«AZƏRBAYCAN» ADLI YALTAQLIQ BAZARI VƏ MƏDDAHLIQ YARMARKASI – 2!!!

İNDİ HEYDƏR ƏLİYEVİN,  ADI DA, DÜHASI DA, SADƏCƏ ALVER OBYEKTİDİ!!! 

 O CÜMLƏDƏN DƏ ZƏRİFƏ XANIMIN, İLHAM VƏ MEHRİNAN ƏLİYEVLƏRİN, AİLƏ YAXINLARININ ADLARI YALTAQLIQ BAZARININ, MƏDDAHLIQ YARMARKASININ POLKALARINDA XOD GEDƏN MALLAR SIRASINDADI, O QƏDƏR

Hacı Qalib SALAHZADƏ,

po sovmestitelstvu, Şeyxin qudası:

 

“Bakılılar Mehriban xanımı öz anası,

İlham Əliyevi isə öz atası kimi görürlər” !!!

 

 7 sentyabr 2018

 

—————————————————————————

Sərdar ƏLİBƏYLİ

po sovmestitelstvu “Reket” redaktor:

 

“Mən bu akvarium xamilionları barəsində sözümü hələ 2008-ci ildən demişəm, buyurun baxın” !!!

——————————————————————————-

«AZƏRBAYCAN» ADLI YALTAQLIQ BAZARI VƏ MƏDDAHLIQ YARMARKASI!!!

Sərdar ƏLİBƏYLİ

İNDİ HEYDƏR ƏLİYEVİN,  ADI DA, DÜHASI DA, SADƏCƏ ALVER OBYEKTİDİ!!! 

 O CÜMLƏDƏN DƏ ZƏRİFƏ XANIMIN, İLHAM VƏ MEHRİNAN ƏLİYEVLƏRİN, AİLƏ YAXINLARININ ADLARI YALTAQLIQ BAZARININ, MƏDDAHLIQ YARMARKASININ POLKALARINDA XOD GEDƏN MALLAR SIRASINDADI, O QƏDƏR

Məmləkətimizin  “bazar iqtisadiyyatı” adı altında özü boyda bazara çevrildiyi və bu bazarda kimlərin bazarkomluqetdiyi indi heç kimə sirr deyil. Başdanbaşa bəlli monopolistlərin əlində olan bu bazar «polkalarında indi satlığa çıxarılmayan heç bir nəsnə qalmayıb. ÇağdaşAzərbaycan bazarında mənlikdən mənəviyyata, insandan   insanlığa,    ədəbdən ədəbiyyata,   mərifətdən qanacağa,   daşdan torpağa,   ağacdan budağa,    başdan papağa, ətdən dıırnağa, kişilikdən   nakişiliyə, mərdlikdən namərdliyə, igidlikdən qorxaqlığa, qoçaqlıqdan alçaqlığa, Şəhidlikdən qaziliyəmilli qəhramanlığa, əsgərlikdən  fərariliyə, mədəniyyətdəincəsənətə və sair, və ilaxıra qədər hər şey satılır və alınır. Artıq bizim bazarlarda meyvətərəvəz, kartofsoğan, göygöyərti, ətbalıq, geyimkecim, ətriyyatədviyyat, ləlcəvahirat və sair satan adamlar üçüncü, hətta beşinci kateqoriyalı tacirlər hesab olunurlar. Çünki son dövrlərdə belə şeylər satmaq daha dəbdə deyil.

Heydər-İlham-1Hazırda daha bahalı və daha sərfəli ticarət subyektləri kəşf edilərək bazara çıxarılıb. Onları satmaq və almaq indiki dövrün tələblərinə uyğun daha çox maddi və mənəvi gəlirlər gətirir ki, bunun da arxasınca, insanların həm də şəxsi və xidməti karyeralarında qazanacağı uğurlar  gəlir.   Əslində  belə malların satıldığı bazarların yeri də fərqlidir. Daha, bütün hallarda, özlərinin yaşam və dolanışıqlarını təmin etmək üçün, alqı və ya satqı məqsədi ilə adamlar ənənəvi bazarlara deyil, mövcud telekanalların efirlərinə və mətbuat səhifələrinə daha çox meyl göstərirlər. Və bu növ alver vasitəsinə üstünlük verənlər indi məmləkət tacirlərinin siyahısına başçılıq edənlərdi. Başqa sözlə, Azərbaycanın bütün ekran və efirləri, eləcə də əksər mətbu orqanların səhifələri, ya yaltaqlıq bazarına, ya da məddahlıq yarmarkasına çevrilib. Ən maraqlısı isə odu ki, bu bazar və yarmarkalara çıxarılan “mallar” özlüyündə nə qədər bahalıdısa, onları alıb-satmaq istəyənlərin sayı artdıqca,  bu “mallar”ın qiyməti, yəni həqiqi dəyəri bir o qədər ucuzlaşır. Alıb-satmaq istəyənlərin sayı isə beş,on beş, yüz,yüz beş deyil, milyonlarladı. Bəzən adama elə gəlir ki, bütün əhli-məmləkət uşaqdan-böyüyə bu yaltaqlıq bazarlarında və məddahlıq yarmarkalarında nəsə alıb, nəsə satmaq üçün sıraya durublar…

