“AZADLIQ FƏDAİSİ” MÜKAFATI GÖZƏL BAYRAMLIYA VERİLDİ !!!

ALDP HƏBSDƏ OLAN AZADLIQ FƏDAİSİNİ MÜKAFATLANDIRIB !!!

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev AXCP sədr müavini Gözəl xanım Bayramlının bacısı Şirin xanım Bayramova ilə görüşüb.

Görüşdə məqsəd G.Bayramlının Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədər partiyanın təsis etdiyi “Azadlıq Fədaisi” mükafatının 2018-ci il qalibi müəyyənləşməsi olub.

Fuad Əliyev Şirin xanıma “Azadlıq Fədaisi” mükafatı haqqında qısa məlumat verib:

“Ənənəvi olaraq hər il partiya üzvləri arasında keçirilən sorğuya əsasən 2018-ci ilin qalibi Gözəl xanım Bayramlı olub. Gözəl xanım insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə bu mükafata layiq görülüb”. 

Öz növbəsində Şirin Bayramova Fuad Əliyevə bu mükafata və diqqətə görə minnətdarlığını bildirib.

Görüşün sonunda ALDP sədri Gözəl xanım Bayramlının tezliklə azadlığına qovuşmasını arzulayıb.

—————————————————————————-

Qeyd:

“Azadlıq Fədaisi” mükafatı ALDP tərəfindən 2016-ci ildə təsis olunub. İlk olaraq bu mükafata REAL partiyasının sədri İlqar Məmmədov, 2017-ci ildə isə eks-spiker Rəsul Quliyev layiq görülüblər.

ALDP mətbuat xidməti

08.12.2018

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*