“BU QƏDƏR AYRILIQMI OLAR, ALLAHIM – DÜZ 9 İL” !!!

“ULU YARADAN, SƏBR VER Kİ, DÖZƏ BİLƏK…

SƏNDƏN ÖZGƏ DİLƏYİM YOXDU” !!!

——————————–

Eldar SABİROĞLU

——————————–

Nə az, nə çox. Düz 9 il. İki, üç, dörd deyil axı. Deyəsən ki, tez gəlib, tez də gedər. 9 ildi… Günə vuranda 3285 gün edir. Saatla 197100 saat eləyir. Bu qədər ayrılıqmı olar, Allahım! Səbr ver ki, dözə bilək, Rüfətin azadlığının, sağ-salamat körpəsinə qovuşcağı anların sevincini yaşaya bilək! Ulu Yaradan, Səndən özgə diləyim yoxdur.

Yaxınlıqdayıq, yenə yollar uzaq kimi görünur mənə. Binədəki 9 saylı zindandadır Rüfət. Bəzən yolu bir az da qısaltmaq üçün Binə qəsəbəsində ev kirayəliyib orada yaşamaq istəyirəm. Onda nəfəslərimiz bir-birinə yaxınlaşar, yuxularda tez-tez görüşüb, olub-keşənlərdən şirin-şirin danışardıq.

Bu acıları təkcə biz yaşamadıq. Çoxdu sayları, oğlum! Bəlkə beləsi yaxşıymış. Sağ səsini eşdirik. Allah göstərməsin, elə olardı ki, ömrü-billah yanıb külə dönərdik. Dünyagörüşlü, vətənsevər, şəxsinə böyük hörmət etdiyim dostlardan biri ilə söhbət zamanı Rüfəti soruşdu. Dedim dərdimizlə bərabər hələki yaşayırıq. “Bu dərd deyil” – deyə, müdrik bir kəlam söylədi: “Dərdini danışma, dərdimi danışaram, dərdin gedər.” Bu söz məni tutdu, o gün, bu gün yadımdan çıxmır. Həmin an hardansa Rüfətlə bağlı bir epizodu xatırlamalı oldum. Hökm oxundu, Rüfətlə iki-üç dəqiqəliyə görüşdük. Barmağındakı üzüyü çıxarıb vəkili, yaxın dostu Bəhruza verdi və dedi ki, anam ziyarətdən qayıdanda ona çatdırarsan. Sonra əlini cibinə salıb pul çıxardı. İki 50 manatlıq idi. 50-ni özünə götürdü, 50 də yaxın əqrabalardan birinə verdi və gülə-gülə: “qaqaş, yol maşını ilə gedəcəksiniz, uzaq yoldu lazım olar” – dedi. Bizim müstəntiq belə müstəntiqdir.

1 şərh

  1. Eldar muellimi tesirlendirmek istemirdim, ancaq Rufet haqqinda hemiwe QURURVERICI emel sahibi kimi istemiwem. Inwallah 9 ilde kececek, Rufetde balasina qovuwacaq, sizde, anasida o *sevinci* yawayacaqsiz. Amma unutma, Eldar muellim, demeyin –prezidentin xeberi yoxdu, sesimi ona catdirmirlar–Prezidentin hakimiyyetinin MUSTENTIQI barede cinayyet iwi acirlar, istintaq gedir, ona meruze etmirler…?
    Eldar muellim, Rufet emeliyle coxsuna ornek oldu, ders dedi, bawinizi awaqi edecek emel ustunde hebse gore-gore getmedi. Qururunu, menliyini zorlaya bilmedi..Sona qeder coxsunun ede bilmediyini etdi. Inwallah ALLAH onu qoruyub sizlere ve bizlere qovuwduracaq. INWALLAH

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*