Kim nə deyir, desin və cəmiyyətin bəzi kəsimlərinin bunu qəbul edib-etməməsindən asılı olmayaraq, Heydər Əliyev hansı yöndən baxılırsa-baxılsın, istər mənfi, istərsə də müsbət çalarlardan yozulursa-yozulsun, çox yekə KİŞİ olub. Heç şübhəsiz ki, elə bu səbəbdən Heydər Əliyev, barəsində günlərlə, aylarla deyil, bəlkə də illərlə danışılacaq adamlardandı. Ancaq hələ bu günə kimi məmləkətin yaltaqlıq bazarlarına və məddahlıq yarmarkalarına bütün vasitələrlə dırmaşanların heç biri Heydər Əliyev barəsində, onun layiq olduğu sözü deməyib, deyə bilməyib və deyə də bilməz. Ona görə ki, məqsədlər və hədəflər fərqlidi. Bu gün efirlərdə yağlı dillə məddahlıq yapanlar heç də Heydər Əliyevin böyüklüyünü, nə boyda olduğunu dərk edib də, bu barədə danışmaq üçün oralara dırmanmırlar. Onlar üçün indi Heydər Əliyev dühası sadəcə alver obyektidi, o qədər. Və bu bazarın “xod gedən” basabasında düşüncələr Heydər Əliyevi olduğu kimi təqdim etməyə deyil, daha çox məddahlıq və yaltaqlıq edib, haradasa, nəsə qazanmağa hesablanıb. Bəzən efir və ekranlarda, mətbu görüntülərdə elə kadrlarla rastlaşırsan ki, ya adamın əti tökülür, ya da tükləri biz-biz olur. Və bu yerdə adamın yadına, azı min il yaşı olan bir atalar sözü düşür ki, lətifəsi mərhum Heydər Əliyevdən də, məddahlıq bazarının çeşidli taciriərindən də uzaq, “kim ölüb, kimlərin bayramıdı“. 

Axı, mənə, Ziyad Səmədzadənin Heydər Əliyevin şəninə düzənlənmiş məclislərdə mədhiyyə deyənlərin baş tərəfində əyləşməsini və bu zaman qocaman akademikin nə qədər səmimi olduğunu kim və necə isbat edə bilər? Əgər bu akademik yaşının ahıl çağında bircə qətrə səmimi olsaydı, əvvəla bu tip tədbirlərə üzükməkdən belə utanardı. Məcburi gəlsəydi belə və yenə də içində bircə qətrə səmimiyyəti olsaydı, tədbir iştirakçılarından, Azərbaycan xalqından və ilk növbədə Heydər Əliyevin ruhundan acı göz yaşları içərisində üzr istəyərdi.

Və yaxud da xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı söz demək üçün  dəvət olunduğu “AzTv bazarı“nın “Səhər polkasında, o boyda kişini bir tərəfə qoyub:

«BÖYÜK ADAM, BÖYÜK İNSAN, VƏ BÖYÜK ŞƏXSİYYƏT OLA BİLMƏK ÜÇÜN GƏRƏK ANADAN MİR CƏLAL DOĞULA, MİR CƏLAL OLASAN»

şeiri oxumasını nə ilə izah etmək olar? Yəni Heydər Əliyevin barəsində xalq şairinin sözlərimi bitib? Təbii ki, yox, sadəcə, yenə də hədəf və məqsədlər fərqlidi.

Bu yaltaqlıq dəllalarının və məddahlıq dələduzlarının siyahısını “N” qədər artırmaq da olar. Ancaq arif olana bir işarə də yetər, deyibən, işarəni iki yekə “nöqtə ilə göstərdim və düşünürəm ki, kifayətdi.

