AZƏR HƏSRƏT ƏBƏDİ VƏ ƏZƏLİ “NƏ ETMƏLİ” SUALININ CAVABINI ƏFLATUNDA BULUB!!!

Sərdar ƏLİBƏYLİ 

BƏŞƏRİYYƏTİ DƏ, ÖZLƏRİNİ DƏ ALDADA BİLDİKLƏRİNİ ZƏNN EDƏNLƏR…

… İNDİ DƏ ALLAHI  ALDATMAQ YOLUNA GİRİBLƏR !!!

“İÇİNDƏ ALLAH QORXUSU OLMAYAN İNSAN QUDURMUŞ İT KİMİDİR” !!!

Dünən Azər Həsrətin öz Fb profilində paylaşdığı bu stasusunu oxudum 

Nə etməli? Bir qələmlə problem kimi qələmə verilən məsələləri kökündən həll etməli. Novruz bayramı ərəfəsində bir qayda olaraq dövlət – şəxsən Prezident İham Əliyev insanları sevindirməyi ənənəyə çevirib. Bu dəfə də istisna olan deyil. Azərbaycan jurnalistlərinin VII qurultayında da bunun ilkin çağırışları səsləndi. Mətbuat Şurasının sədri Əflatun Amaşov konkret əməllərinə görə həbsdə yatan jurnalistlərin azad edilməsi üçün çağırış etdi. Bu çağırış qurultay nümayəndələri tərəfindən dəstəkləndi. Mənsə düşünürəm ki, sadəcə jurnalistlərin deyil, ümumiyyətlə bütün problemli məhbusların azad edilməsi yaxşı olardı. İlqar Məmmədov başda olmaqla bu və ya digər şəkildə siyasi fəaliyyəti ilə tanınan, cəzasının önəmli hissəsini çəkmiş və bu müddət ərzində hər hansı narahatlıq doğurmayan şəxsləri birdəfəlik həbsdən buraxmaq yerinə düşərdi. Yalnız radikal “islam” fanatiklərindən başqa. Bu ad altında Azərbaycana zərər vurmaması üçün tutuqlanmış şəxslər azad ediləcəyi təqdirdə yenidən öz əməllərini davam etdirməyəcəklərinə heç kim təminat verə bilməz. Çünki onlar özbaşına deyil, dünyanın başına bəla olan məlum dövlətlərin xüsusi xidmətlərinə bağlıdırlar…

————————————————————————

Sitat:

“..Mətbuat Şurasının sədri Əflatun Amaşov konkret əməllərinə görə həbsdə yatan jurnalistlərin azad edilməsi üçün çağırış etdi. Bu çağırış qurultay nümayəndələri tərəfindən dəstəkləndi…”

————————————————————————————

Adamlar ya riyakarlıq edirlər, ya da bilincli şəkildə cəmiyyətin diqqətini yanlış yönlərə istiqamətləndirirlər. Belə absurd bir təklifi, heç ibtidai sinif şagirdi belə, qurultayın tribuasından səsləndirib, özünü gülüş hədəfinə çevirməz. Fikir verin “konkret əməllərinə görə həbsdə yatan jurnalistlərin azad edilməsi üçün çağırış etdi.” – deyir adam. Təbiidir ki, burda, şüuraltı olaraq, cənab Amaşov cinayət əməlindən danışır. Adamın ağzı deyəni qulaqları duymur sanki. Əgər ortada gerçəkdən də cinayət əməli varsa, kimsənin ya jurnalist, ya da lap MŞ sədri olması da, onun azadlığa çıxmasına haqq vermir, verə də bilməz. Bu məntiq onu deyir ki, Azərbaycanın bütün həbsxanaları bir qələmə boşaldılmalıdır, əks təqdirdə, məsələnin belə qoyuluşu, konkret cinayət əməli törətmiş digər məhbuslara qarşı ciddi ayrıseçkilik anlamna gəlir. Həqiqəti isə kimsə dilə gətirmək və dövlət adından, yerdəki “allah”lar tərəfindən, şərlənərək həbsə atılmışların azad olunmalı olduğunu demək istəmir…
Deyəcəyim isə bu ki, istənilən bir şəxs bütün bəşəriyyəti aldatmaq istedadna da sahib ola bilər, ancaq, bir özünü, bir də Allahı aldatmaq mümkün deyil, bəşər övladna Yaradan bu qabiliyyəti bəxş eləməyib. Mən belə baxıram ki, bizim bəzi qoçaqlar artıq bütün bəşəriyyəti aldada bildiklərini zənn edərək, Yaradanın iradəsindən kənara çıxıb özlərini də aldatmağın yolunu bulublar və indi də rəsmi tribunalardan Allahı belə aldatmaq həvəsinə düşüblər. Bir kərə daha, Allahın varlığını xatırladıb, Onun yaratdığı bəşərin bu qoçaq övladlarını Yaradanın iradəsinə tabe olmağa çağırmaqla mükəlləf bildim özümü. Allalı bu qədər aciz bilib, Allahsızlıq etməyin, cənablar, “İçində Allah qorxusu olmayan adam qudurmuş it kimidir” – deyimi boşuna söylənməyib hər halda. Sözü də bu qədər kirlətməyin, o adi bir nəsnə deyil, Allahın kəlamıdı.
————————————————————————————-

P.S.

Sayğıdəyər dostumuzun bu statusu mənə həbsxana dönəmini xatırlatdı. O zaman prezident İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi ilə birgə mətbuat konfransında, siyasi məhbuslarla bağlı suala verdiyi cavabı televiziyadan izləyəndən sonra, ona  açıq məktubla müraciət etmişdim. Vaxtınız müsaid olursa, bu linki tıklayıb, o məktubu da oxuyun. İllər ötür, zaman da, dünya da dəyişir, amma nə biz dəyişmək istəyirik, nə də bizi idarə edən zehniyyət dəyişir

“AZƏRBAYCANDA SİYAİ MƏHBUS YOXDUR” – DEYƏN CƏNAB İLHAM ƏLİYEVƏ

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*