“AZƏRBAYCAN XƏSTƏ DEYİL, AZADLIĞA HAMİLƏDİR…” !!!

MÜŞAVİRƏ XATİRİNƏ MÜŞAVİRƏ…

VƏ DƏ MƏSULİYYƏTİN BƏDƏLİ “UTANMALISINIZ” OLUNCA !!! 

HƏFTƏNİN  Fb XÜLASƏSİ !!!

TALEYİMİZƏ NEFTİN RƏNGİ ÇÖKDÜ…

ÖMRÜMÜZƏ PAMBIĞIN “QARA XƏBƏRLƏRİ” YAZILDI !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Millətin ömrünə, həyatına və rifahına, neftin rəngindən savayı bir şey yansımadı – günü qara oldu, vəssalam…

Bu məntiqlə, pambıq millətin ömründə, həyatında, rifahında ağ günlərə vəsilə olmalıydı, amma sahələrdən qalaq-qalaq qara xəbərlər gəlir…

Qarınlar başlardan böyük, niyyətlər qara, nəfslər yırtıcı, gözlər-könüllər ac, tamahlar Murtuzəlinin qılıncından iti olanda məntiq-filan işləməz, ya da “Qoy mən salim olum, cümlə-cahan batsa da batsın” məntiqi meydan sulayar...

Əslində isə, olanlar olmuşların, olmuşlar da olacaqların mabədidir. Qarnı başından böyüklər, nityyəti qaralar, nəfsi yırtıcılar, gözü-könlü aclar iş başındadı, ona görə. !!!!!!!!!!!!!!!!!!!

——————————————————————————————-

 ZÜLMƏT QARANLIĞIN VERİLƏRİ NƏ???!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Allah bəlanızı versin, işıqsız neyliyim, nətəri eliyim indi mən, bu qədər nadürüstlüyü hara yazaq, ay əclaflar sürüsü, dişlərimi sixmaqdan damarlarımın qanı töküldü, yetər bə !!!!!!!!!!!!

————————————————————————————————

ÇAXAN ŞİMŞƏYİN İŞIĞINDAN DƏRS DOĞMALIYKƏN, DƏRD DOĞDU !!!

Fb-NİN GÜNDƏMİNDƏN

İKİ GÜNDÜR Kİ, ÖLKƏNİ BÜRÜYƏN ZÜLMƏTİN İÇİNDƏ ELMAR VƏLİYEVİN VURULMASI XƏBƏRİ ŞİMŞƏK KİMİ ÇAXDI. 
BU ŞİMŞƏYİN ƏBƏDİYYƏTİ ANA SIĞDIRAN İŞIĞINDA GÖRÜNƏNLƏR ÇOXLARNA DƏRD OLUR, AMMA DƏRS OLMASI LAZM !!!!!!!!!!!!!!!!!!!!!!!

 

 

—————————————————————————————————

MÜŞAVİRƏ XATİRİNƏ MÜŞAVİRƏ…

VƏ DƏ MƏSULİYYƏTİN BƏDƏLİ “UTANMALISINIZ” OLUNCA !!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

был в прямом эфире.

05 июля 2018

“İlham Əliyev, bu qocalar evi sakinləri ilə bizi hara aparmaq istəyirsiniz?”!!!

1 184 просмотра

——————————————————————————————–

YƏQİN ƏHD ELƏYİB Kİ,
İŞ OTAĞINDA ÖLƏ !!!!!!!

Fb-NİN GÜNDƏMİNDƏN

VİRTUAL PORTRET

BU DA İŞ ADAMIDIR,
BU DA, MƏMUR KİŞİDİR.
BƏDBƏXTİN NƏ SƏSİ VAR,
NƏ QULAĞI EŞİDİR.
TƏNGİNƏFƏS HALDA O,
PİLƏKƏNLƏRİ ÇIXIR…
SEVİMLİ KÜRSÜSÜNƏ,
ÖZÜNÜ ZORLA YIXIR.
ALDIĞI RÜŞVƏTİ DƏ,
GÖZÜ GÖRMÜR Kİ BÖLƏ.
YƏQİN ƏHD ELƏYİB Kİ,
İŞ OTAĞINDA ÖLƏ !!!!!!!

(BB)
05 -07 2018

————————————————————————————————

“AZƏRBAYCAN AZADLĞA HAMİLƏDİ” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

DİAQNOZ !!!

DOSTLAR, AZƏRBAYCAN XƏSTƏ DEYİL, AZADLIĞA HAMİLƏDİ. BUNU NƏ QƏDƏR TEZ ANLASAQ, DOĞUŞ O QƏDƏR ASAN VƏ DOĞULACAQ AZADLIĞIMIZ DA BİR O QƏDƏR SAĞLAM VƏ GÜMRAH OLACAQ !!!!!!!!!!!!!!!!!!!

———————————————————————————————-

ƏFQAN SADIQOVU KİM OĞURLAYIB???!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Əfqan Sadıqovdan nə xəbər var, bilən varmı…

… və onu Cəlilabaddan gətirənlər kimin uşaqlariymış??????????
!!!!!!!!!!!!!!!

———————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN 

“Adi kriminal hadisə” ifadəsinin şifrəsi çözüldü, kodu sindırıldı, bundan sonra o ifadəni “Şəriət dövləti qurmaq” kimi oxumaq lazım gələcək !!!!!!!!!!!!!!!!!!!!!!!!

 

————————————————————————————————-

AVTOVAĞZAL FƏLAKƏTİ

Fb-NİN GÜNDƏMİNDƏN 

AVTOVAĞZAL KİMİN OBYEKTİDİ GÖRƏN ???

