“… AXMAQLAR İSƏ, HEÇ NƏ BAŞ VERMƏYİBMİŞ KİMİ, YAŞAMAĞA DAVAM EDİRLƏR” !!!

ƏN BƏRBAD VƏ FACİƏLİ DURUM İNFORMASİYA SİYASƏTİNİ HƏYATA KEÇİRƏNLƏRİN SEKTORUNDA, MƏSULİYYƏT ZONASINDADIR 

Fb-NİN GÜNDƏMİNDƏN

Azərbaycan Ordusunun 2-6 iyul tarixlərində keçirdiyi irimiqyaslı təlim müddətində ölkənin hərbi-strateji baxımdan xüsusi əhəmiyyətli 2 şəhərində – Mingəçevirdə və Gəncədə yaşanan hadisələr, praktik olaraq, ölkənin həm də real müharibə şəraitinə nə dərəcədə hazırlıqlı olub-olmadığını aşkarladı. Ağıllı hakimiyyətlər, idarəedicilər bundan nəticə çıxarar, ölkənin zəif yerlərini, boşluqları müəyyənləşdirib onu aradan qaldırar, axmaqlar isə heç nə baş verməyibmiş kimi, ənənəvi qaydada yaşamağa davam edər…

Hazırda rəsmi mətbuat ənənəvi çal-çağır, toy-büsat əhvalındadır və eyni templə də hansı dövlət qurumunun bu imtahandan daha yaxşı çıxdığı haqda yalan üzərində qurulmuş mədhiyyə kampaniyası aparmaqdadır. Ancaq ötən 4 gündə yaşananlar göstərir ki, elə ən böyük boşluq, bərbad və faciəli durum məhz bu sahədə – ölkənin informasiya siyasətini həyata keçirənlərin sektorunda, məsuliyyət zonasındadır.

Məncə, məhz bu sektorda kritik situasiyalara hazır, ekstremal ana səfərbər ola biləcək və məsuliyyəti öz üzərinə götürərək, operativ şəkildə cəmiyyəti panik əhval-ruhiyyəyə düşməyə qoymayan, belə durumlarda ağıllı açqılamaları və davranışlarıyla ajiotajın qarşısını ala biləcək məmur qıtlığı daha çox nəzərə çarpdı.

Elə bu səbəbdən də “bünövrə əyri qoyuldu”, hələ də cəmiyyət hər iki hadisə ilə bağlı doğru-dürüst məlumatlandırılmır, dövlət qurumlarının və məmurların hərəsi bir söz danışır, çəlpəşik fikirləriylə biri digərini təkzib edirlər. Sanki, bilərəkdən cəmiyyətdə gələcəkdə daha böyük fəsadlara yol açacaq şayiələrin yayılmasına şərait yaradılır…

Cənablar, informasiya işini düzgün qura bilməyən hökumət meşədə bataqlığa düşmüş tənha və qorxaq adama bənzər… Aradabir özünüzə baxın!

———————————————————————————–

Комментарий

Ханоглан Ахмедов 

Pafoslu tərifləri, çıxışları tərgitməyin vaxtıdır cənablar. Obyektiv tənqidləri qərəzli saymayın, həm də.

Halid Niyazov 

Dedikleriniz prinsipce dogrudur. Amma hakimiyyetde yeni lövber atan komandanın informasiya siyaseti barede tesevvürü, teessüfler olsun ki, her hansi bir tenqide sigmir. 

Bilirsinizmi neye oxšayir? – Köhneden imtina edibler, tezesini yaratmaga ise ne kadrlari var, ne de elmi-intellektual seviyyeleri çatir!
Her šey inersiya ile hereket edir – fizikanin etalet qanunu!

ELmar Ceferov 

Elxan bəy,  ziddyətli bəyanatlar, hakimiyətin daxilində çox dərin problemlər olduğunu xəbər verir.

Rahim Qazıyev 

Hörmətli, vətənpərvər dostum Elxan bəy, normal ölkələrdə hakimiyyətə və ona rəhbərlik edən şəxslərə tərəfdar olan vətəndaşlar, gördükləri çatışmazlıqları tənqid edirlər, kəm-kəsirləri göstərib, onlarıın aradan qaldırılmasına çağırış edirlər. Bizim yaşadığımız, analoqu olmayan rejimin “idarə etdiyi” məmləkətimizdə haqlı tənqid edib, hər işin qaydasında olmasını qəlbən istəyən vətəndaşlarımıza “erməni dəyirmanına su tökən”lər adl qoyularaq daxili düşmman elan olunurlar… Xalqın şah damarına yapışıb, onun qanını, doydum demədən, soran nadürüstlər nazir, məmur, deputat kürsüsündə əyləşdiriliblər. Bu, başları boş, dünyaya, doymayan qarınları ilə baxıb, rəhbərlərin ünvanına əttökən, insanlarda ikrah və nifrət oyadan təriflər söyləməklə, real müharibədə, əraziləri işğal altında olan dövlətimizin təməl əsaslarına amansız, sarsıdıcı zərbələr vurmaqla, onun mövcudluğuna qaçılması mümkün olmayan böyük təhlükələr yaradırlar.

Hörmətli Elxan bəy, son 4-5gündə ölkəmizdə baş verən, ardıcıl, çox təhlükəli hadisələr yuxarıda qeyd etdklərimə əyani sübutdur. Bu fəlakətlərin göz önündə olduğu indiki məqamda, hakimiyyətin kütbeyin, şərəfsiz məddahları xəcalət çəkmədən, bu faciələrə müxtəlif libaslar geydirərək, onları malalamaqla məşğuldurlar…

Bəy, vətənimiz və vətəndaşlarımız, üstümüzə sunami kimi şığımaqda olan amansız fəlakətlə üz-üzədir. Bütün bunları görməzdən gəlmək əsl xəyanətdir. Allah şahiddir ki, ölkəmizin iqtidarlı-müxalifətli bütün vətəndaşları bu cənnətməkan vətənimizdə SURİYA fəlakətini yaşanmasını istəməzlər və istəmirlər də. Lakin kimsə unutmamalıdır ki, şit,bayağı təriflər söyləməklə, həmin fəlakətlərin baş verməsi reallaşır və qaçılmaz xarakter alır. Hamımız üçün müqəddəs və əziz olan vətənimizin, xalqımızın bu fəlakətdən qurtarmaq naminə birləşib, vahid konstruktiv planla hərəkət etmək zamanıdır.

Elxan bəy, sizin kimi vətənpərvər qələm sahiblərinin bu həlledici vaxtda sözünün və əməlini müstəsna yeri və əhəmiyyəti var !!!

Elchin Rustamli

Ölkənin milli təhlükəsizliyi ciddi təhlükə qarşısındadır. Təcili köklü islahatlar aparılmalıdır.

Rza Rzayev 

Baş verenleri ve verecekleri texmini önceden kölgesini cızmışdıq yazılarımızda! Çox tesüf ki, yazdıqlarımız- oldu! Kaş sehv çıxardıq

 

Vidadi Ibadov 

Bizim hakimiyət ciddi hakimiyət deyil,əyyaşlıqdan başqa heçnə bilmir,xalqa xeyirləri yox,mənasız saxta insanlardan ibarətdir…

2 şərh

  1. YAXŞI ANALİZLERDİR. AZERBAYCAN TÜRKLERİNİN PASSİONAR ENERJİSİ YENİDEN GÖYE SOVRULDU!!! ÇOX ACIDIR!!! GELECEK SOYLAR BAĞIŞLASIN! BİZ ONLARA ÇOX BÖYÜK AĞR-ACI, PROBLEMLER GOYDUG!!!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*