“BÖYÜK OLAN, DÜŞMƏN OLSA BELƏ, YENƏ DƏ BÖYÜKDÜR, DOSTLAR” !!!

Разнос от Путина!

Глава РАН жестко тупит и заикается после вопроса Президента

——————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

——————————

İLHAM ƏLİYEV, BÖYÜK ALİMLƏRİMİZİ ELMƏ QAYTARIN, LÜTFƏN !!!

Rusiya Prezidenti Vladimir Putinin müşavirəsindən aşağıdakı kadrlara baxanda, Rüstəm Behrudunun “Azərbaycan ortada qalmış Ana tabutudur” yazısından bu sətirləri xatırladım:

rüstəm-5

“Dostlar! Böyük olan, düşmən olsa belə, yenə böyükdür. Böyük Pyotr hakimiyyətə gələn zaman belə bir fərman vermişdi: kim kəndir almağa kifayət edəcək qədər rüşvət alıbsa, həmin kəndirlə dar äğacından asılmalıdır. Fərman sonradan imzalanmasa da, Pyotrun vaxtında rüşvətin sonu dar ağacı idi. Azərbaycanda kəndir bol, dar ağacı yox. Nazirlər, İcra hakimləri, haqq-ədalət qoruyucuları, bir sözlə, əlində möhür olan, sözü keçən hər kəsin kəndirin bolluğundan da xəbəri var, dar ağacının yoxluğundan da. Dar ağacı yoxdursa, kəndir qorxulu deyil.”

Ilham Əliyev-333Bu arada, həddim və haqqım olmadığını bilsəm də, onun əfvinə sığınaraq Azərbaycanın prezidentinə də belə bir təklif verməyi düşündüm ki, bu süjetə baxsın və dövlət ərkanında yer alan, hökumət və hakimiyyət orqanlarında, icra hakimiyyətlərində, eləcə də parlamentdə və YAP rəhbərliyində təmsil olunan, akademiklərə, proofesor titulu daşıyanlara, elmlər doktorlarına AMEA-da elmi fəaliyyətlərini davam etdirə bilmək imkanı yaradan sərəncam versin. Gerçəkdən də bu BÖYÜK ALİMLƏRİ dövlət ərkanında tutmaq, hökumət və hakimiyyət koridorlarında saxlamaq, icra hakimiyyətlərində xalqa qulluqçu eləmək, parlamentdə və YAP-ın rəhbərliyində oturtmaq Azərbaycan ameaelmi üçün ağır zərbədir. Həm də indi tutduqları vəzifələrə rəğmən, çox böyük məsuliyyət, ağır zehni və fiziki əmək tələb edən vəzifələrdə, dövlətin nəfi və bəkası üçün, bəzən günlərlə yuxu üzü görmədən istirahərsiz çalışmaq məcburiyyəti altında işləməklə, vaxt tapıb bu qədər elmi yaradığılıqla məşğul ola, bu yöndə belə uğurlar qazana bilmiş adamları elmdən kənarda tutmaq gühahdı, hətta dövlətin gələcəyinə və bəşəriyyətin elmi inkişafına xəyanətə bərabər tutula biləcək əməldir. Bu baxımdan cənab prezidentin, Rusiyalı həmkarından nümunə götürərək, tezliklə, bu qədər elm adamını elmə qaytarması üçün təvəqqedə bununmaq zərurəti duydum.

(28 noyabr 2016, ps-nota.com)

Владимир ПУТИН:

“Либо ты чиновник – либо член Академии Наук. Откуда чиновники в РАН? Они что, крупные ученые? ” 

———————————————————————————————–

293 dəfə ümumi oxunub, 10 dəfəsi bu günə aiddir.

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*