DÜNƏN SAAT 12-dən 15-ə QƏDƏR BAKININ ADNA “BEYNƏLXALQ” DEYİLƏN AVTOVAĞZALINDA OLDUM. FƏLAKƏTİN MİQYASLARI “MİNGƏÇEVİR SES”-DƏ BAŞ VERMİŞ QƏZADAN DAHA BÖYÜK, GÖRÜNTÜLƏRİ İSƏ DAHA VAHİMDİR. BU MİLLƏTƏ MƏMLƏKƏTİN HƏR YANINDA, HƏR YERİNDƏ, HƏR TƏRƏFİNDƏ ZÜLM EDİR, ONUNLA DÜŞMƏN KİMİ DAVRANIRLAR…

MƏNDƏN SÖYLƏMƏSİ Kİ, ORDAN DA GÜLLƏ SƏSLƏRİ GƏLMƏKDƏDİR, YA BU GÜN, YA DA YARIN EŞİDİLƏCƏK, DURMAQ, DAYANMAQ, DÜŞÜNMƏK, ALLAHI BİR BİLMƏK GƏRƏKDİ, AY MƏNİM ƏZİZ VƏ ƏSİL MÜSƏLMAN QARDAŞLARIM !!!!

İLHAM ƏLİYEV, ORAYA MƏSUL OLAN NAZİRİNİZ DƏ “SƏN BU XALQDAN UTANMALISAN” – TƏNBEHİNİ EŞİTMƏK İSTƏYİR, BİR ZƏHMƏT ONU DA UTANDIRIN !!!!!!!!!!!!!!!

——————————————————————————————

İNSANLARI BU HALA SALMAQ İNSANLIQ SUÇUDU, CƏNABLAR !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

 

Əfqan Sadıqovdan hələ də xəbər yoxdu, axşam yoldaşı ilə danışdım,durumu ifadə etməyə nə sözün qüdrəti yetir, nə də insan ağlı bunu qəbul, insan ürəyi bunu həzm edə bilir.

İnsanları bu hala salmaq insanlıq suçudu, cənablar, ölkəni bir anda saran qaranlğın zülmətindən, qaranlıqda atılan güllələrdən, canlı efirlərdə intihardan və bu sırada axan qanlardan heçmi diksinib ayılmadnız, ayılıb da utanmadnız, prezident gərək ki:

“SİZ BU XALQIN QARŞISINDA UTANMALISINIZ”

– demişdi !!!!!!!!!!!!!!!!!!!!!!

——————————————————————————————-

 NİYƏ OLMÜR ƏƏƏ BU???!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

“MOLODES …” !!!!!!

Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan Aqromexanika və Elmi-Tədqiqat İnstitunun direktoru, professor Kamil Fətəliyev:

“NİZAMİNİ DÜNYAYA ELMAR VƏLİYEV TANITDI” !!!!!!!!!!!!!!!!

Etirazı olan varmı ??????????

———————————————————————————————– 

AZAD SÖZ BİĞULAR, MÜSTƏQİL MƏTBUAT QƏTL OLUNARSA … !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

BİR DAHA, SƏBƏB VƏ NƏTİCƏ HAQDA !!!!!!!!!!!!!!!!

ÖLKƏNİN GƏ(TİRİ)LDİYİ DURUMUN TƏK SƏBƏBİ AZAD SÖZÜN BOĞULMASI VƏ MÜSTƏQİL MƏTBUATIN ÖL(DÜRÜL)MƏSİ, TƏK GÜNAHKARI İSƏ AZAD SÖZÜ BOĞ(DUR)ANLAR VƏ MÜSTƏQİL MƏTBUATIN QƏTLİNƏ FƏRMAN VERƏNLƏRDİR. ZİRA, HAKİMİYYƏTDƏKİLƏR, ŞALVARLARINDAKI YIRTIQLARI YAMAMAQ ƏVƏZİNƏ, HƏR ADDIM BAŞINDA O YIRTIQLARI GÖSTƏRƏN GÜZGÜLƏRİ SINDIRMAQ, AYNALARI QAPATMAQ YOLUNU TUTDU VƏ NƏTİCƏLƏR DƏ ORTADA !!!!!!!!!!!!

Фото Сердара Алиева.

————————————————————————————————-

 MASKALAR DÜŞSÜN ARTIQ !!!

Fb-NİN GÜNDƏMİNDƏN 

GECİKMİŞ ETİRAF

“MƏN İLK DƏFƏDİR Kİ, ÇOX AÇIQ DANIŞACAM, METAFORADAN, OBRAZLILIQDAN, HƏR HANSI ALLEQORİYADAN UZAQ, BİR SÖZLƏ, MİRŞAHİNİ MİRŞAHİN ELİYƏN BÜTÜN ÜSLUBLARI BİR KƏNARA ATIRAM. BƏRİ BAŞDAN ÜZR İSTƏYİRƏM…” !!!!!!!!!!!!!!!!

(AĞAY(ev)İ MİRŞAHİN “Reaı Tv” )

“Gecikmiş etirafdı, o, artıq çoxdan açıq danışır, metaforadan, obraqzlılıqdan, hər hansı alleqiriyadan uzaqdı, bir sozlə Mirşahini Mirşahin edən bütün üslubları kənara atıb, yəni indi danışan özüdü, olduğu kimidi, “Mirşahini Mirşahin edən üslublar” maskası artıq kara gəlmir. Mən də bu haqda ayrıca danışacam, amma kimsədən, nə bəribaşdan, nə də sonradan üzr istəmədən.Təki bir sağlıq, bir də azadlıq olsun…” !!!!!!!!!!!!!

(Sərdar ƏLİBƏYLİ “ps-Nota.com“)

—————————————————————————————

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*