BU MİLLƏTİN ANASINI AĞLADIRLAR !!!

“QANUN AŞAĞIDA DAYANIR KİMDƏN,

KİMDƏN İLHAM ALIR BU DƏRƏBƏYLİK?” !!!

Təsəvvür etmək mümkündürmü? Əlbəttə ki,yox! Səhid anaları övladlarını ziyarət etmək üçün şəhidlər xiyabanına buraxılmır ki,guya turistlər gələcəkmiş ziyarətə və s.bu artıq xalqın məhvinə hesablanmış son plandır YAP-rejimi tərəfindən!

Posted by Həsənli Bəhruz on Tuesday, 20 November 2018

————————————————————————————-

GÜCÜNÜ KİMLƏRDƏN ALIR BU ZİLLƏT?”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Mübariz MƏSİMOĞLU

10 oktyabr 2018 

Hansı zərurətdən, hansı səbəbdən,
Oğrunun əlində doğru əsirdir?
Belə arxayındır namərdlər nədən,
Nədən mərd oğullar əsir-yesirdir?

Müdrüklük qəbahət sayılır niyə?
Niyə at oynadır meydanda səylik?
Qanun aşağıda dayanıb kimdən,
Kimdən ilham alır bu dərəbəylik?

Qıvrıla-qıvrıla haqqa gedən yol,
İlan boğazından niyə dardı, dar?
Kim başa çıxardıb günahkarları,
Bu qatı zülmətə kimdi səbəbkar?

Bu zillət evini yıxır kimlərin,
Gücünü kimlərdən alır bu zillət?
Bu daş ürəklərin, danabaşların,
Dərsini verəcək nə vaxt bu millət?

 

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*