“CƏMİYYƏTİ RƏİYYƏT, XALQI TƏBƏƏ KİMİ GÖRƏN HAKİMİYYƏT MİLLİ OLA BİLMƏZ” !!!

“ERMƏNİSTANI AZƏRBAYCANIN GÜNÜNƏ QOYMAYIN”… 

Aydın ŞÜKÜR 

“ERMƏNİLƏR BU ŞÜARLA MEYDANLARA AXIŞIBLAR…

… VƏ HAQLIDIRLAR, BU BİR HƏQİQƏTDİR” !!!

Ermənilər elliklə meydanlara axışıb, Ermənistan siyasilərinə, “Ermənistanı Azərbaycanın gününə qoymayın” deyirlər. Çox acı olsa da, hər iki ölkənin daxili siyasətini müqayisə edəndə ermənilər bu söyləmdə haqlıdırlar və bu bir həqiqətidir: Ermənilər xəstə xislətli varlıq olsalar da, xalq olaraq bir orqanizm kimi yaşayıb, bir-birini yaşatmağı həyat tərzinə çevirə biliblər. Ermənilərin ölkədaxili siyasi prosesləri, hakimiyyət-xalq münasibətləri bizdən çox fərqli olması da bir həqiqətdir. Azərbaycan torpaqlarını işğal edib və həmən torpaqların hesabına, ingilisin, rusun gücüylə “dövlət” olmuş  “ermənistan hakimiyyəti”, “hakimiyyət”də hansı siyasi qüvvələrin olmasından asılı olmayaraq, öz xalqına qarşı diqqətlidir, mühafizəkardır. Ermənistan vassal da olsa, acından ölsə də, Ermənistan iqtidarı, “bizimkilər”dən fərqli olaraq, erməni cəmiyyətini rəiyyət halında yaşatmır, öz vətəndaşına təbəə kimi yanaşmır. Hakimiyyətdə olanlar, ermənilərin ümumi rifahının yüksək olması üçün həmişə çalışırlar, milliyyətcə erməni olan vətəndaşlarına qarşı xüsusi sayğılı davranışları ilə bizim mövcud iqtidar sahiblərindən çox fərqlənirlər. O ölkədə Türk millətinə qarşı vəhşicəsinə nifrət edən  bir cəmiyyət yetişdirilsə də,  ingilisin, rusun kaloniyası, vassalı, forpostu olsalar belə, özləri üçün dostdurlar, öz aralarında həmrəydirlər. Sovetlər dönəmində də,”müstəqil” “dövlət” olduqlarında da, həmişə dotasiya ilə yaşayıblar, indi də yaşamaqdadırlar və bunu hər kəs bilir. Hakimiyyətləri, öz xalqının iradəsi ilə hesablaşmaq məsələsində də, Qarabağ məsələsində də, Azərbaycanın mövcud hakimiyyətindən çox üstündürlər və irəlidədirlər…

Dünyada yaşayan bütün ermənilər bir proqram-strategiya üzrə işləyirlər, yaşayırlar. Dünyadakı erməni lobbisi, erməni dövlətinin varlığı, ermənilərin rifahı üçün çalışırlar. Azərbaycanda isə, ingilisin, rusun gücü və iradəsi ilə, 25 ildir Azərbaycan xalqının iradəsinə zidd olaraq “hakimiyyəti” qəsb etmiş, dövlətimizi oyuncağa çevirmiş oğru, rüşvətxor və korrupsiyaya qurşanmış bir dəstə mövcuddur. Hakimiyyətə, xalqa xidmət vasitəsi  kimi deyil, çapıb-talamaq, var-dövlət yığmaq fürsəti kimi baxan quldur xislətli insanlardan ibarət bu dəstə, Azərbaycan xalqına qarşı çox, həm də lap çox amansızdır. Heç fironlar belə öz xalqları ilə bu cür davranmayıblar…

Daxili   siyasətlərində, yaltaq, qorxaq, oğru, namərd, nadürüst, savadsız, heç vaxt müstəqil fikri olmayan bir zümrə yetişdirib, onlardan “kadr” bazası kimi istifadə edirlər. Açıq fikrli, talantlı, dürüst, mərd, cəsur, savadlı, vətənpərvər adamları, xalqa xidmət etmək üçün, heç vaxt hakimiyyətə yaxın buraxmayıblar… Bütün təbəqələrdən olan say-seçmə dürüst insanlarımızı, gerçək alimlərimizi, bir tikə çörəkpulu üçün, ölkəni tərk etmək məcburiyyətində qoyublar. Azərbaycandan kənarda,  mövcud rejimin xalqın sərvətləri hesabına yaratdığı və  yaşatdığı “lobbilər”in fəaliyyətiləri isə, ancaq oğru hakimiyyətin varlığını qorumaqdan, onun cinayətkarcasına qanunsuz əməllərini ört-basdır etmək üçün çaba göstərməkdən, xalqdan çalınmış milyonların ofşorlarda yerləşdirilməsindəiştirakdan ibarətdir. Bütün bunlar bir tərəfə, “bizim” “hakimiyyət”, bildiyimiz kimi, Ermənistanda baş verən siyasi hadisələrdən mütamadi olaraq narazılıq edir, ermənilərin əziyyət çəkməsindən, onda insan haqlarının pozulmasından danışır, narahat olurlar. Demək olar ki, “bizim” “hakimiyyət”, Ermənistan hakimiyyətinə qarşı, Ermənistan müxalifətindən daha çox müxalifətçilik edir ki, ermənistanda vəziyyət normal olsun…

