BAX BELƏ OĞLANDI “PARTİZAN SƏMƏD”!!!

QALMADI DOSTLARDAN, QALMADI GERİ,

QORXMADI GÖRƏNDƏ ÇƏTİNLİKLƏRİ,

HƏR GÜN PAYLAYIRDI AŞPA-da RÜŞVƏT,

BAX, BELƏ OĞLANDI “PARTİZAN SƏMƏD” !!!

Səməd Seyidova AŞ PA sanksiya qoydu. Sanksiyanı eşidən kimi Səmədin keçirdiyi anlar videokameraya belə yansıyıb.

Səməd Seyidova AŞ PA sanksiya qoydu. Sanksiyanı eşidən kimi Səmədin keçirdiyi anlar videoya düşüb.Maksimum paylaşaq.

Posted by Natiq Adilov on Wednesday, 16 May 2018

APA-nın məlumatına görə,  Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı mətbuat konfransı keçirib.

Səməd SEYİDOV:

“Məni 3 saat dindirdilər, təsir göstərirdilər ki, etmədiyimiz əməli etiraf edək. Təbii ki, etiraf etmədik…”

Nə yaxşı, Allah üzümüzə baxıb ki, AŞPA-nın nə MTN-i, nə “Bandotdel”i, nə də Çovdarovları var, yoxsa bu “partizan”, 3 saat nədi, 3 dəqiqəyə sınıq-salxaq olub, etirafda da bulunar, etdiklərini bir yana buraxın, etmədiklərini də boynuna alardı. Özünə də QHT-dən-zaddan açıb, dövlətin əleyhinə işlədərdilər.

————————————————————————–

P.S.

“PARTİZAN SƏMƏD”

ƏLİNDƏ ÇAMADAN, AĞLINDA RÜŞVƏT,

GETDİ AVROPAYA “PARTİZAN SƏMƏD”,

İLK GÜNDƏN AŞ PA-da QAZANDI HÖRMƏT,

BELƏCƏ TANINDI “PARTİZAN SƏMƏD” !!! 

 

QALMADI DOSTLARDAN, QALMADI GERİ,

QORXMADI GÖRƏNDƏ ÇƏTİNLİKLƏRİ,

HƏR GÜN PAYLAYIRDI AŞPA-da RÜŞVƏT,

BAX, BELƏ OĞLANDI “PARTİZAN SƏMƏD” !!!

 

AŞPA-da HAMININ FƏXRİYDİ SƏMƏD,

RÜŞVƏT PAYLAMAQLA FƏXR ETDİ SƏMƏD,

KOMANDAN ƏMR ETSƏ: – “SIRAYA DÜZLƏN”

HAMIDAN BİRİNCİ SƏMƏDDİ GƏLƏN !!!

1 şərh

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*