BU MURDAR SİYASƏTİN HƏDƏFİ TÜRKİYƏ VƏ TÜRKDÜR

Ədalət YusubovƏdalət YUSUBOV

TÜRKİYƏYƏ QARŞI XRİSTİAN HƏMRƏYLİYİMİ?

YAXIN ŞƏRQDƏ HƏRBİYaxın şərqdə hərbi əməliyyatlar şiddətləndikcə böyük güclər arası münasibətlərin bundan sonrakı vəziyyəti nisbətən aydınlaşmağa başlamışdır.

Yaranmış hazırkı durumda özünü və regional mənafelərini qorumaq, müdafiə etmək zorunda qalan Türkiyə maraqları toqquşan iki nəhəng tərəflə bərabər məsafədə dayanaraq , manevr imkanlarını artırmaq məqsədilə qərblə müttəfiq olduğu halda rusiya ilə də əməkdaşlıq yolunu seçdi. Bu əməkdaşlıq hələ YAXIN ŞƏRQDƏ HƏRBİ-001ki, Türkiyənin Suriyadakı maraqlarının təmin olunmasına şərait yaratmışdır. Suriya ərazisindəki hərbi əməliyyatları Rusiya ilə razılaşdıran Türkiyənin addımları ilə müttəfiqi qərb barışmaq zorunda qaldı.

Yaxın şərq layihəsinin reallaşdırılması üçün növbəti variantını – Mosul hərəkatını həyata keçirməyə başlayan qərb , müttəfiqi Türkiyəyə bu əməliyyatlarda nəinki haqq tanımadı, hətta Türkiyənin maraqlarına zidd qüvvələrlə bir yerdə bu əməliyyatlarda iştirak edəcəyinin anonsunu verdi. 

YAXIN ŞƏRQDƏ HƏRBİ-002Türkiyənin müttəfiqləri qarşısında dirənişinin və İncirlikdən istifadənin qarışılığında türk hərbi hava qüvvələrinin döyüşlərdə iştirakına icazə verildi. Bütün bunlar Mosul hərəkatının başladığı ilk iki gün ərzində baş verən hadisələrdir. Həmin zamandan bəri baş verən bəzi gəlişmələr güclər arası münasibətlərdə ciddi dəyişikliklərin baş verəcəyindən xəbər verir.

Belə ki, Kerri – Lavrov görüşündə regional maraqlarının təmin olunması ilə bağlı razılaşmadan sonra Rusiyanın Ağ dəniz лавров керриistiqamətində böyük hərbi donanma toplamağa başlaması təsadüfi hesab oluna bilməz. Hələbin boşaldılması tələbi ilə Türkiyənin maraqlarını nəzərə almadan Rusiyanın təkrar bombardmanlar həyata keçirməsi də onun davranışlarında dəyişikliyin olduğuna işarədir.

Müttəfiq güclərin müharibənin uzun çəkəcəyi, cəmi 4500 -5000 İŞİD – çıya qarşı 60 000 -ə yaxın canlı qüvvənin və texnikanın, artileriya qurğuları və təyyarə daşıyan onlarla gəminin döyüşlərə cəlb edilməsi, döyüşlərə PKK – nın da qoşula biləcəyi ilə bağlı söylədikləri fikirlər əməliyyatların Mosulla çərçivələnməyəcəyini bildirir. ABŞ – ın, qonşuluqda müttəfiq Türkiyəyə məxsus putin, ərdoğan, ilhamIncirlik hərbi avia bazası olduğu halda Ərbildə İncirlikdən iki dəfə böyük hərbi baza tikəcəyini, PKK – nın qollarını silahlandıracağını və onlara təlim keçəcəklərini bundan sonra da davam etdirəcəyini bildirməsi, hələ ki, döyüşlərdə iştirak etməyən 10 000 nəfərlik PKK – lının Sincara yerləşdirilməsi ilə bağlı plana hə deməsi Türkiyə – ABŞ münasibətlərinin gərginləşə biləcəyindən xəbər verir. Klintonun prezident seçiləndən sonra PYD və YPQ ilə işbirliyini davam etdirəcəyi ilə bağlı bəyanatı gərginliyin uzun çəkəcəyini göstərir.

ƏRDOĞAN İLHAM KOLLAJMosul əməliyyatı başa çatandan sonra Türkiyə Iraq sərhəddi boyunca 350 km – lik məsafənin kürd hərbi birləşmələrinin nəzarətinə verilməsini, İŞİD terrorçularının və digər kürd silahlı birləşmələrinin Suriya ərazisinə keçərək, vahid cəbhədə Suriya rejimi ilə birlikdə Türkiyəyə qarşı açıq döyüşlərə başlamasını hədəfləyən bu murdar xristian siyasətinin hədəfi TÜRKİYƏ və TÜRKDÜR. Hələ ki, hər şey plan üzrə gedir. Bu əməliyyatlarda xristian təəssübkeşliyi ən yaxşı halda Rusiyanın bitərəf mövqedə dayanmasına səbəb olacaq. Düz 100 ildən sonra BÖYÜK TÜRK yenə də sınaq qarşısındadır.

Bu dəfə Türkiyənin, dünyanın bütün şər qüvvələri üçün məzar olacağı şübhəsizdir.

Tanrı türkü qorusun və ucaltsın.

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*