BAŞ REDAKTOR HƏM DƏ “MAKLER”İYMİŞ???!!!

Mətləb DADAŞOV

“ƏSƏBLƏRİM SAKİTLƏŞƏNDƏN SONRA ANLADIM Kİ …” !!!

“MƏNİ MAŞINIMLA BİRLİKDƏ OĞURLAYIB POLİS BÖLMƏSİNƏ,

ORDAN DA “BANDOTDEL”Ə APARDILAR” !!!

 


 

Azərbaycan Respublikasının Prezidenti

İlham Heydər oğlu Əliyev cənablarına

A Ç I Q  M Ə K T U B

Surəti:

Azərbaycan respublikası Daxili İşlər Naziri,

Polis general – polkovniki cənab

Ramil Usubova

 

Masallı rayon Polis şöbəsinin rəisi, Polis

polkovniki, cənab Habil Əmiraslanova

 

Nəzərinizə çatdırıram ki, 27 dekabr 2007 – ci il tarixdə Sumqayıt şəhərində ev almaq məqsədilə “Şakir –MMC “ Tikinti şirkətinin iş icraçısı, Tərtər rayonunun Borsunlu kənd sakini Səlimov Telman Ağalar oğlu, xalam oğlu, Yardımlı rayonunun Gügavar kəndində anadan olmuş, hazırda Saray qəsəbəsində yaşayan, ev – torpaq alqı –satqısı ilə (makler) məşğul olan Heydərov Məsləhət Heydər oğlu, “Azərbaycanım” Beynəlxalq Jurnalının Baş Redaktoru , Bakı şəhəri Yasamal rayon T. Xəlil Rza küçəsi, ev – 9 ünvanında yaşayan Nəsirli Emil Rüfət oğlu, müvafiq hüquqi sənədlər əsasında, dələduzluq yolu ilə məndən 22.000   ( iyirmi iki min ) ABŞ-dollar pulumu alıb. İndiyə kimi nə evlə təmin olunmuşam, nə də şəxsən, əl-bəəl Emil Nəsirliyə verdiyim pulu geri ala bilrəm.

Bunu da deyim ki, həmin pulu Məsləhət Heydərovun vasitəçiliyi, Telman Səlimovun təsdiqlədiyi sənədlər və öz üzərinə götürdüyü notarial qaydada öhdəliklər əsasında vermişdim.

Uzun illərin sözügedən şikayət materialları Bakı şəhəri Yasamal RPŞ-nin 27 – ci Polis Bölməsində toplanmış – 244/16 nömrəli material PB-nin təhqiqatçısı Ruslan Əfəndiyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.11.2017-ci il tarixli qərarı əsassız olduğundan, Yasamal rayon Prokurorunun 12.02.2018-ci il tarixli qərarı ilə ləğv edilməklə, 12.02.2018-ci il tarixli, 416 xid-18 nömrəli məktubla Bakı şəhər Prokurorluğuna göndərilmişdir.

Hazırda rəsmi sənədlərə görə həmin cinayət tərkibli iş, ölkənin Baş Prokurorunun da nəzarətindədir.

On il ərzində bu işi mütəmadi olaraq, Kütləvi İnformasiya Vasitələrində, xüsusən sosial şəbəkələrdə daima gündəmdə saxlamışam. Məsələnin digər tərəfi də düşündürücüdür ki, adicə bir jurnal Redaktoru mənzil alqı-satqısı ilə məşğul olur, aşağıda adları çəkilən Dövlət Xadimlərinin nüfuz dairəsindən istifadə edib, bir mənzili bir neçə adama satmasınıdan da kimsənin xəbəri yoxdur yəni?

Jurnala baxsanız, bu uzun siyahının göz deşməsinin şahidi olarsınız;

“Azərbaycanım” Beynəlxalq Jurnalının Baş Redaktoru , Bakı şəhəri Yasamal rayon T. Xəlil Rza küçəsi, ev – 9 ünvanında yaşayan Nəsirli Emil Rüfət oğlu

 

REDAKSİYA HEYƏTİNİN FƏXRİ ÜZVLƏRİ

1. Fəttah HEYDƏROV,

2. Xoşbəxt YUSİFZADƏ,

3. Cəmil ƏLİYEV,

4.Teymur BÜNYADOV,

5. Nərgiz PAŞAYEVA,

6. Dilarə SEYİDZADƏ,

7. Hacı Allahşükür PAŞAZADƏ,

8. Kəmaləddin HEYDƏROV,

9. Hacıbala ABUTALIBOV,

10. Südeyif İMAMVERDİYEV,

11. Zərifə SALAHOVA,

12. Səlim MÜSLÜMOV,

13. Ziyafət ƏSGƏROV,

14. Hadi RƏCƏBLİ,

15. Сəmil QULİYEV,

16. Ziyad SƏMƏDZADƏ,

17.Hüseynbala MİRƏLƏMOV,

18. Eldar ŞAHBAZOV,

19. Tahir SALAHOV,

20. İsmayıl HACIYEV,

21.Əhliman ƏMİRASLANOV,

22. Abel MƏHƏRRƏMOV,

23. Səttar MÖHBALIYEV,

24. Ənvər SEYİDOV,

25. Bağır ƏSƏDOV,

26. Həsən ŞİRİNOV,

27. Əhəd ABİYEV.

