“BU MƏXLUQLAR ÖZLƏRİNİ İQTİDARIN QAPI KÖPƏKLƏRİ KİMİ APARIRLAR”

sabir-r-001“SÖZ SAVAŞINDA MƏNİM SƏNGƏRİM MƏLUMDUR”

“SİFARİŞİN PA-NIN YÜKSƏK ÇİNLİ MƏMURUNDAN GƏLDİYİNƏ ŞÜBHƏM YOXDUR”

“ERMƏNİ JURNALİSTLƏRİ İŞƏ GÖTÜRMƏK YALNIZ EYNULLANIN İSTƏYİ VƏ İRADƏSİNƏ BAĞLI DEYİL “

“GÖRƏSƏN ONLARIN BU MİLLƏTDƏN XƏBƏRLƏRİ VAR?”

Sabir RÜSTƏMXANLI: “ƏGƏR KƏNARDAN BELƏ, DÜŞMƏN GÖZÜ ÇIXARIRCASINA, VARLI GÖRÜNÜRƏMSƏ, XOŞBƏXTƏM!”


–  Sabir bəy mətbuatdan oxuduq ki, bugünlərdə Almaniyada, İsveçdə olmusunuz. Görüşləriniz barədə fikirlərinizi bilmək istərdik.

–  Bunlar Dünya Azərbaycanlıları Konqresinin (DAK) iş planına uyğun səfərlər idi. Almaniyada DAK idarə heyətinin üzvləri ilə və orda yaşayan yazıçı həmkarlarımla görüşməli idim. İsveçdə isə Avropada fəaliyyət göstərən 7 Güney Azərbaycan Partiyasının və DAK in birgə toplantısı oldu. Biz Göteborq şəhərinin mərkəzində, İranda fars rejiminin türkləri assimiliyasiya siyasətinə etiraz olaraq 60 gündən artıq aclıq elan etmiş gənclərimizi müdafiə məqsədi ilə mitinq keçirtdik. Mitinqdə İran siyasilərinin 21-az%c9%99rAzərbaycanla bağlı mənfur siyasətinə, Ermənistanı dəstəkləməsinə qarşı şüarlar səsləndi. Sonda mən çıxış etdim və İranda aclıq etmış gənclərdən aclıq aksiyanı dayandıqmağı xahış etdim. Belə bir müraciət partiyaların görüşündə də qəbul edildi.
Güney Azərbaycan içtimai təşkilat və patriyalarının 4 saatdan artıq davam edən görüşündə 21 Azərlə bağlı çıxışlar oldu və gələcək əməkdaşlıq, işbirliyi barədə razılığa gəldik.
Almaniya və İsveç səfərində bir daha bizim diaspora təşkilatlarının güclənməsinə, Azərbaycanın maraqlarına xəyanət etməyən vətəndaş cəmiyyətlərinin Avropa təşkilatları ilə daha sıx əməkdaşlığının genişləndirilməsinin zərurət olduğunu hiss etdim.

–  Bilirik ki, qardaşınız Əlövsət bəy də Almaniyada yaşayır, onu ziyarət edə bildinizmi?

%c9%99lovs%c9%99t-%c9%99liyev–  Bəli, fürsətdən istifadə edib Almaniyada mühacir həyatı yaşayan qardaşım Əlövsətə də baş çəkdim. 2 ildən artıqdır görüşmürdük. Uşaqlar üçün darıxmışdım. Onun və uşaqlarının sürətlə alman həyatına alışmaları və həyatlarını qurmaları məni sevindirdi. Əlövsət Almaniyada da öz işini davam etdirir. Hüquq müdafiəçisidir. Azərbaycandan qanunları bilmədən Avropa yollarına düşən, bəzən işbazlar tərəfindən aldadılan, pulları əllərindən çıxsa da heç bir sığınacaq tapa bilməyən məzlum vətəndaşlarımıza miqrasiya qanunları daxilində yardım edir. Özünün etirafına görə, ona müraciət edənlər arasında vəzifə sahibləri də az deyil. Amma bütün bunların hamsından daha vacibi Əlövsətin və uşaqlarının gördükləri haqsızlıqlar, böhtanlar, yalançı məhkəmə və çəkdikləri əziyyətlər qarşısında sınmamalarıdır. Orda da siyasətdən uzaq və millətimizin xeyrinə olan işlərlə məşğul olurlar.

