BİR QAZİNİN MANİFESTİ VƏ YA RƏZALƏTDƏN DOĞAN KONTRAST !!! 

SUSMUŞ VİCDANLARIN ÖNÜNDƏ SUS(durul)AN QAZİ HARAYI !!!

Baxın, diqqətlə baxın, bu, bizik – mənəm, sənsən, odur, hamımım bir yerdə və hər birimiz tək-tək. Baxın və düşünün, düşünün və bir də baxın. Sözün bitdiyi, rəzalətin, alçaqlığın, harınlığın, qudurğanlığın, bişərəfliyin, binamusluğun və əclaflığın at oynatdığı, tüğyan etdiyi yerdi burası, Cavid Əfəndi demiş:

“O halda bir molla cağır… bir kərə,

Fatihə soyləsin, sizin köylərə !

Bir ölkə ki, səsi-ünü çıxmaya,

Haqsızlığa qarşı yumruq sıxmaya,

O bir məzarlıq ki, görənlər şaşar !

İçlərində həp canlı ölülər yaşar !” !!!

 

—————————————————————————————-

P.S.

“Да, она поняла, … поняла что, ей все дозволено”

YAXUD, KƏNDXUDANI GÖR, KƏNDİ TALA !!! 

Bilmirəm, nə qədər yerinə düşəcək, amma, bu olayın sonucu kimi təqdim olunan görüntülər mənə, Qorbaçov yenidənqurmasının ilk illərində, o dövrün ən populyar qəzeti olan “İZVESTİYA”da dərc edilmiş bir məqaləni xatırlatdı. Bir səhifəlik məqalənin adı “KORRUPSİYA” idi və Sovetlərin Brejnev dönəminin ağlasığmaz bir olayndan bəhs edilirdi.  Bilənlər bilir ki, o zamanlar Özbəkistan SSR Ali Sovetinin sədri Nəsrəddinova soyadlı bir qadın olub. Sözügedən həmin məqalənin mövzusu da o qadınla bağlıydı, onun barəsində ağlasğmaz,  ölkə boyunca əfsanələr dolaşan korrupsionerlik fəaliyyətlərindən bəhs edirdi. Bu xüsusda, əsasən xanım Nəsrəddinovanın öz oğluna elədiyi əfsanəvi, nağıllarda belə rastlanmayan toy mərasimi haqda, məxsusu olaraq, həm də təfərrüatları ilə söhbət açılır . “GENSEK”in özünə qarşı olan xüsusi münasibətlərindən sui-istifadə edən Nəsrəddinovanın oğluna elədiyi nağılvari toyun xəbəri və bu yöndə yaranan əfsanələr tezliklə bütün SSRİ-yə yayılsa da, rəhbərlikdən kimsə, bu xüsusda Brejnevə, onun sevimli kadrı barəsində söz deməyə cəsarət edə bilmir. Amma get-gedə söz-söhbətlər o qədər böyüyür, əfsanələr o qədər yayılır ki, o zaman KQB-nin sədri olan Yuri Andropov Brejnevlə bu haqda görüşüb, tədbir görmək üçün izn istəmək qərarına gəlir. KQB sədrini diqqətlə dinləyən “GENSEK” elə onun yanındaca Nəsrəddinovaya telefon açır və deyir:

“Слушай, ты там немножкo сглупила с этой свадьбой”!!!

Və xəttin o başından xanımın səsi gəlir:

“Я вас поняла, Леонид Ильич” !!!

Şübhəsiz ki, Andropov bu qısa söhbətdən öz dərsini alır və sakitcə otağı tərk edir.

Burdan sonrasını isə məqalənin müəllifi belə yazır:

“Да, она поняла, … поняла что, ей все дозволено” 

Bax belə, bu videogörüntüləri də mən təxminən o cür qarşıladım ki, Abşeronun icra başçısı xanım İradə Gülməmmədova da olub-bitənlərdən bir şeylər başa düşüb, başa düşüb ki, ona hər şey olar, istədiyini etməkdə azaddır, necə deyərlər, kəndxudanı gör, kəndi tala… 

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*