“BU NECƏ MƏMLƏKƏTDİ, BƏNDƏSİ HAQQ İSTƏMİR?! …”!!!

“YALTAQLIQ QORXAQLIĞIN,

QORXAQLIQ ƏCLAFLIĞIN ƏLAMƏTİDİR” 

Rüstəm BEHRUDİ:

“Əxlaq,  bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina etmək bacarığıdı insanın. İmtina eləmək bacarığı əxlaqın, əxlaq heç kimdən heç nə ummadan yaşaya bilməyin əlamətidi. Əxlaq ləyaqətin əlamətidi. Şərəfin şöhrət hissinə qul olanın ləyaqəti olmur.  Bizdə hamı şərəfini qorumağa çalışır. Ləyaqətini qorumaq heç kimin yadına düşmür.

Yaltaqlıq qorxaqlığın, qorxaqlıq əclaflığın əlamətidi. Yaltaqlıq, qorxaqlıqla əclaflığın arasındakı yolun əlamətidi.” 

———————————————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

Yaltaqlıq qorxaqlıqla əclaflığın araslndakı körpüdür! Qorxaq adam yaltaq, yaltaq adam əclaf olur! 
Şər özü-özündə bir şey olmadığından, aralıq mahiyyət daşıyır və gücünü bizim qorxaqlığımızdan, gücsüzlüyümüzdən alır!
Qorxudan haqqını istəməyən məmləkətin torpağı Vətən, adamı vətəndaş ola bilməz!

Bu nə cür məmləkətdi,
Bəndəsi haqq istəmir?!
Torpaq da bizdən bezib,
Vətən olmaq istəmir!

Qorxaq olmayın, əfəndilər!

————————————————————————————————–

P.S.

Çingiz ABDULLAYEV:

“İNSANLARI HƏMİŞƏ ALDATMAQ OLAR, ANCAQ BÜTÖV XALQI ALDATMAQ OLMAZ! …” !!!

——————————————————————————————————————-

P.P.S.

Mahir CÜRƏT:

“BİR MİLLƏTİN HƏRGAHİ OLA ŞAİRİ YALTAQ …,

… HƏM AKTYORU, HƏM RASSAMI, HƏM MÜXBİRİ YALTAQ …” !!!

1 şərh

  1. Bəlli, Çingiz Abdullayev həqiqəti olduğu kimi deyir, nədənsə ehtiyat edə-edə!Lakin Mahir Cürət tan hazırkı vəziyyəti olduğu kimi əz eləyir! Bütün deyilənlərin tam canlı şahidi olmuşam Təəssüflər olsun bu belədir, deyildiyi kimi,düzəlməli bir şey qalmayıb!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*