eynulla-f%c9%99tullayev-0803–  Sabir bəy, ara-sıra mətbuatda sizə sataşmalar, sözatmalar olur. Konkret ad çəkməli olsaq Eynulla Fətullayev və onun ətrafı tərəfindən hücumlar olur. Bu hücumun sifariş, yoxsa şəxsi məqsəd və ədavət zəminində olduğunu yəqin ki, siz daha gözəl bilirsiniz, amma yaxınlarda başqa bir jurnalistin də ünvanınıza dediyi sözlər onu göstərir ki, kimlərisə narahat edirsiniz. Pərdə arxasında kuklaların ipini tərpədən birimi var? Nə baş verir? Haradan gəlir bu hava?

–  Əslində bu məsələ ilə bağlı danışmaq istəməzdim, amma madam ki soruşdunuz, üstündən keçməyəcəm. Bir neçə nüansı xatırladim.

%d0%bf%d0%b0%d0%b2%d0%b5%d0%bb-%d1%88%d0%b5%d1%85%d1%82%d0%bc%d0%b0%d0%bd
 

Павел Шехтман

 

“Bir neçə il öncə Difai hərəkatı ilə bağlı material toplarkən ermənilərin “Armanian house.org” saytında Pavel Şextman adlı bir müəllifin “Uzaq yanğınların alovu” adlı “oçerki” ilə rastlaşmış və surətini çıxarmışdım. Heç bir reallığa əsaslanmayan bu cızma-qaranı diqqətlə oxumağı artıq iş sayaraq düşünmüşdüm ki, ermənilər yeyib doyublar, qoy indi də Pavel Şextman onların ağıznı yalasın. Eyni zamanda , Rusiyada yazılan bu böhtanlara, o mühiti daha yaxşı bilən və Rusiyada yaşayan azərbaycanlı ziyalıların cavab verməsinə ümid bəsləyirdim ki, bu, daha məntiqli görünür. Allaha şükür, sayları da az deyil. Rusiya mətbuatındakı yazılara ilk növbədə onlar münasibət bildirməlidirlər. Difai iıə bağlı işim yekunlaşandan və kitabım çıxandan sonra, köhnə qeydlərimi sahmana salanda Şextmanın həmin yazısı yenidən əlimə keçdi. Onun kimliyi və digər yazıları ilə maraqlandım. Məlum oldu ki, təxminən 70 səhifəlik bu səfsəfə hələ 1992-1993-cü illərdə Moskvada “Pro Ameniya” jurnalında dərc edilibmiş. Şəklinə baxan kimi onun normal adam olmadığını hiss etdim. Sonra məlumatları oxuyanda gördüm hissim məni aldatmayıb, öz cinsi təyinatını bilməyən adam vicdan və ağıl təyinatını hardan biləcək! İnternet səhifələrində verilən məlumatlardan bəlli olur ki, Şextman rus vikipediyaları, internet forumları və çeşidli internet konfranslarının fəal iştirakçılarındandır. Yəhudidir. Bilgisayar ilişgilərində istifadəçi adı Şifrantzidir. Onun vəhşi və qəddar nifrətinin obyektləri Stalin, Rusiyanın rejimi və şəxsən Putin, Türkiyə və Atatürk, Azərbaycan və bütün Azərbaycan xalqıdır. Əksinə, Ermənistana və PKK-ya, İzrailə, uşaqbazlara və qomoseksuallara dəli bir eşqi var. ”Pro Armeniya” jurnalı ilə əməkdaşlıq etmişdir. Rusiya rəhbərliyi və Azərbaycan haqqındakı yazıları iyrənc tərbiyəsizlik nümunələridir və tərbiyyəsizlikə doludur. Erməni seperatçılarına və terroruna isə haqq qazandırır. Sadaladığım məlumatları oxuyarkən “Gey Şifrantzi”nin Xocalı ilə bağlı bir yazısına rast gəldim. Hətta Xocalı soyqırımı kimi ağır faciə də onun Azərbaycana münasibətini dəyişdirə bilməmişdir və o da faciənin günahını tərəddüd etmədən azərbaycanlılarda və xalq Cəbhəsində görür. Təbii ki, bunu yazarkən həqiqəti, vicdanı və milli maraqları ayaq altına atan bizimkilərə də əsaslanır.”
Sözlərimə bir neçə il bundan əvvəl yazdığım məqalədən nümunə ilə başlamağım təsadüfi deyil. Bizimkilər deyəndə “Haqqın.az” saytı və onun böyüyü Eynulla Fətullayevi nəzərdə tuturam. Eynullanın hansı yollardan keçdiyi barədə söhbətlərə qayıtmaq istəmirəm. Onun cəmiyyətdə

