“BU “LOTULAR”IN YİYƏSİ YOXDU?!!”!!!

“GÖMRÜKDƏ BU DƏRƏBƏYLİK NƏ VAXT BİTƏCƏK?!”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

ARADA SİZLƏRİN DƏ SƏSİNİZİ, ETİRAZINIZI EŞİDƏK …

 

Rejissor Rza Rzayev bu haqda yazıb:

Bütün sənət insanlarını Cəfər Axundzadəyə qarşı edilən bu tərbiyəsiz, qanuna zidd hərəkətə qarşı birləşməyə, etiraz etməyə çağırıram. Cəfər Azərbaycanın son dövrlər yetişdirdiyi ən istedadlı və peşəkar rejissorlarından biridir. Həmin məmurun hərəkəti Azerbaycan adına ləkədir, həm də Azerbaycan kişisi adına ləkədi, qadın-uşaq olan yerdə belə hərəkətlər heç kimə başucalığı gətirməz və gətirməyib!”

 

“Beat Group”un art direktoru

Kamil Dadaşov:

“Bu gömrükdə baş verən dərəbəylik nə vaxt bitəcək? Bu “lotular”ın yiyəsi yoxdu? Hər gün bunlar haqqında nəsə təzə zibil oxuyurdum amma bu lap ağ oldu. Cəfəri, onun ailəsini belə incitmək üçün gərək əclafın dal ayağı olasan. Əminəm ki, bu məsələdə ədalət öz yerini tapacaq.

 

Azərbaycanın “Eurovision” təmsilçisi, müğənni

Dilarə Kazımova:

“Sənə bunu edə biləcəklərini heç vaxt düşünməzdim”

 

Tanınmış müğənni

Nura Suri:

“Erməni yoxlamırsız ee, bu nə münasibətdir, öz millətini qarşı? Qadına, uşağa hörmət qalmayıb? Bu qədər qəzəb hardandır, bu insanlarda?

 

Aktrisa, rəqqasə

Oksana Rəsulova:

“Mən çox ümid edirəm ki, bu özbaşınalıq cəzasız qalmayacaq. Dostlar, hamınızdan xahiş edirəm ki, bu məlumatı paylaşasız. Onun yerinə hər birimiz ola bilərik. Cəfər və onun ailəsi mənim dostumdur, o anda o cür səbrli davranmaq çox çətin idi. Biz səninləyik!”

 

Müğənni

Emma Ələkbərzadə:

“Bu nə biabırçılıqdır? Niyə axı, özümüzkülər özümüzə belə zülm verirlər? Ayıbdır axı, niyə özümüzə hörmət etmirik?

 

 

 

 

 

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir