“BU GÜN HƏDƏFDƏ OLAN YENƏ DƏ BİZİK”

Zəlimxan MəmmədliAzərbaycanda daha bölünməyən nə qaldı görən? Hakimiyyət öz içində param-parça, siyasi partiyalar dilim-dilim, QHT-lər bölük-bölük və bir də “ictimai” adı ilə yaranan təşkilatlar var ki, indi də hər yerdən əli çıxanlar bu təşkilatları bölüb, ad üstündə elə bir hay-haray qoparıllar ki, səsi dünyanın o başından gəlir. Kim nə deyir desin, burada bir məkr var, kənardan uzanan şeytan xislətli barmaqların oyunudu bu. Istənilən bir təşkilatda özünü bula bilməyən, ya da kəndini təsdiq etməkdə zorlanan kimsə gedib kənarda öz istədiyi təşkilatı qura və öz iddialarını orda gerçəkləşdirməklə, haqlı olduğunu hər kəsə sübut eləyə bilər. Amma yox, tutaq ki, biri, lap elə AXCP-dən, haqlı ya haqsız kənarlaşır , ya da kənarlaşdırılır. Bir də onda görürsən ki, həmin bu adam başına 5-10 adam yığıb, özünü və başına yığdıqlarını AXCP elan etməklə, aylarla, bəzən də illərlə o adı mənimsəmək uğurunda dava eləyir, məhkəmə açır, mübarizə aparır və s. Və çox qəribədi ki, bu proses indi taun xəstəliyi kimi yuxarıdan aşağı bütün cəmiyyəti sarıb və sarsıdacaq hala gəlib. Hələlik sonuncu belə nümunə isə “Borçalı” İctimai Cəmiyyətinin ətrafında yaşandı. Indi cəmiyyətin olan-olmayan, yaxşı-pis proqram-nizamnamə öhdəlikləri qalıb bir kənarda və yaşlı-başlı, ağlı başında olan bir topa adam “Borçalı” adını mənimsəmək uğurunda dava aparıllar. Başına döndüyüm Azərbaycan hökuməti də özünü eynən “Məşədi İbad” filmindəki qoçular kimi aparır. Necə deyəllər, “Məşədi, 10 manat ver, Rüstəm bəyin başına bir güllə çaxım” misalı cərəyan edir bütün bu proseslər. Ortada nə qanunlara baxan, nə də hüquqa tüpürmək belə istəyən var. Beləcə, Azərbaycan cəmiyyətini yuxarıdan aşağı bölə-bölə, sanki bilərəkdən bölük-bölük olmuş toplumu bir-birinə düşmən etməklə, qarşı-qarşıya qoymaqla, nələr olacağını düşünmədən baş girələməkdədi hamı…
Bu arada “Borçalı” İctimai Cəmiyyində və bütövlükdə Azərbaycanda yaranmış son durumlar və yaşanan anormal proseslər barəsində “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə söhbət edib, olub-bitənlərə aydınlıq gətirməyə çalışdım. Bir yox, on kərə olmuş olsa belə, bu cür söhbətlərin, mübahisə və ya müsahibələrin, yaranmış durumu və bu durumu yaratmaq üçün uğraşan pərdəönü və pərdəarxası qəhrəmanların nə istədiklərini aydınlığa qovuşdurmaq çətin ki mümkün olsun. Bununla belə, istənilən halda bu məsələlər barəsində danışmaq və proseslərin içində olan insanları danışdırmaq lazımdı deyə düşünməkdəyəm.

Sərdar ƏLİBƏYLİ

zəlimxan məmmədli-0013“HAKİMİYYƏTLƏR ƏBƏDİ DEYİL, ƏBƏDİ OLAN DÖVLƏTDİR”

“MİLLİ MARAQLARIMIZIN TƏMİNİ ÜÇÜN BU HAKİMİYYƏTƏ HƏR CÜR GÜZƏŞTƏ GETDİM”

Zəlimxan MƏMƏDLİ: “”HƏTTA HEYDƏR ƏLİYEVİN BÜSTÜNƏ ƏKLİL DƏ QOYDUM”


II hissə 

– Zəlimxan bəy, bilmirəm siz fərqindəsiniz ya yox, amma bir zamanlar həyatını, gəncliyini, karyerasını və demək olar ki, hər şeyini şüurlu şəkildə milli azadlıq adına qurban vermiş on minlərlə insan indi sovetlərin xiffətini çəkir, o dövrlərin nostaljisi ilə yaşayırlar. Siz də deyirsiniz ki, biz hakimiyyətimizi dövlətin yaşamasına qurban verdik. Kimin nəyi qurban verdiyi və nəticədə nə aldığının heç fərqinə varırsınızmı?  

meydan– Bizim  o zaman çox kritik şəraitdə elədiyimiz seçimdən danışdım. Bununla belə, mən bu gün baş verənləri, on minlərlə insanların məyusluğunu anlayıram, bilirəm ki, Milli Hərəkatda olan və müstəqilliyin qazanılmasında müstəsna rol oynayan insanlar bunun bəhrəsini görə bilməyiblər və indi sovetlər dönəmindən daha amansız şəkildə istismar olunurlar. Azərbaycan insanının çəkdiyi zülmlərin həddi-hüdudu yoxdur, rəsmi səviyyədə təqib olunurlar, döyülürlər, söyülürlər, həbsxanalara atılırlar və s. Əlbəttə ki, təkcə mən yox, ağlı başında olan bütün insanlar, məxsusən də Milli Azadlıq Hərəkatının hərəkətverici qüvvəsi olan və  bu mübarizənin önündə gedən şəxslər baş verənlərin də, olub-bitənlərin də fərqindədilər. Amma bu bizim taleyimizdir və əgər dövlət qurmaq, onu qorumaq istəyiriksə, ideallarla zəngin olan insanlar bu dövləti əbədi eləmək istəyirlərsə, buna dözməliyik. Biz bilirik ki, bu ağır yükü daşımaq bizim borcumuzdur. Ancaq bir şeyi də deyim ki, bu gün hədəfdə olan yenə də bizik, yenə də həmin qüvvələr və həmin şəxslərdi. Bu baxımdan, hələlik tək bəraətimiz odur ki, dövlətimiz var. Bir də bizə bəraət verəcək hal odur ki, bizim hakimiyyəti devirən qüvvələrin məqsədi Azərbaycanı tar-mar eləmək, dövlətimizi çökəltmək, istiqlalımızı beşiyində boğmaq, bayrağımızı endirmək idi, ancaq biz buna imkan tanımadıq. Bunların bir başqa məqsədi də neftdən gələn pulları havaya sovurmaq və günün günorta çağı millətin cibinə girib soyğunçuluq eləmək idi ki, bunu da yetərincə bacardılar. Ancaq bütün bunlar nə qədər ağır olsa da, ötəri şeylərdi və zamanla hər şey düzələcək. Qəti əminəm ki, bir zaman gələcək və biz bütün bunları qısa müddətdə ya kompensasiya, ya da bərpa edəcəyik. Təbii ki, mən buna öz varlığım kimi inanan insanlardan biriyəm. O baxımdan, demək istəyirəm ki, hələlik baş verənlər şəraiti yaradanların zehniyyətinə uyğundur  və proseslər də o istiqamətdə cərəyan etməkdədi. Amma dövlətimiz durur. Biz isə yalnızca hakimiyyəti vermişik, ancaq hakimiyyətlər əbədi deyil, əbədi olan dövlətdir.  Bizim də bütün çalışmalarımız dövlətimizin əbədi olması üçündür.

ZəlimxanElat bayramı-2Elat bayramı-3

– Bir az da Borçalıdan, daha doğrusu, sədri olduğunuz “Borçalı” İctimai Birliyinin ətrafında yaşananlardan danışaq. Əslində xeyli müddət idi ki, siyasi arenada görünməkdən daha çox, mahiyyətində siyasət olan fəaliyyətlə məşğul idiniz. Bütün hallarda “Borçalı” adlı cəmiyyətin sədri olub siyasətdən kənarda qalmaq da mümkün deyil. Hələ-hələ “Elat bayramı” kimi möhtəşəm bir tədbir təşkil edib hər il 30-40 min civarında insanı dağlara qaldırmaq sıradan bir hadisə deyil. Mənə elə gəlir ki sizin Gürcüstana giriş yasağınız, ardınca da son vaxtlar cəmiyyətinizdə cərəyan edən bölünmə, parçalanma meylləri də həmin o siyasətin nəticələri kimi ortaya çıxır. Bu yandan da Azərbaycan hakimiyyətinin Ədliyyə nazirliyinin timsalında bu bölücülüyə dəstək verməsinin də təsadüf olduğunu düşünmək də sadəlövhlükdür. Bayaq dediniz ki, hakimiyyəti dövlətə qurban verdiniz. Bəs “Borçalı” cəmiyyəti ilə bağlı nə eləmək fikrindəsiniz? Bəlkə bölücülükdən, parçalanmadan yayınmaq üçün burda da hakimiyyəti qurban vermək lazımdır, necə bilirsiniz?

–  Əslində əvvəl nə olduğuna və niyə olduğuna aydınlıq gətirmək lazımdır. Birincisi Zəlimxan Məmmədli bayaqdan haqqında danışdığınız proseslərdən keçib gələn, dövlət quruculuğunda, istiqlal mübarizəsində fəal olan adamlardan biridir. Bəlkə də nisbətən daha fədakar olan kəsimə aiddir. Amma bu fədakarlıq mənim nə imicimi, nə də daxili quruluşumu, düşüncələrimi  dəyişməyib. Dünyanın malı dünyada qalır, anlayışı ilə biz, əyilmədən, yorulmadan, yılmadan öz borcumuzu verir, öz yolumuzu gedirik. Nə olduğunu soruşursunuzsa, indi ora gəlirəm. 2009-cu ildə mən təşkilatı qəbul eləmişəm və o zaman ölkədə də, ümumiyyətlə Cənubi Qafqazda da yaranmış durum bəlliydi. Bir şeyin də fərqindəydim ki, bizim Gürcüstanda yaşayan soydaşlarımız regionda gedən proseslərin içində mühüm mövqelərə sahibdir və bu mövqeləri daha da möhkəmləndirmək baxımından onları sadəcə taleyin ümidinə buraxmaq olmazdı. Əsrlər boyunca itirdiklərimizdən, keçdiyimiz yollardan dərs alaraq düşündüm və o qənaətə gəldim ki, burda olmaq olar. Bu xırda məhəlli bir düşüncə daşıyıcısı olmaq və yaxud da, böyük siyasətdən ayrılıb hansısa bir kəndin işləri ilə uğraşmaq deyil. Hər halda Borçalı məsələsi Azərbaycan dövlətini və dövlətçilik maraqlarımızı təhdid altına alan konflikt Zəlimxan Məmmədli-0904zolağının yatırılması üçün müəyyən işlər görə bilmək eşqi ilə qoşuldum bu işə.  Kim nə deyir desin, bütün bu məsələlərin mərkəzində bizim dövlətimizin və millətimizin milli maraqları dayanmalı və hər zaman önə çəkilməlidir. Və burda da biz özümüz üçün bir test də elədik. Əslində indiyə qədərki fəaliyyətim dövründə milli maraqlarımızın təmini üçün bu hakimiyyətə hər cür güzəştə getdim. Təsəvvür edin ki, hətta mən Zəlimxan Məmmədli olaraq hətta Heydər Əliyevin büstünə əklil də qoydum. Bu həm də Gürcüstana və ordakı hakimiyyətə “Borçalı sözündən qorxmayın” mesajını vermək anlamına gəlirdi. Bu, siyasətin müxalif cinahından gələn bir adam kimi,   milli maraqlar naminə bir yerdə ola bilmək mesajım idi.

– Bu mesajları Gürcüstanın, yoxsa Azərbaycanın hakimiyyətinə verirdiniz?

– Əlbəttə söhbət bizim, yəni Azərbaycanın hakimiyyətindən gedir.  Biz hətta Demkonqres olan müddətdə ilk olaraq bəyənat vermişdik ki, hakimiyyətin legitimlik məsələsini bir tərəfə buraxaraq, ümummilli anlam daşıyan bütün məsələlərdə bir yerdə olmağa hazırıq. Həmin o düşüncəni mən bura gətirdim. Yəni, məndən nə lazım idi? Heydər Əliyevin abidəsinə gül dəstəsi qoymaqmı, qoydum. Sonra nə lazımdı? Tutaq ki, aktiv şəkildə siyasətlə uğraşmıram. Amma bunun  qarşılığında da, Gürcüstandakı, həmçinin də Azərbaycanda yaşasa da, Gürcüstan qeydiyyatında olan soydaşlarımızın problemlərini çeşidləyib onları gündəmə daşıyırıq. Ayrıca da nə onlardan, nə də bunlardan fəaliyyət göstərmək üçün pul-para filan da istəmirəm. Təbii ki, bir milli layihə olaraq bu məsələləri maliyyələşdirmək, məxsusən də Azərbaycan hakimiyyətinin borcudur və bunu eləsələr daha yaxşı olar. Əli Həsənov (2)Hətta bununla bağlı müxtəlif layihələrimiz olub. Prezidentin köməkçisi Əli Həsənov da daxil olmaqla bir çox məmurlarla görüşmüşük, mövqe ortaya qoymuşam. Bu arada, əlbəttə ki, həm də özünü müxalifət adlandıram cinahdan da vurulduğumu görürdüm və indinin özündə də görməkdəyəm. Hətta bunu şüurlu şəkildə qəbul da edirdim, çünki, vurulacağımı bilirdim.  O ayrı bir məsələdi ki, zamanla bəlli olsa ki, mən bu yolda ləyaqətsizlik eləmişəmsə, həmin ləyaqətsizliyin girdabında boğulub ölməyə məhkumam. Ancaq mən ölmək yox, yaşamaq istəyirəm. Zaman da göstərəcək ki, Zəlimxan ləyaqətsizlik eləməyib, o, Borçalı məsələsini ölkənin milli məsələləri sırasına daxil edib. Bu tip məsələlərlə bağlı  ağlaşma qurmaqla, itirilmiş torpaqlara, əldən verilmiş ərazilərə şeir qoşmaq, mahnı yazmaqla heç nə əldə olunmur. Bu dəqiqə Göyçə mahalı Azərbaycanın şeir məkanında qan ağlayır. Zəngəzur hardadır? Yenə də, ağladıq, sızladıq, aşıqlar saz çaldı, söz qoşdu, şairlər şeir yazdı və beləcə məsələni bitirdilər. Indi də Borçalını o istiqamətə aparmaq istəyənlər var. Yəni biz Borçalını bitirməkmi istəyirik? Yox, Borçalını bitirmək olmaz, Borçalı var olmalıdır. Çünki borçalılar o bölgənin aborogen sakinləridir. O yurdların qurucusudur borçalılar və o torpaqların hər qarışında babalarımızın izi var. İtirdiklərimizdən nəticə çıxararaq, o torpaqlara bizim elə belə baxmaq haqqımız yoxdur. Ancaq hakimiyyət neynədi? Bayaq da dediyim kimi əvvəlindən bunlar üçün nə milli məsələ var, nə də milli məsələlərin həllini nəzərdə tutan konsepsiya. Hər şey hakimiyyətdəkilərin boyuna ölçülür və hakimiyyətin qorunmasına hesablanır. Bu gedişatda isə milli məsələlərimiz və onların həlli bütünlüklə zamana buraxılır. Baxın, başlanğıcdan Qarabağ məsələsini, guya bu günə-sabaha həll etməliydilər, ancaq illər ötüb və Qarabağ düyünü daha da böyüyüb. Qarabağın işğalından sonra bütöv bir nəsil formalaşıb. Yeni şəhərlər, parklar, bağlar salıllar, hələ bizə ağıl da verillər. Nə baş verdiyini soruşanda da Ali Baş Komandanın əmrini gözlədiklərini bildirirlər. Bəs bu əmr nə vaxt veriləcək? Bunu bilən varmı?