%c9%99kb%c9%99r-h%c9%99s%c9%99nov
 

Əkbər Həsənov:  “Mən müstəntiqlərə dedim ki, jurnalist Rauf Mirqədirov günahsızdır. Böyük ehtimalla Leyla Yunus Rauf Mirqədirovdan öz çirkin oyunlarında istifadə edib. Görünür, Mirqədirov bu ermənipərəst ər-arvadın oyunlarının qurbanı olub”.

 

formalaşmış imici və bunun hamıya məlum olan səbəbləri də məni az maraqlandırır; insanların şəxsi həyatının, məişət qalmaqallarının mətbuata daşınmasının tərəfdarı deyiləm; bu, mənim üslubum deyil. Onu istedadsız adam da saymıram. Lakin erməni saytları və digər anti-Azərbaycan mətbu orqanlarının azərbaycanlıları günahlandırarkən daha çox onun yazılarına istinad etməsi də bir gercəkdir və hər kəsi narahat edir. Yəni ermənilərin ilham aldıqları qaynaqlarını bəzən uzaqda axtarmağa ehtiyac olmur. Indi də Əkbər Həsənov adlı  gənc bir jurnalıstin ukraynalı Lyaşkonu da araya qatması ilə Şextman-Lyaşko- Feto və onların balası olan Əkbərlə dairə qapanır.

–  Kimdir bu Əkbər? Yazısının arxasında kimlər və nələr durur sizcə?

–  “Haqqın.az”a qədər, daha doğrusu mənim haqqımda təriyəsiz yazılarına qədər bu adda jurnalist tanımamışam. Bu da yeni bir tanınmaq metodudur. Ölkənin tanınmış adamlarını söy, “hörmət qazan”, səni bu yola itələyənlər də “molodes” desinlər.
Əlli illik yaradıcılığımda hər hansı Azərbaycan vətəndaşının şəxsiyyətinə toxunan, onu təhqir edən bircə cümlə də tapa bilməzlər. Yazılarımın bir çoxu millətimizə açıq düşmənçilik edən Şextman, Balayan kimilərə birbaşa və ya dolayı cavabdır, tarixin və bu günün həqiqətlərini xatırlatmaqla, yalanların təkzibidir. Yəni, bu söz savaşında mənim səngərim məlumdur. Belə bir vəziyyətdə “Haqqın.az” saytında ildə bir neçə dəfə Əkbər Həsənov adlı bir cavan jurnalistə məhz milli duruşuma, xalqın haqqını müdafiə etdiyimə görə söydürülürəmsə, iyrənc yalanlar, böhtanlar uydurulursa, bu, açıq-aşkar kürəkdən vurmaqdır, adımı ölüm siyahısina salan və ya haqqımda ölüm fitvası çıxartdıran fars, erməni həmkarlarının yolunu davam etdirməkdir və Şextmanların əlini-ayağını yalamaqdır. Bu yolla onlar mənim kitablarımda cavablarını verdiyim, həqiqəti anlatmağa çalışdığım tərəflərə mesajlar ötürürlər. Bunun başqa adı yoxdur!

–  Hazırda millət vəkili deyilsiniz, məclisdə də olanda bir çox millət vəkillərinin əksinə, müzakirə olunan məsələlərdə müstəqil fikrinizi deyirdiniz. Nədənsə məclisdə sözün düzünü deyib, haqlı olsanız da, süngü ilə qarşılanırdınız. Buna müxaliflik damğası vurulurdu. Elə mətbuata baxsaq görərik ki, sizə qarşı bəzi Milli Məclis üzvləri də çıxışlar ediblər. Bundan əlavə siz baş verən sosial-iqtisadi məsələlərə də sosial şəbəkələr, saytlar vasitəsi ilə fikir bildirirsiniz. Bəlkə bu dediyiniz fikirlər iqtidar cəbhəsində kimlərisə xoşuna gəlmir və ara-sıra belə bir kampaniya başladırlar?

–  Bunu iqtidar-müxalifət dialoqlarıyla bağlamaq səhv olar. Çünki mən Azərbaycan iqtidarından heç vaxt belə tərbiyəsiz və düşmən münasibəti görməmişəm. İyirmi beş illik millət vəkili fəaliyyətimdə, müftəlif iqtidarlar vaxtinda mənim ardıcıl və dəyişməz mövqeyim olub. Bu, milli mövqedir, milli birlik, vətəndaş həmrəyliyi mövqeyidir, çətinlikləri səbrlə, qarşılıqlı hörmətlə adlamaq yoludur; sözün düzünü və xalqımızın mənafeyinə uyğun olanını demişəm; bəzən sərt, bəzən mülayim… Ancaq Milli Məclisdəki ən kəskin mübahisələrdən sonra da iqtidar mətbuatında buna bənzər nifrət saçan yazılar olmayıb. Deməli, bu yazıların kökünü məhz Şextmanın aramızdakı fikir qohumlarında, onun siklinin törəmələrində və ya iqtidarin üzə çıxmayan metastazlarında axtarmaq lazımdır.
Bu gün bir yazımı oxuyan kimi, “bəs deputat olanda niyə demirdi bu sözləri?” ittihamını püskürənlər də bilərəkdən yanlış rəy yaratmaga çalışırlar. Bu, bəzi rəqiblərimin otuz ilə yaxın davam etdirdikləri bir “siyasətdir” və ya MM-dəki fəaliyyətimdən xəbərsiz adamların işidir. Əkbər Həsənovun indiki və bundan əvvəlki böhtan və təhqirlərinə ciddi cavab verilməz.. Ciddi cavab ağlıkəsən, başa düşən adama verilər. Onun yazılarının hər birində kifayət qədər məhkəməlik, cinayət xarakterli böhtan var, lakin mən keçən dəfə bu yola əl atmadım, düşündüm ki, yəqin bunun bir böyüyü var, yetirmələrinin və ya gül balalarının ağzından hansı zibillər töküldyünü görəndə, onun başına ağıl qoyar, deyər, bala, həmişə halal zəhmətiylə yaşamış, bütün ömrünü millətinin azadlığına, mədəni inkişafına sərf etmiş və zəhməti həm xalq, həm dövlət tərəfindən dəyərləndiilmiş bir adam haqqında belə tərbiyəsiz yazılar yazmağa sənin nə haqqın? Kimin qələtini eləyirsən? Axı, yazdıqlarının cavabını verə bilməzsən… Belə olmadı və mən anladım ki, bunun böyükləri də elə bu ağıldadır.

–  Hüquqi yola, yəni məhkəməyə müraciət etməyi düşünürsünüz?

