AZƏRBAYCANIN ƏBƏDİ XOŞBƏXTLİYİ NAMİNƏ !!!

Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni verildi !!!

Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni verildi - Təltif
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilib.

Teref.info Azərtac-a istinadən xəbər verir ki, Mehriban Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif edib.

Bu yüksək ordenlə Pravoslav kilsəsi, Rus dövləti və Rusiya ictimai həyatının müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.

Xatırladaq ki, 2013-cü ildə Mehriban Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.

16 dekabr

——————————————————————————————————

P.S.

Xatırladaq ki, MDB ölkələrinin birinci lediləri sırasında, analoji ordenlə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xanımı Lyudmila Yanukoviç 2013-cü ildə təltif edilib.

Zəruri qeyd:

“Орден “Святой равноапостольной княгини Ольги”  – одна из высших женских наград православной церкви. Людмила Янукович получила награду за развитие богословской науки.”  (“Комсомольская правда” – 10 июня 2013)

 

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir