“BU HAKİMİYYƏT ÜÇÜN ƏN MÜQƏDDƏS ŞEY PULDUR” !!!

“Abel Məhərrəmovu çox pis, aşağılayıcı və biabırçı şəkildə görəvdən aldılar, rüsvay etdilər.”!!!

“BÜTÜN YAP-çı VƏZİFƏLİLƏRƏ GÖRK ETDİLƏR Kİ …”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Doğrudan inanırsınız ki, Abel Məhərrəmovu şeyxin əyləşdiyi təyyarə ilə şərab aparıb-gətirdiyinə və oteldə şərab içib artıq-əskik danışdığına görə işdən çıxardılar? Əgər Abel Məhərrəmov o deyilən şərabdan gələn gəlirin, yaxud da digər yerlərdən qazandıqlarının 90 faizini məlum fonda köçürüb 10 faizini özünə götürsə idi və deyiləndən on qat artıq şərab aparıb, on dəfə də artıq spirtli içki içsə idi onu Allahşükürə, yaxud da bir başqasına görə görəvdən alardılar? Qətiyyən yox! Abel Məhərrəmovu çox pis, aşağılayıcı və biabırçı şəkildə görəvdən aldılar, rüsvay etdilər. Bütün YAP-çı vəzifə sahiblərinə görk elədilər ki, hamınızı bu aqibət gözləyir. Bəs onun bu şəkildə cəzalanmasının səbəbi nədir? Mətbuatın, sosial şəbəkələrin yazdıqları səbəblər, olsa-olsa, bəhanə rolunu oynaya bilər. Bu hakimiyyət üçün ən müqəddəs şey puldur. Görünür bu məsələdə Abel müəllim hakimiyyət sahiblərini bərk qəzəbləndirib. Əsas səbəb budur. Qazanırsan, verməlisən. Aqibəti necə olacaq? Adətən belə hallarda ilkin olaraq adamın obyektlərini, əmlakını əlindən alırlar, paralel olaraq da yoxlamalara başlayırlar.

——————————————————————————-

P.S.

MÜTƏXƏSSİS RƏYİ

Tofiq ZÜLFÜQAROV:

(Sabiq Xarici İşlər Naziri)

“İNANMIRAM Kİ, İKİ TON ÇAXIR İSPANİYAYA DİPLOMATİK YÜK KİMİ GƏRİRİLİB ” !!!

“Səfirlərin bir işi də ölkəsinin məhsullarını təbliğ etmək, bu işə dəstək verməkdir. Bu günlərdə ki, İspaniyaya iki ton çaxırın diplomatik yük olaraq aparılması barədə məlumatların yayılması açığı, məndə təəccüb yaratdı. İspaniyaya aparılan 2 ton çaxırın həqiqətən də diplomatik yük kimi aparılması, məhsulun təbliğat üçün aparılıb-aparılmadığlı barədə dəqiq bir fikir söyləməkdə çətinlik çəkirəm. Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Yükün siyahısı göstərilir, yük xüsusi möhürlə bağlanır və səfir orada olan mallara nəzarət edir və imza atır. Ona görə də mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz”.”.

1 şərh

  1. Tofiq zülfüqarov siz kosmosdan gəlmisiniz? siz bilmirsiniz Azərbaycanda hansı özbaşınalıq olmayıb ki? Azərbaycan onun için də olmasın. Sizində səmimiyətinizə bir qoz(((

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*