Bütün bu olaylar fonunda, Yasamal rayon 27–ci polis bölməsinin təhqiqatçısı Ruslan Əfəndiyevin mənə ardıcıl olaraq zəng etməsindən şübhələndim ki, məni şərləyib, həbs etmək planı cızılır. Etiraf edirəm ki, mən də PŞ-nin doğru mövqedə olmadığına görə sərt danışdım. Həmin danışığı da dərhal internet səhifəmdə yerləşdirdim. Əsəblərim sakit olandan sonra anladım ki, polis kontingenti mənə mütləq hörümçək toru quracaq.

Bəli, elə də oldu.

04.12.2017– ci il tarixdə, saat 08-00 radələrində rayonumuzun Boradigah qəsəbəsindən evə gələndə, qonşu Kolatan kənd Məişət evinin çəpərinə asılmış RTMM ( Respublika Talış Mədəniyyət Mərkəzinin ) bayrağını görüb, çəkəndən sonra qeyri adi xəbər kimi sosial şəbəkədə paylaşdım. Bu işimi böyük bir cinayət əməli kimi hesaba qatan Masallı rayon PŞ-si əməkdaşları, Xanalion kəndindən yoxa çıxan Seyfullayev Məsti kişi, Sığdaş kəndindən qeyri-qanuni yollarla Qazaxıstana, Türkmənistana aparılan qızların aqibəti, erkən nigah məsələləri, mal-qara oğurluğu, təkcə ötən il 21 fərdi evin qarət edilməsi, həmin evlərdən oğurlanmış, külli miqdarda qızıl-zinət əşyaların sonradan polis tərəfindən tapılıb yoxa çıxması, market-mağazaların qarət edilməsi, narkomaniyanın tüğyan etməsi kimi cinayətləri kənara qoyub, məni camaatın gözü qabağında xüsusi qəddarlıqla, qanunsuz olaraq, idarə etdiyim BMV markalı maşınımla birlikdə oğurlayıb, RPŞ-nə, ordan da adı ilə məşhur olan “Bandotdelə” apardılar.

Orada isə 62 illik həyat fəaliyyətim demək olar ki, ölkənin bütün hüquq – mühafizə sistemi tərəfindən yoxlanıldı.

Həyatımda cinayət faktı olmadığı, əksinə, Vətənə sədaqətim, ölkəmizin Dövlət müstəqilliyi, onun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakım sübut olandan sonra qurama “Asayişi pozma və polisə müqavimət “ maddəsi ilə 30 sutkalıq inzibati cəza verilib, Binəqədi təcridxanasında, yeni 2018-ci ili qarşılamalı oldum.

Bayrağı gətirən, çəpərə asan və asdıranlar mənim həbsimdən sonra tapılıb RPŞ-nə aparılsa da, nədənsə, nə sahə müvəkkili, nə Kolatan kənd Ərazi Vahidi üzrə Nümayəndəlik, nə də kənd bələdiyyəçilərinin heç bir cəza almaması kiməsə sirr olsa da, mənə aydın olan haldır.

Bütün sadaladığım qanunsuzluqlar, əsassız həbs olunmağım, rayon polis əməliyyatçısı Azər adlı adamın bu yaşımda mənim böyrəklərimə yumruq zərbəsi vurması da bir yana, Bakıya gedərkən polislərdən birinin Səlyanda su alıb mənə verib, içmək istədikdə Azərin mənim əlimdən qamarlayıb yerə atması da gözlənilən idi. Əsas məsələ budur ki, Kolatan kəndində qanunsuz olaraq mənim maşınımı zorla əlimdən alıb, yolda radara da salan ( kimliyini hələ də demirlər ) polis çavuşu Masallı RŞ-nə qədər olan 14 km-lik yolda əl çantamdan xarici pasportumu, əmək kitabçamı və video-kameralı avtoqələmimi oğurlamışdır.

Götürdüyü şeylərimi hələ dəqaytarmır, guman edir ki, “öz qiymətini “ oxuyub, alandan sonra qaytarar.

Xatırladım ki, yazdığım bütün məsələləri silsilə məqalələrimdə KİV-də ictimaiyyətə çatdırıram.

Mənə məxsus olan şeylərimin tezliklə qaytarılmasını səlahiyyətli şəxslərə sərəncam verməyinizi xahiş edirəm.

Hörmətlə:

 Masallı rayonunun Babakücə kənd sakini

Dadaşov Mətləb Vəkil o.

28 fevral 2018 – ci il.

3 şərh

  1. Ey Adəm övladları !
    Azərbaycanda elə bir hüquqi ünvan göstərin ki, Vətəndaş kimi müraciət edib, haqqım qaytarılsın !
    Ölkə daxolində bütün ünvanlara müraciət etsəm də bu günə kimi təmin olunmamışam.

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*