“BU HAKİMİYYƏTİN SON DƏRƏCƏ QƏDDAR VƏ AMANSIZ OLDUĞUNU ƏYANİ OLARAQ GÖRDÜM” !!!

“Prezidentə sədaqəti bu cür başa düşənlər, işdən sonra evlərinə gedəndə öz övladlarına yaxşı-yaxşı baxsınlar …” !!!

—————————

Eldar SABİROĞLU

Sabiq Millət vəkili

—————————

Etiraf edim ki, bu hakimiyyəti  yaxşı tanımamışam. Bunu özümə bağışlamıram. Son dərəcə qəddar və amansız olduğunu, Rüfətin həbsi və cəzaçəkmə müəssisəsində ona verilən işgəncələr zamanı, əyani olaraq gördüm. İşgəncələr, penitensiar xidmətdən gələn, Füzuli adında qana susayan bir əməliyyatçının rəhbərliyi altında həyata keçirilib. Axırıncı dəfə onu cəzalandırarkən carmıxa çəkməkləri, təpik-şilləyə, yumruğa tutmaqları bir yana, ürəkləri sovumadığından, yerə yıxıb dubinka ilə o ki var çırpıblar. Sonra üzərinə bir vedrə soyuq suyu töküblər. Bu dəfə həmən o Füzuli – “xalq düşməni, vətən xaini” – deyərək, asfalt döşəmədə uzanıqlı vəziyyətdə, təpiyi ilə Rüfətin başını əzməyə başlayıb. Sifariş yerinə yetirən Füzuli, yəqin birinci adam deyil ki, bu cür vəhşiliklə dustaqlara işgəncə verir. Bundan sonra Rüfətdə güclü qan təzyiqi əmələ gəlib. Baş arğılarından yuxusunda da problemlər yaranıb. Sonuncu görüşündə təzyiqdən və baş arğılarından şıkayətləndi. Füzulidə günah görmürəm. Onu yaxşı qəssab olduğuna görə saxlayırlar. Əsas göstərişin haradan və kim tərəfindən gəldiyi diqqət çəkir. Bu da məlumdur. Prezidentə sədaqəti bu cür başa düşənlər, işdən sonra evlərinə gedəndə öz övladlarına yaxşı-yaxşı baxsınlar. Axı, bu dünyanın quyruğu uzundu… Eldar Sabiroğlu

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*