–  Düzü, mən mətbuatla məhkəmə diliylə danışmağın tərəfdarı deyiləm, bu işə vaxt sərf etmək istəməmişəm. Lakin belə görünür ki,”kiş-kiş deməklə donuz darıdan çıxmaz!”…

–  Söhbətinizdən elə hiss etdim ki, siz bu yazının sifariş olduğunu və sifarişin haradan gəldiyini bilirsiniz, əgər ad çəkmək mümkündürsə, deyə bilərsinizmi bu yazılar və sifariş kim tərəfindən gəlir? Və ya Əkbər adlı jurnalisti şəxsən tanıyırsınızmi? Bəlkə hansısa bir məsələdə sizdən narazı qalanlardandır?!

eynulla-f%c9%99tullayev-0803suzan-caginyan%c9%99kb%c9%99r-h%c9%99s%c9%99nov–  Əkbər Həsənov adlı adamı tanımıram, Eynulla Fətullayevlə də arada heç bir konflikt olmayıb, ona görə də bu yazıların sifarişlə prezident Aparatının yüksək çinli bir məmurundan gəldiyinə heç bir şübhəm yoxdur! Hesab edirəm ki, erməni jurnalistləri işə götürmək də yalnız Eynullanın istəyi və iradəsinə bağlı deyil. Bunun arxasında dayananlar da var və buna heç bir siyasi maraq donu biçmək olmaz. Əvvəllər FETO-çular sifariş verirdi, indi də onların törəmələri sifariş verir… Sifariş bayquşları əmr quludur, “yaz!”, vəssalam. Yalan-doğru, çirkabı tök, cəmiyyətin gözündən salmağa çalıış!

–  Bəlkə qazın və işiğın qiymətinin qaldırılmasından sonra Facebook səhifənizdə bir çox millət vəkillərinin əksinə, tənqidi fikirlərinizi yazdığınız üçün oldu? Çünki o ərəfədə hər kəs çıxıb bunun gözəl addım olduğuna, aşağı gəlirli insanlara heç bir təsirinin olmayacağına inandırmağa çalışırdı xalqı. Siz isə başqa fikir yazdınız. Bəklə kökündə bu dayanır?(http://www.ps-nota.com/vicdan-məsuliyyət-deyən-sey-yoxdumu-bi-adamlarda/)

–  Sosial şəbəkədə hər gün ölkənin iqtisadı vəziyyəti, problemlər, MM-də müzakirə olunan məsələlər barədə onlarla tənqidi fikir səslənir. Sakitcə üstündən keçirlər, ancaq məni görən kimi, elə bil düşmənlərini görürlər.
Bəli, Əkbərin sifarişçisini özündən çıxaran mənim o qeyd etdiyiniz Tarif Şurasının qərarı ilə bağlı fikirlərim, etirazım olub. Görəsən onların bu millətdən xəbərləri var? Yoxsa xalqın durumu onları ilgiləndirmir? Əgər bu xalqa az-çox canınız yanırsa, onda baxın, görün o qərardan sonra qiymətlər hara fırladı? Bəs məmurlarımız deyirdi ki, bu qərar aztəminatlılara təsir göstərməyəcək? Əgər mən populistlik etmişəmsə, o balaca yazım niyə iki-üç gündə yarım milyondan çox oxundu və yüzlərlə təşəkkür aldım… Xeyir olsun, niyə sizləri ancaq mənim sözüm dingildədir? Bəlkə mətbuatdakı, Milli Məclisdəki sərt çıxışlardan xəbərin yoxdur? Bəs onları niyə təhqir etmirsiniz?
Tarıf şurasının qərarının aztəminatlı ailələrə ciddi zərbə olduğu Əkbərin də yazısında etiraf edilir. Onda bəs bu təhqirlərin səbəbi nədir? Ax, sən demə, bunları yandıran, bu problemi mənim kimi “özünün, öz nəslinin yüz il bundan sonrasını da təmin etmiş bir adamın” qaldırması olub. Əgər mən Hacı MəmmədovSabir Rüstəmxanlı -0089kənardan belə düşmən gözü çıxarırcasına, varlı görünürəmsə, xoşbəxtəm. Ancaq, belə deyil! Sən məni saytınızı maliyyələşdirənlərlə, köhnə Milli Təhlükəsizlik naziri ilə, Bank müdirləri ilə səhv salırsan… Təəssüf ki, Rüstəmxanlı nəslinin onlarla sənin yaşıdın olan nümayəndəsi bu gün ehtiyac içində çabalayır, işsiz-gücsüzdür, sənin kimi satıla bilmədiklərindən, öz qürurlarının əsiridirlər. Halbuki bütün vətəndaşlarımız kimi, işləmək, minumum tələblərini ödəmək onların da konstitutsion hüququdur. sabir-b%c9%99xtiyarBuna bənzər ittihamlar vaxtilə böyük Bəxtiyar Vahabzadə və başqa ziyalılarımız haqqında da səsləndirilirdi. Sanki bizim övladlarımız bu ölkənin vətəndaşları deyıl və havayla yaşamalıdırlar, amma quldurlar ölkədə at oynatmalıdır. Bu sözü o adamlar dedirtdirir ki, övladları Azərbaycanın yolunu unudub, xaricdə qayğısız yaşayırlar və intizarla dədələrinin ölkədən qovulub onların yanılna gedəcəyi günü gözləyirlər…
Əkbər Həsənov yeni “yazı”sında “Ba, tanıdığım Rüstəmxanlı!” deyərək ilan çalmış kimi qışqırır və sərsəm bir nağılla məni Ukrayna siyasətçisi Oleq Lyaşko ilə müqayisə edir. Onun sürüşkən təfəkkürünə görə və ya atasının vermədiyi tərbiyəyə görə, xalq tribunu olmaq, Mətbuat və İnfotrmasiya naziri vəzifəsini daşımaq, iyirmibeş il millət vəkili seçilmək, Lyaşko kimi, özünü satmaqmış. Elə bu cümlə yetərlidir ki, bu gədənin boynundan burub həbsxanaya soxsunlar. Sən kimsən və hansı haqla dövlətin naziri, millət vəkili olmağı və ya millətin sözünü deyən meydan liderliyinə yüksəlməyi istehzayla dilə gətirib, bir homoseksualın özünü satmağı ilə eyniləşdirəsən? Onda belə çıxır ki, sənin arxanda dayanan, səni maliyyələşdirən dövlət məmuru və ya bu gün hakimiyyətdə olanların hamısı, bütün millət vəkilləri

oleq-lyasko
 

Олег Ляшко

 

Lyaşkonun və sənin tayındır, hamısı özünü satır? Sənin quş beynin belə işləyir?
Son vaxtlar Azərbaycan mətbuatında bu homoseksual söhbəti dəbə minib. Kimi cəmiyyətin gözündən salmaq istəyirlərsə ona belə bir damğa vurmağa çalışırlar. Adamlar da abrına qısılıb qalır. Bu da bir xəstə şüurdur. Bizim cəmiyyət bütün geyləri də, keyləri də, fikir fahişələrini də yaxşı anıyır. Heç kimin böhtanlara cavab verməsinə ehtiyac yoxdur. Ancaq Əkbərcikin Lyaşkodan bərk yapışması çox şübhəlidir və bu meyl onda, Ukrayna ilə qohumlaşandan sonra, daha da güclənib və yəqin artiq Lyaşko onu da öz siklinə bağlayıb… 

