BÖYÜK OYUNLAR ƏRƏFƏSİNDƏYİK, DOSTLAR, AYAQLARI DƏNG ALIN !!!

DÜNƏN İNGİLİS BAYRAĞINDAN BƏHS ETMİŞDİM YA … !!!

—————————

Sərdar ƏLİBƏYLİ

—————————

Baxın, artıq özümdən şübhələnməyə başlamışam, deyəsən axı məndə ciddi-ciddi ekstrasenslik qabiliyyətləri aşkara çıxır. Üzərindən heç bir sutka da keçməyib, dünən gecə yazmışdım ki,  Sərdar Cəlaloğlunu daş-qalaq edən mətbu orqanların cəmiyyətə təqdim etdikləri kollaj-karikaturada çəkilən kənar əlin üzətinə həkk olunmuş Böyük Britaniya bayrağı heç təsadüfə oxşamır və işlərin hara yönləndiriləcəyinə bir işarədir. Dediyim kimi, üzərindən heç bir gün də keçmədi ki, elə həmin mətbu orqanlar, növbəti bombanı partlatdılar və  heç kimin tanmadığı “TANINMIŞ ANALİTİKDƏN SOK AÇIQLAMALAR”  cəmiyyətə təqdim olundu. İddia və hökm də birmənalıdır :  “SƏRDAR CƏLALOĞLU İNGİLİSLƏRİN AGENTİDİR !!!”

Gerisini özünüz oxuyarsınız. Məncə oyunun miqyasları da, məna tutumu da böyü(dül)məkdə davam edr. Bütün hallarda böyük təlatümlər vəd edən daha böyük oyunlar ərəfəsindəyik. Bunu da elə-belə dedim, yazın bir yerə, olacaqları da olanda görəcəyik, sonra kimsə demədi deməsin !!!  

Atalar nahaq yerə deməyiblər ki, insanlar gündə bir şey eşitməsələr qulaqları eşşək qulağından da uzun olarmış. Buyurun, bu da heç kimin tanımadığı “TANINMIŞ ANALİTİKDƏN SOK AÇIQLAMALAR”  – “SƏRDAR CƏLALOĞLU İNGİLİSLƏRİN AGENTİDİR !!!” məqaləsi:

Tanınmış analitikdən ŞOK AÇIQLAMALAR:

“Sərdar Cəlaloğlu ingilislərin agentidir”

“Sərdar Cəlaloğlu Türkiyə-Azərbaycan konfederasiyası yaradılması məsələsini qaldırmaqla təxribat yaratmağa çalışır”.

Bu sözləri “Ölkə.Az”a açıqlamasında tanınmış yazıçı publisist, siyasi analitik Tahir Cəfərli bildirib. 

T.Cəfərli deyib ki, Sərdar Cəlaloğlunun sözügedən təklifi Azərbaycan dövlətinin zərərinədir:

“Bütün dünya Azərbaycanın müstəqilliyini qəbul edib. Aydın məsələdir ki, müstəqil ölkənin öz ərazisi, sərhəfdləri və müstəqil əhalisi olmalıdır. Azərbaycanın müstəqilliyi BMT tərəfindən də tanınır. BMT Azərbaycanın ərazi bütövlüyünü və Ermənistanın işğalçı ölkə olduğunu da tanıyır. Artıq biz erməni işğalı altında olan torpaqları azad etməyə başlamışıq. Hazırda Ermənistanda xaos hökm sürür, cəmiyyət parçalanıb. Təsəvvür edin ki, belə bir həssas məqamda Sərdar Cəlaloğlu dünya ermənilərini Azərbaycana qarşı birləşməyə təhrik edir. Deyir ki, Azərbaycan Türkiyə ilə birləşib Ermənistanı əzsin. Sabah ermənilər də deyəcək ki, biz də başqaları ilə birləşək vəsairə. Bu çox səhv fikirdir, təxribatdır, Azərbaycanın müstəqilliyinə qarşı yönəlib”.

O qeyd edib ki, Azərbaycan heç zaman konfederasiya ola bilməz:

“Çünki BMT-nin bununla bağlı müvafiq qərarı var. Sərdar Cəlaloğlu dünyada 1992-ci ildən bəri bir ölkə göstərsin ki, o konfederasiyaya çevrilib. Bu konfederasiyanın yaradılması o deməkdir ki, BMT-nin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı qəbul eetdiyi qərarları, o cümlədən Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı qətnamələri heç olur. Bu Azərbaycan dövlətçiliyinə və prezident İlham Əliyevə qarşı təxribatdır. Çünki ölkə başçısı hər zaman bildirir ki, müsəlman dövlətləri heç zaman birləşib xaristian dövlətlərinə qarşı olmayıb. Sərdar Cəlaloğlunun bu cür fikirləri çox səhvdir və yolverilməzdir”.

T.Cəfərli vurğulayıb ki, Sərdar Cəlaloğlu bu cür fikirləri ilə Azərbaycan prezidentini xarici təzyiqlər altında qoymağa çalışır:

“Sərdar Cəlaloğlunun ailə üzvləri və qardaşı Qurban Məmmədov Qərb ölkələrində sığınacaq alıb. Əslində, bu amil hər şeyi deyir. Xaricdə siyasi sığınacaq almaq üçün gərək daxildə nə isə qələt edəsən, ölkə daxilində təxribat yaradasan və sairə. Buradan aydın olur ki, bu tapşırıqlı oyundur. Mən bunu ingilislərin Azərbaycana qarşı çirkin oyunu hesab edirəm. Hamıya yaxşı məlumdur ki, ingilislər də ermənipərəstdirlər. Sərdar Cəlaloğlu da ermənipərəslərin sözünü deyir, onların agentidir. Təsəvvür edin ki, indi biz qələbə ərəfəsindəyik. Naxçıvanda Qarabağın yarısı qədər ərazi boşaldılıb, işğaldan azad olunub. Bunun dalınca da digər işğal altındakı ərazilərimiz azad olunacaq. Belə bir məqamda Sərdar Cəlaloğlu təxribat çıxışlar edir. Bu, Azərbaycana qarşı olan ən böyük təxribatlardan biridir”.

Zaur Əziz
Ölkə.Az

14.06.2018

—————————————————————————

P.S.

Adam analitik də ola bilər, tanınmış da, ancaq mən bu yazıda analiz adına bir şey bula bilmədim. Bəlkə mənim ağlımın gücü və düşüncələrim onun səviyyəsinə yetmir, ola bilər. Ancaq, istər-ystəməz içimdə Hacı Əbdülün dünya görüşünə də, analitik təfəkkürünə də,  sitasi  təhlillərinə də şükür etdim. Bu nə sərsəm komandadı belə və bu dəli yığnağına güvənib başlarından yekə oyunlara rəvac verənlər nə düşünürlər görən? Deyirəm bəklə adamlar XXI əsr olduğunu unudublar, daş dövrünün siyasətində belə, bu qədər avam və bu qədər axmaq adamlar olmayıb. Allah ağıl, fikir versin…

… və bir də, mənə elə gəldi ki, bu tanınmışı daha çox ermənilərin strateji maraqları düşündürür, ağlınıza başqa şey gəlməsin haa, sadəcə elə gəldi  o qədər. Amma onun qədər tanınmış olmadığım üçün, bu iddiamı hökm kimi səsləndirməkdən qorxdum.  

Yazıq millət, səni qarşıda nələr gözləyir, bir bilsən… ???  

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*