Mir Cəlaldan söz düşmüşkən, bu insanın zamanında qazandığı nə qədər hörmət-izzət var idisə, son bir neçə ayda hamısını dələduz məddahlar və nadürüst yaltaqlar yerlə-yeksan ediblər. Atalar deyib ki, daş düşdüyü yerdə ağır olar. Bu mənada, Mir Cəlal da yaşadığı zamanın və düşdüyü yerin heç şübhəsiz ki, ağır daşlarından biri olub. Yəni, Sovetlər dönəminin az-çox yazı-pozusu olan müəllimlərindən, ziyalılarından biri kimi Mir Cəlal həqiqətən də böyük hörmətə layiqdi. Ancaq o, heç bir halda indi bir sıra karyera düşgünlərinin və məddahlıq üçün əldən-ayaqdan gedənlərin dedikləri boyda olmayıb. Yəni o da haradan çıxdı ki, Mir Cəlal “filosoflar filosofu, müəllimlər müəllimi, daha nələrin nəyi, yaxud kimlərin kimidi və sair”. Elə isə, Mir Cəlalı Mir Cəlal etmiş filosof və müəllimlərin özləri niyə xatırlanmır? Ayrıca, o dövrün Mir Cəlal səviyyəsində yazıb-yaratmış yüzlərlə kişilərini bəs niyə yada salmaq  istəyənlər yoxdu?  Bir sözlə, burada da nəyin və niyə baş verdiyi barəsində uzun-uzadı danışmağa ehtiyac yoxdu. Sadəcə, hər şey ona görə baş vermir ki, insanlar yatıb-durub, birdən-birə Mir Cəlalın nə boyda alim, yazıçı, filosof, müəllim və ziyalı olduğunu başa düşüblər. Yox, bir də yox, qətiyyən yox. Əslində, Mir Cəlal Paşayev adlı adam, bu gün Azərbaycanın birinci ledisi olan Mehriban xanım Əliyevanın babasıdır deyə, yaltaq “bazarkomlar öz “polka”larını “Mir Cəlal Paşayev markalı malla” doldururlar ki, alverləri “xod” getsin. Bir halda ki, ölkədə hər şeyə nail ola bilmək üçün, indi yaltaq, məddah, dələduz və nadürüst olmaq əsas şərtə, simaya, meyara və vasitəyə çevrilib, belə bir vəziyyətdə təbii ki, bu qəbildən olan “mallar”ı almaq və satmaq istəyənlərin də sayı qədərindən çox olmalıdı, özü də lap çox. İndi ölkədə çox az adam taparsan ki, açıq şəkildə Heydər Əliyevin dahiliyinə və dühasının qüdrətinə şübhə etdiyini dilə gətirə bilsin. Və bu Heydər Əliyev 30 ildən çox Azərbaycana rəhbərlik edib, ömrünün uzun bir hissəsində də Mir Cəlal Paşayevlə yaxın qohumluq əlaqələrində olub. O zaman necə ola bilər ki, o boyda dühanın qüdrəti, indi az qala Heydər Əliyevin özündən də böyük olduğu iddia olunan Mir Cəlal Paşayev böyüklüyünü sezərək, önə çıxarmayıb? Yəni Heydər Əliyevin son nəfəsinə qədər Mir Cəlal Paşayev barəsində həddini aşan bir cümlə nə yazılıb, nə də deyilib. O zaman belə çıxır ki, ya Heydər Əliyevin dahiliyinə şübhə var, ya da Mir Cəlal Paşayev heç də indi təqdim olunan boyda olmayıb…

Hələ bunlar harasıdı? İndi Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanı da, Mehriban Əliyevanın anası Aidə xanım İmanquliyevanı da bu nadürüst “bazarkom”ların alver “polka”larına, heç utanmadan, heç çəkinmədən  çıxaranlar var.  Mənim  bu xanımlar barəsində, “Allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun” deməkdən başqa sözüm yoxdu. Bu xanımlar zamanında çox yüksək mərtəbələrə çıxa bilməklə yanaşı, çox ağır günlər də yaşamış ərlərinin və övladlarının hər zaman ləyaqətlə, sədaqətlə qulluğunda durub, qayğılarını çəkiblər. Və bu xidmətin, bu titulun, bu stastusun yanında, birinin oftolmoloq, digərinin isə şərqşünas olması, hətta bu sahələrdə böyük uğurlar qazanmış olsaydılar belə, çox xırda bir işdi. Ona görə də bu barədə manipuliyasiya etmək bir yana, hətta əlavə nəsə danışmaq belə ayıbdı. Yeri gəlmişkən, Şeyx Şamil müasirlərindən birinin “SƏNI ŞAMİL EDƏN KİM OLDU” sualına, qurur və şəstlə, ÖVLADLARIMIN ANASI” – deyə cavab vermişdi. Məncə, indiki halda da bu iki xanım barəsində əlavə sözə ehtiyac yoxdu.

