“AZAD AZƏRBAYCAN NAMİNƏ” BƏYANAT YAYDI

“HƏRƏKATÇILAR HƏLƏ DƏ YORULMAYIB, BEZMƏYİB”!!!

meydan herekatiÖmurunun 28 ilini Azərbaycanın mustəqilliyinə, ərazi bitovluyunə, azadlıgına qurban vermis hərəkatçılar hələ də yorulmayib, diktatura ilə mubarizə aparmaqdan bezməyib. Cunki bu vətən, bu məmləkət bizimdir, yağıların yox. Amma ən dəhşətlisi odur ki, dünən yumurtadan cıxıb siyasətlə məşğul olduqlarını iddia edən “gənc siyasətçilər” bu gün mitinqin əleyhinədirlər. “Gənc “siyasətçilər”in bu mövqedə dayanmalarının analizindən belə qənaətə gəlmək olar ki, həmin gənclər siyasətə hakimiyetin himayəsi altında gəliblər və bu gün də hakimiyyətin himayəsindədirlər.

Dəyərli və uca milletim, bu hakimiyetin dəyişməsinin, xalqın nəhayət ki,  xosbəxt gələcəyə qovuşmasinin, huquqi dövlətdə, təməl insan haqlarına, demokratik ənənələrə, vətəndaşların azadlıqlarına və mükkiyyət toxunulmazlığına  hörmət olunan agasirinbir ölkədə yaşaya bilməsinin yolu meydanlardan, yüz minlərin, milyonların qatıldığı kütləvi etiraz aksiyalarından, mitinqlərdən kecir. Çünki daha başqa yolumuz yoxdur. Hamılıqla meydanlara axışıb, bir millət olaraq öz etirazlarımızı bildirməli və birlikdə bu rejimlə vidalaşmaq uğrunda mübarizəyə qoşulmalıyıq.

Ağaşirin TANRIVERDİOĞLU

“Azad Azərbaycan Naminə” ictimai təşkilatın təsisçisi 

27.07.2016

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*