– Mən bilirəm, Lazım gəlsə əmr də olacaq.

zəlimxan məmmədli– Axı, ay kişinin oğlu, bu arada bir nəsil böyüyüb evlənib, doğub-törəyib və artıq ikinci nəsil gəlir. Ona görə deyirəm ki, biz Borçalını da bitirə bilmərik. Borçalı məsələsi bir milli məsələ olaraq daim dövlətin nəzarətində olmalıdır. Hələ Borçalını qoyuram bir tərəfə. Ötən bu illər ərzində müstəqil bir ölkənin imkanlarından, dövlətin o boyda resurslarından Güney üçün nələr elədik, nə istifadə olundu? Üstəlik də bura gələn güney azərbaycanlıları daha çox təqib olundular. Kimsə kimisə qısqanır deyə, milli məsələlər güdaza verilir. O zaman güneyli soydaşımız məcburən Avropaya üz tutur. Orda da təzə bir nəsil gəlir və məsələ də bitir. Və yaxud da bu yanda bir Dərbənd dərdimiz də var, orda neynədik? Bəlkə ordakı tariximizi qorumaq üçün hansısa layihələr həyata keçirmişik? Bəlkə Qərbi Azərbaycandan qovulan insanların halal haqqı olan geriyə qayıtmaq məsələsini dünyanın siyasi gündəminə gətirmişik? Niyə yoxdu bu məsələlər? Onda deməli, Borçalı məsələsini ikiqat, üçqat deyil, beşqat diqqətdə saxlamaq və digər itirilmiş ərazilərimizin tale ortağı etməmək üçün hər şeyi yapmaq lazımdır.

– Çox üzr istəyirəm, Dərbənddə tariximizin qorunması ilə bağlı layihələrin həyata keçirilməməsini dediniz, bəs böyük knyaz Vladimirə Həştərxanda ucaltdığımız heykəl sizin anlamınızda tarixin qorunmasına xidmət etmir?

Davamı var
памятник владимиру великому в астрахане
Изготовили и установили памятник, с благословения патриарха московского и всея Руси Кирилла, представители азербайджанского благотворительного фонда имени Гейдара Алиева. В торжественной церемонии открытия приняла участие вице-президент фонда Лейла Алиева. “Открытие такого памятника для нас особенно много значит. В Азербайджане в мире и согласии всегда проживали люди различных религий, культур и национальностей. Фонд Гейдара Алиева уделяет этому большое внимание. С Астраханью нас тоже очень многое связывает. Поэтому мы поддерживаем этот проект, в который входят также прекрасный парк, “Мост дружбы народов”, детский городок. Сейчас планируется строительство еще и детского садика. И я надеюсь, что будет еще много разных проектов”, — сказала вице-президент фонда.
 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*