Bir də, tarixdə, yaşadığı dövrün və zamanın şərtlərinə görə, istənilən sahədə böyük uğurlar qazana bilmiş kişilərin öz adından savayı heç kimi və heç nəyi qalmır. Bu mənada, Heydər Əliyevin adı təkcə Azərbaycanın deyil, dünyanın da tarixində, heç şübhəsiz ki, yaşayacaq və o, bir çox mənalarda buna layiqdi.  Amma bu qoca tarixin çox az adamların adını əsrlərə, minilliklərə qədər saxlaya bildiyi arxivlərində nə Mir Cəlalın, nə də bu gün efir, ekran və qəzet səhifələrində “bazarlığa çıxarılan” digər bəy və xanımların yeri yoxdu. Əslində, düşünmürəm ki, buna cəhd edənlərin özləri də bunun fərqində olmasınlar. Ancaq istənilən “malın” müxtəlif bazarlarda geniş təlabatına, süni şəkildə imkanlar yaradılırsa, o zaman bu “malları” əldə edərək “xırıd” etməklə, tez-bazar varlanmaq istəyənlərin sayı da gözləniləndən çox olur. Bilmirəm, “filosoflar filosofu” kimi tanıtdırılan müəllimin fəlsəfi baxışlarında bu cür dünyagörüşlərinin yeri olub, ya yox, amma bütün hallarda, bu gün baş verən biabırçılıqlara ha çalışdımsa, göz yuma bilmədim.

Bəlkə də heç qarışmasıydım?!.

Guya qarışdımsa nə olasıdı ki?!.

Ancaq bu gün dərdləri və problemləri başından aşan bir ölkənin vətəndaşı olaraq

“bu yaltaqlıq selində, məddahlıq daşqınında Azərbaycana yazıq olur”

deməkdən də özümü saxlaya bilmədim. Əgər  bununla «böyükləimizin üzünə ağ olub, çapımı aşdımsa, növbəti “konsey” toplantısında qələmimin qırıla biləcəyinin də fərqindəyəm. Olsun, onsuz da hər gün bir az da ölən və öldürülən, fərarisi ağa, şəhidi, qazisi yesir mərtəbəsində tutulmaqla, özü də şəhidi kimi yesir edilərək şəhidləşən bir məmləkətdə bir qələm az, bir qələm çox, nə fərq edər ki?!

Amma bu ölkədə, acı da olsa, çılpaq həqiqətləri də kimsə deməlidi axı! Həm də söhbət ölkənin birinci adamının və birinci xanımının babasından, atasından, anasından, yaxın və çox yaxın qan qohumlarından gedirsə, ən azından, birincinin özünə və xanımına müəyyən məsələlərdə yardımçı olmaq, dəstək vermək istənilən vətəndaşın vətəndaşlıq borcudu, hətta onları siyasi mənada qəbul etməsə belə.

P.S.

Bu gün Zərifə Əliyeva barəsində yaltaqlıqla məddahlıq edənlərin nə qədər səmimi olduğuna inanmaq istəyənlər, 1990-92-ci illərin mətbuatına baxmaqla, öz istəklərinə çata bilərlər. O zaman Hacı Əbdül və «karyer» Qasım adlı SOVET DEPUTATLARI Ali Sovetdə Heydər Əliyevin üzünə qarşı, onun özünün və Zərifə Əliyevanın ünvanına cox ağır ittihamlar səsləndirmisdilər. Əgər həmin illərin mətbuatında bu günkü məddahlar ordusu və yaltaqtar sürüsündən kiminsə Hacı Əbdülə və yə «Karyer» Qasıma verilmiş bircə cümləlik cavabını tapan olsa, başımı ortaya fərman qoyaram.

Amma bu sətirlərin müəllifi həmin dövrlərdə Bakıda Heydər Əliyevin adını tutaraq açıq şəkildə meydana çıxa bilən vur-tut 70 kişidən biriydi. Bəli, o zamanların neçə milyonluq Bakısında Heydər Əliyevin adına meydana çıxa bilən cəmi 70-cə nəfər varıydı. İndi Heydərçi, İlhamçı, Zərifəçi, Mehribançı, hətta Mir Cəlalçı və ya Aidəçi olmağa nə var ki?!

«Nota beneqəzeti 

 25-31 may 2008-ci il

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*