Ancaq bu “hökumət jurnalisti”ni Ukraynada da yaxşı tanıyırlar. Onun dövlətlər arasında münaqişə yarada bilən bir şərhinə münasibət bildirərkən, Ukraynanın Azərbaycandakı səfirliyi hələ 2015-ci ilin 14 avqust tarixli bəyanatında rəsmən bəyan etmişdi ki, Əkbər Həsənovun yazısınin “həm başlığındakı, həm məzmunundakı ağılsızlıq və yekəbaşlıq peşəkarlığının və elementar tərbiyəsinin olmamasından irəli gəlir”. Yəni onun tərbiyəsizliyi mənim kəşfim deyil, beynəlxalq müzakirə mövzusudur.
Əkbərcik yəqin bilmir ki, tribunaya məni milətin inamı və sevgisi gətirmişdi və mən bu gün də o inamı qorumağa çalışıram. Məhz buna görə nazirlik vəzifəsindən özüm istefa vermişəm, Milli Məclisə son seçkilərə özüm getməmişəm. Vəzifə hərisi, pul düşkünü olsam, nazir kürsüsündən bərk-bərk yapışar və ya Milli Məclisdə ağzıma su alıb oturar və yenidən seçkilərə gedərdim. Amma mən həmişə sözümü demişəm və indi də deyirəm. Mənim real, konsktrutiv müxalifət olmağım sənə sifariş verənləri niyə narahat edir? İqtidarı söyənlər, ailələrini, nəsil-nəcabətlərini gorundan çıxarıb bütün dünyada biabır edən və dolayı yolla Azərbaycan dövlətini gözdən salanlar sizə azlıq edir? Bu şərəfsiz təhqirlərinizlə məni də radikal yola çəkmək istəyirsiniz? Keçməz, balası! Mənim kosktruktivliyim şəxsi marağa yox, milli marağa xidmət edir. Sənin kimiləri ortabab həyat sürən ziyalıların, siyasətçilərin üstünə qışqırdanlar, bu yolla özlərinin və böyür-büşındakıların cinayətlərini pərdələməyə çalışanlardır. Ancaq bu yolla ünvan azdırmaq olmaz! Ağıllı jurnalist də belə fitvalara uymaz!–  Hitlerin belə bir sözü var idi. “Əgər bir yalanı yetərincə uzun, yetərincə gurultulu ve tez-tez söylərsəniz, insanlar bu yalana inanar. İnsanları, bir yalana inandırmağın sirri, yalanı davamlı təkrar etməkdir. Sadəcə təkrar, təkrar və təkrar söyləyin… Sizcə, sizin haqqınızda belə fikirləri tez-tez yazaraq yalanlarına həm özlərini, həm də xalqı inandırmağa nail olurlar?

–  Düzünə qalsa, məni maraqlandıran bu gənc jurnalist yox, onun kimiləri qoltuğunun altına alıb qoruyanlar, gənc yaşlarından onların peşə, vətəndaş əxlaqını pozanlar və böhtançı mətbuata dövlətin küllli miqdarda vəsaitini xərcləyənlərdir. Doğrudanmı, onlar elə düşünürlər ki, Azərbaycanda heç bir aydın, yazar, vətəndaş ağzını açıb, millətli çörək sınağına çəkənlərə “gözün üstə qaşın var” deməməlidir? Doğrudanmı, onlar elə bilirlər bu dövlətin qurulması yollarında ömrünün ən gözəl Nemət-Sabir-meydanillərini vermiş biz “populistlər, kürsü qəhrəmanları, öz dilini bilməyənlər üçün cild-cild kitab yazan Don Kixotlar” ayaqlar altına atılmalıyıq və ya dövlətı bizdən qorumaq lazımdır. Oturduqları yerə layiq olmayan bu fürsətgirlər doğrudanmı belə hesab edirlər ki, məni təhqir etdirməklə millətin gözündən salacaq, dövlətimə məhəbbətimi sarsıdacaq, susduracaq və ya qələmimi əlimdən alacaqlar? Bəlkə bu yollarla öz vecsiz vücudlarını qiymətə mindirmək istəyirlər?
Bu məxluqlar cahilcəsinə özlərini iqtidarın qapı köpəkləri kimi aparırlar. Zərrə qədər məsuliyyəti olan məmur əsassız və şit mədhiyyələrlə, yalan təriflərlə ölkə böyüklərinin başının altına yastıq qoymaz. Əsil düşmənçilik mövcud xəstəliyi aşkar edib sağaltmaq əvəzinə, onu gizlədib, xroniki vəziyyətə gətirib, ölkə üçün təhlükə yaradanlardır. Bu məsələlərə münasibətdə mənim mövqeyim dəyişilməzdir. Hələ 1995- ci ildə prezidentin mətbuat xidmətinin “xidməti” haqda yazdığım və çap etdirdiyim bir məqalədə saray məddahlığının və onları himayə edənlərin ölkəyə nə boyda bir ziyan vurduğunu aydın göstərmişdim: “Məmurluğun dəmir-beton qılafı bu fikirlərin ürəyə sızmasına imkan vermir. Onlar bu cür düşüncəni Heydər Əliyevə sədaqət hesab edirlərsə və belə güman edirlərsə ki, belə “sədaqət”, “dostluq” ona çox lazımdır və bunun səmimiliyinə, xeyrinə inanır, səhv edirlər. Respublikanın bütün tanınmış siyasi qrup, təşkilat və partiya liderlərini, “Azərbaycan” qəzetindən başqa az qala bütün kütləvi informasiya vasitələrini prezidentin düşməni və 13-17 mart dövlət çevirilişi cəhdinin iştirakçısı saymaq, əslində, preidenti təkləmək, onun ayağını yerdən üzmək cəhdidir, xalq və dövlət qarşısında məsuliyyətsizlikdir!”

