BU SƏRSƏM GEDİŞDƏN TARİX UTANIR !!!

BOLŞEVİZM ÖLDÜ, YAŞASIN BOLŞEVİZM!!!

Lenin

Qoca tarixin bətninə qara yara kimi çökmüş Allahsız bolşeviklər və ateist kommunistlər belə, dar ayqda Allahın ətəyindən yapışıb, haqqın dərgahına sığınmışdılar. Sovetlər dönəminin orta məktəblərində «Tarix» dərsi oxuyan hər kəs yaxşı xatırlayır ki, qurduqları Allahsız rejimin, heç bir haqqa və ədalətə söykənməyən sistemin qazandığı uğurları, bütün böyük qələbələri məhz Haqqın adı ilə bağlayırdı kommunistlər. Çünki nəyin necə baş verməsindən və kimlərin hansı məqamda və nə qədər oturmasından, hansı kresloya əyləşib, hansı qoltuğa söykənməsindən asılı olmayaraq, bəşər övladı sayılan hər kəsin içində bir Allah sevgisi, Tanrı xofu olur, olmasa həmin şəxslər, bütövlükdə xalqlar, cəmiyyətlər və toplumlar bəşər olmaqdan çıxıb, ya şeytanın quluna çevrilirlər, ya da şeytanın özündən də betər məxluq kimi yaşayıb ölürlər. Əslində Allahsız bir cəmiyyət, haqsız, ədalətsiz bir rejim yaradaraq, dünyanı heyran qoymuş Sovetlər adlı şər imperiyasının banisi, indi barəsində çox təzadlı fikirlər səsləndirilən, birilərinin «dahi», birilərinin isə sadəcə «axmaq» adlandırdığı Ulyanov Vladimir İliç – Lenin olub. Artıq bəşəriyyət bu şəxsin ölümünün 100 illiyinə doğru getsə də, adamın cəsədi hələ də torpağa tapşırılmayıb. Kim nə deyir desin, burada ilahi bir mistika, sonsuz Tanrı görkü olmamış deyil. Heç şübhəsiz ki, qurub-yaratdığı rejimin milyonlarla insanın qanına, canına qəsd etdiyi bir bəşər övladını nə torpaq qəbul edə bilərdi , nə də Tanrı öz dərgahında bu şeytandan da betər məxluqa yer verərdi…

—————————————————————————————–

Zəruri qeyd:

Lenindən sonra yaşamış və 1953-cü ildə gəbərmiş lənətullah İosif Stalınin və o zamankı imperiya rəhbərliyində yer almış iblis cocuqlarının, şeytan balalarının  leşlərinə də dini qaydada dəfn-kəfən olunaraq torpağa gömülmək qismət olmadı və cəsədləri  yandırılaraq şeytan yuvasının – Kremlin divarlarına hörüldü. 

——————————————————————————————

Lenin heykəlBilmirəm bu lənətullah Vladimir İliç də haradan ağlıma gəldi. Ancaq bu gün Azərbaycanda yaşananları gördükdən sonra adamın ağlına ya şeytan düşər, ya da şeytanın balası. Təbii ki, günün- günorta çağı hərəsinin öz arzusu, öz istəyi, öz həyat yolu olan günahsız insanları ya qətlə yetirmək, ya onların namusunu ləkələyib həbsə atdırmaq, ya da siyasi baxışları üzərinə şərləyərək qazamatlara qatmaq, ancaq şeytan xislətli adamların işi ola bilər. Çünki belələrinin içində nə Allah sevgisi olar, nə də Tanrı xofu. Ancaq məsələyə bir az başqa boyutlardan və daha geniş baxanda ortaya ayrı məsələlər çıxır. Dəfələrlə yazmışam və demişəm ki, Azərbaycandan balaca Sovet İttiiaqı, Heydər Əliyevdən isə Lenin baba düzəltmək istəyirlər. Və demək olar ki, artıq buna nail olunub da. Çünki məmləkətdə Tanrıtanımaz «tanrıların» istəyi ilə Allahsız bir rejim, heç bir Haqqa və ədalətə söykənməyən bir sistem yaradılıb. Heydər Əliyevi isə, zamanında Leninə deyildiyi kimi, övladlarımız «baba», böyüklərimiz isə «ulu rəhbər və dahi lider» adlandırırlar. Ölkə boyu düzülən hekəllər, saysız-hesabsız portretlər, minlərlə, milyonlarla, bəlkə də heç vaxt Heydər Əliyevin dilindən çıxmamış sitatlardan düzəldilmiş, əttökən şüarlar, 

Heydər Əliyev

və bir də artıq dövlət ərkanının protokolu qaydasında vaxtaşırı ziyarət olunan «movzoley», yəni qəbirüstü abidə kompleksi də öz yerində. Məhz bu səbəbdəndi ki, Azərbaycanın başına gələn bütün bəlalar sanki alın yazımız kimi qəbul olunur. Çünki Tanrısız, Allahsız və ədalətsiz rejimlərə boyun əyən xalqlar, millətlər və cəmiyyətlər Allah tərəfindən lənətlənir və başımıza nə gəlirsə, bir növ haqqına gəlir.

 200 dəfə ümumi oxunub, 1 view today

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*