ASLANIN İKİÜZLÜ VƏ İKİBAŞLI ŞANTAJ STRATEJİSİ !!!

BU NƏ HİKMƏTDİ BELƏ?!!

PREZİDENTƏ YARIN,

ONUN DAYISINI RÜSVAYİ-CAHAN QIL…

————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————

Ha deyirəm bu aslan pa(r)çasından yazmayacam, ki, sözü, soz qanana deyəllər deyə. Amma, di gəl ki, bunun özü dincəlmək bilmir ki bilmir. Həftə səkkiz-mən doqquz qaşınması tutur da, gah canlı efirdən, gah da ki, Fb səhifəsindən yalvarıb durur ki, öldüm vay, yandıın vay, bitdim vay, Sizi and verirəm Allaha, qaşıyın məni…

Ancaq bu arada bir şeyi anlamışam ki, bunun qaşınması-zadı yoxdu və əslində adam öz ağlınca, olduqca məkrli bir şantaj strateisi ürətərək, bu stratejiyə uyğun olan  taktika üzrə hərəkət eliyir. Belə ki, yenə də öz ağlınca hakim zümrənin təmsilçilərini iki yerə bölərək bəlli birilərini söyməklə (“cinayətkar”, “mafioz”, “rüşvətxor”, “korrupsioner” və sair), bəlirli  birilərini isə öyməklə (“ulu”, “dahi”, “möhtərəm”, “möhtəşəm” və sair), əslində hər iki tərəfi də şantaj edir. Və nədənsə ona elə gəlir ki, gec, ya da tez bir tərəfdəkilər söyüşdən, o biri tərəfdəkilər isə öygüdən cana doyub bununla danışğa gələcəklər. Bu da özünün söyməklərini və öyməklərini dayandırmaq müqabilində, birincilərdən xırda çaplı rəqiblərini, bəzi qəzet və sayt sahiblərini  cəzalandıraraq yolundan təmizləməyi, ikincilərdən isə, komandaya qəbul edilərək məqam sahibi olmasını tələb edəcək…

Axı, mən bu binəvaya demişdim ki, nə o, nə də o biri bazarda sənin alıcıların yoxdu, çünki orda ən yaxşı halda özlərinə bab olanları, əsasən də, özlərində aşağı əyarlı sənətkarları alır və ya satırlar. Di gəl ki, sözügedən sənətdə bunun əyarı çox yüksək olduğundan, o bazarda nə alanı var, nə də satanı. Aylardan bəridir ki, davam edən məhkəmələrdə çıxan hökmlər, qərarlar və qətnamələrlə, buna durumu balabanda qandırmağa çalışsalar da, bu, ya qanmır, ya da qanmaq istəmir. Oysa, bazarkomlar bunun sırtıqcasına gah qapını döyməsindən, gah da pəncərədən boylanmasından artıq yorulublar və hələ bitməmiş məhkəmənin sonucu yaxşı heç nə vəd eləmir, məndən söyləməsi. Adama biri anlatsın bunu…

Prezidentə və I vitse-prezidentə yaltaqlanaraq, onların nazirlərini, müxtəlif çaplı çinovkilərini ya söymək, ya da öymək stratejisinin ozü yanlışdı. Bax, Aslan İsmayılov, əgər stratejin yanlışdırsa, ən doğru taktiklər belə, 100 il də keçə səni doğru yerə gətirə bilməz və bu stratejinin sonunda “reşotka”lı pəncərələr və dəmir qapılar görsənir … qayıt Krasnodara, daha bəsdi. Yoxsa gec olacaq, demədi demə… !!!!!!!!!!!

——————————————————————————–

P.S.

Bu arada Aslan İsmayılovun məkrki stratejisi olduğunun sübutlarından birini deyim, Siz də bilin. Tutaq ki, adam dönüb-dolanıb Onkoloji Mərkəzi tənqid atəşinə tutur, ordakı “bespredel”dən danışır və yazır. Birincisi, ölkə boyunca mövcud olan dövlət və özəl xəstəxanaların hansı birində fərqli durum var ki, zatən hamısında, aşağıı-yuxarı durum eynidir, O zaman onkoloji xəstəxanadakı vəziyyətin fərqli olması təəccüb doğurardı…

Amma bu xəstəxananın baş həkimi prezidentin doğmaca dayısı olduğunu da hər kəs bilir. Oysa, prezidentin özünə yarınaraq, dayısını rüsvayi-cahan etməyin bir hikməti olmalıdı axı. Bax, o hikmət, elə barəsində danışdığım həmin şantaj stratejisinin özüdü ki, var. Əks təqdirdə, adamın durumla bağlı sorğulaması gərəkən şəxs prezidentin özü olmalıydı axı. Bəli, bu Aslan belə Aslandı deyə, olanlar olur, dediyim kimi, məhkəmələrdə buna qandırılmaq istənənləri qanmaq istəmir… Belə.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*