Bu fikirləri elə bil bu gün üçün yazmışam. Bu gün də Tarif Şurasının qərarını və buna bənzər düşünülməmiş, səmərəsiz addımları islahat kimi qələmə vermək, xalqın yoxsulluq həddini gizlətmək, ölkədəki problemləri görməzdən gəlmək dövlətə və prezidentə xidmət deyil, dövləti uçuruma sürükləməkdir.
heydər əliyev ali sovetin sədriilham əliyevO vaxt Heydər Əliyev mənim məqaləmi oxuyandan sonra öz mətbuat xidməti işçilərinə “vəziyyəti belə təhlil edərlər!” deyə bir dərs vermişdi. İnanıram ki, prezident İlham Əliyev də məsələlərə belə ayıq yanaşaraq, yaxasını və yaxamızı bu yalançı mədhiyyəçilər sürüsündən və ağzını açıb sözün düzünü deyən hər kəsi dövlətin düşməni kimi qələmə verib milli birliyin, normal vətəndaş münasibətlərinin güclənməsinə imkan verməyənlərdən xilas edəcək.
Əlinə qələm götürüb yazı yazan, özünü jurnalist sayan hər kəs özündən böyüklərə, bütün ömrünü sözə, jurnalistikaya vermiş adama sayqıyla yanaşmırsa, deməli, onun ya əxlaqı, ya vicdanı yoxdur! Gec-tez millət belələrinin üzünə tüpürəcək! Çünki millət bunlardan fərqli olaraq, düz sözün qədrini bilir.
Sabir Rüstəmxanlı-321Bunlar belə təhqirlərlə məni sındırıb səsimi kəsə bilməzlər. Çünki mənim səsim və sözüm onlarin və onların maliyyə “boss”larının iradəsinə bağlı deyil. Və o səs bu ölkənin sərhədlərini çoxdan adlayıb.
Fikir orientasiyasını, yəni istiqamətini səhv salmaq da, cinsi təyinatını səhv salmaq qədər böyük faciədir. Şextmanların, Lyaşkoların və onların gənc Azərbaycan davamçılarının timsalında bu faciələr birləşir.

Ramal Hüseynov
İnterpress.az

28 dekabr 2016

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 04/01/2017 at 11:12
    Permalink

    Hormetli Sabir bey Atalar misali var deyerler It hurer karvan kecer siz milletimizin qeyretli ziyalilarindan birisiniz ele tulalara fikir vermeyin o qeder artibdir kiwiden qanciq bawina ip salib herlemek olmur bir wairin bir weirinde bele bir misralar bugedalara aidddir coxlari tur ekib menim bawimda sende xow gelmisen xow kopek oglu hardan urcah olduq sen tek deyyusa yagaydi o gune gune daw kopek oglu esli necabeti yaw kopek oglu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir