bir gündə

İnqilab düşməni, – deyə həbs edər…

Yurdundan,elindən olur dərbədər !

Azər :

O halda bir molla cağır… bir kərrə,

Fatihə soyləsin, sizin köylərə !

Bir ölkə ki, səsi-ünü çıxmaya,

Haqsızlığa qarşı yumruq sıxmaya,

O bir məzarlıq ki, görənlər şaşar !

İçlərində həp canlı ölülər yaşar !

PS :

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanda anadan olmuşdur.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*