BU ƏSGƏR-ƏSGƏR OYUNUNU YIĞIŞDIRIN, CƏNABLAR, AYIBDI !!!

BU MİLLƏT HƏR GÜN ŞƏHİD VERİR!!!

O, BU HƏQARƏTLƏRİ VƏ RƏZALƏTİ HAQQ ELƏMİR !!!

——————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

——————————-

Prezidentin oğlunun əsgərliyə getmək xəbərindən düzəldilən şou bitməmiş, Sərhəd Qoşunları Komandanının oğlunun da elə Sərhəd Qoşunlarındaca xidmətə cəlb olunduğu xəbəri gəldi. Hətta, doğrumu, yalanmı deyə bilmərəm, amma bu gün də duydum ki, DTX sədrinin oğlu da DTX-ya aid olan hərbi hissədə Prezidentin oğlu ilə bir yerdə xidmətə başlayıb. Belə də baxanda əgər Sərhəd Xidməti rəisinin oğlu Sərhəd Qoşunlarında qulluq edirsə, DTX sədrinin oğlu niyə Murovda, ya da Tət-Tərdə qulluq etməlidir ki?! Olsun, ama məsələnin bu boyutu ilə işim yoxdu. Hətta Fikrət adlı Qoca bir şairin də, “at almamış axur tikmək” misalı sabunlanması da ilgim daxilində deyil. Hələ heç onu da demirəm ki, bu Qocanın nəvəsi niyə Bakının göbəyində elit hərbi hissədə qulluq

“Nəvəm dedi ki, Heydər Əliyev çox cəsarətli və bacarıqlı əskərdir”

etməliymiş və niyə bunların bircəciyinin ya oğlunun, ya da nəvəsinin xidmət yeri Murov və ya Tər-Tər olmur ki?! Amma onların da canları cəhənnəm, zatən

“Qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.”

bu səbəbdəndi ki, yaşlarının, başlarının bu çağında, hər dona girə, hər sifətə düşə bilirlər bu min üzlü, min sifətli adamlar.  O cümlədən də, bu günlərdə Səyavuş Novruzovun, Bayram Səfərovun sərsəmləmələrinin  üzərinə gəlib, nəsə demək istəmirəm ki, bu biabırçılıqlar daha çox tirajlanmasın. Olsun…

Lakin millətin balalarını döyüş bölgələrinə, odun alovun içinə göndərib də, öz uşaqlarını Bakıda qanadlarının altında saxlayan və guya onların hərbi xidmətə cəlb edildiklərini imitasiya edən, üstəlik də millətə acıq verirlərmiş kimi, dünyaya və ölkəyə bunu elan edən generalların generallığına şübhəm var mənim. Yaxşı, bu boyda saymamazlıq edir, bu cür qələtləri qarışdırırlarsa, barı bunu millətin gözünə soxub, özlərini biabır, xalqı da erməni dığasınıın ağzıına söz edib peşman eləməsinlər. Guya bunlardan ayın tarixini soruşanmı var, indiyə qədər demirdilər nə olurdu ki. Ya da, nə vaxtdan belə “dövlət sirləri”ni faş edərək, bu haqda hesabat verdikləri olub ki?! Adamlar sanki bilərəkdən özlərini də, xalqı da Paşinyan gədəsinin ağzına söz eliyir, dığanın birinin millətə qarşı həqarətlər və hədyanlar yağdırmasına səbəbiyyət verirlər. Əslində, Paşinyanıın öz oğlunu Qarabağa əsgərliyə göndərməsində (heç şübhəsiz ki, bunun özü də imitasiyadan savayı bir şey deyil – S.Ə.) blef və pafos payı nə qədərdirsə, bunların da öz uşaqlarının ətrafında yaratdıqları əsgərlik şousunda biabıırçılıq və rəzalət payı bir o qədərdir. Az qala hər gün şəhid verən bir millətə qarşı bunları yapmaq sadəcə günah deyil, suçdu həm də. Günahlardan bəlkə də bir gün tövbə etməklə qurtulmaq olacaq, amma bütün suçların bir cəza günü də olur, cənablar, məndən deməsi ki, kimsə demədi deməsin !!!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*