“BU NƏ ZÜLÜM, BU NƏ ZİLLƏT, QÜRBƏT ACI, VƏTƏN ZÜLMƏT…”!!!

“DƏRDİNDƏN ÖLDÜYÜM MİLLƏT

YATIB, İSTİ YATAQDADI…”!!!

————————–

Saday ŞƏKƏRLİ

————————–

Asıldım dar ağacından,
fikrim sarı yarpaqdadı,
nə başım göylərə çatır,
nə ayağım torpaqdadı.

Gileyim yardandı mənim,
qismətim hardandı mənim,
yorğanım qardandı mənim,
döşəyim quru taxtadı.

Bu nə zülüm, bu nə zillət,
qürbət acı, vətən zülmət,
dərdindən öldüyüm millət,
yatıb, isti yataqdadı.

Təzə çəpərdi dörd yanım,
gül seyrində yaradanım,
dindirmə, qaradı qanım,
bəlkə də laxta-laxtadı.

Gözlərim boyda çuxuram,
çəkib yolları, sıxıram,
bağışla, səndən çıxıram,
səndə soyuqdu, şaxtadı…

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*