Televiziyalarımız, yandaş KİV lər də  bu yöndə durmadan iş aparırlar.”Akademik”lərimiz isə  ermənilərin “basılmaz bir xalq” olduğu haqda, dünyada erməni lobbisinin gücü və çoxşaxəli fəaliyyəti barədə çıxışlar edir,  dolayısıyla, demək olar ki, ermənilərin daha sıx birləşməsinə xidmət göstərirlər. Bu, “bizim”hakimiyyət” tərəfindən edilən məqsədli müxalifətçilikdir ki, buna da, ermənilərin rifah halının yüksəlməsinə, Ermənistan dövlətinin gücləndirilməsinə xidmət  desək, yanılmarıq…

Cəmiyyətimizi rəiyyət halına gətirən, insanlarımıza vətəndaş olmaq imkanı verməyib, təbəə halında yaşadan, dövlətin milli olması mümkün deyil. Xalqına qarşı həmişə mühafizəkar olan xalq  hakimiyyətinin formalaşması üçün, indiki bu hakimiyyəti xalqın gücüylə əzmək, ölkədən qovmaq lazımdır. Azərbaycan var olsun deyə, bu vacibdir.

Hesab edirəm ki, dövlətlə vətəndaş, hakimiyyətlə xalq arasındakı münasibətlərin bu kimi müqayisəsindən xəbəri olan erməni cəmiyyəti, Azərbaycanın gününə düşməkdən çox qorxur və nə yazıq ki, bunu etməkdə də çox  haqlıdırlar. Çünki Azərbaycanının vəziyyəti çox qorxulu və təhlükəlidir.

————————————————————————————-

P.S.

Yazıda həm Ermənistana, həm də Azərbaycana aid olan, dövlət, hakimiyyət, vətəndaş, cəmiyyət,sözləri, ucdantutma “dırnaq” arasında yazıla da bilər. Hər iki dövlət və xalq koloniya halında yaşadılsa da, yuxarıda olunan müqayisə bir gerçəklikdir. Bir həqiqət də budur ki, ingilislə rus, erməniyə özünəməxsus millət olmağa şərait yaradır və onlara dotasiya verməklə,  daima mühafizə etməkdə davam edirlər. Ermənilərə dotasiyaların verilməsində, hətta Azərbaycan iqtidarının da adı hallanmaqdadır… Azərbaycana gəldikdə isə, 25 il əvvəl yaratdıqları antixalq hakimiyyətin vasitəsilə, həmin dünya gücləri, var gücləriylə çalışıelar ki, Azərbaycanda millətləşmə prosesi getməsin, vətəndaş cəmiyyəti formalaşmasın, xalqın rifahının yaxşılaşması istiqamətində heç bir addım atılmasın, dövlət milli olmasın, xalq hakimiyyəti qurulmasın,vətəndaş cəmiyyəti formalaşmasın, ölkəmiz daxilində əxlaqlı siyasi rəqabət mühiti yaranmasın, dövlət vətəndaşına sahib çıxmasın, xalqımız ölmə-diril halında yox olmağa doğru sürüklənsin. Bu səbəbdən də fədakar insanlarımzla bir yerdə,  hələ də düşünməyi yadırğamamış, ağlı başında olan adamlarımız tədbir töküb xalqımızı bu əsarətdən, dövlətimizi müstəmləkədən azad etməyi bacarmalıdırlar…

                      Nəhayət, dünyadakı Azərbaycanlıların milli yönlü bütün ictimai və siyasi təşkilatları bu istiqamətdə durmadan təşkilatlanmalı və Azərbaycan xalqını da təşkilatlandırmalıdır….  Bu gün isə, “Siz kiminiz “iqtidar sahibləri” və  Azərbaycan xalqından nə istəyirsiniz..?!!” sualına cavabı nə iqtidar sahiblərinin özləri  verə bilər, nə də adını “xalqın adamı” qoymuş siyasilər verə bilirlər.

4 şərh

  1. Evet!Ermeniler hansı İmperiyaların terkibinde olmalarına baxmayaraq,daime sayqı ile yanaşıblar.
    Biz ermeni ile müqayise etmekle özümüzü aşağalayıcı duruma salırıq.
    Türk özüne qayıtmalıdır.Türk olaraq özümüze qayıtsaq,önümüzde heç bir millet duruş getire bilmez.
    Son 100 ili gözümüzün önüne getirsek çox meseleler aydın olar.Rus İmqeriyasının davamı olaraq Sovet imperiyası zamanında,qonşulara olan münasibet bize olmayıb.Aydınlarımız ucdan tutma mehv edilib.Elifbamızı deyişdiribler.Ele deyişdiribler ki,Merkezi Asiyada yaşayan Türklerle anlaşılmazlıg yaranıb.
    Bizə teyin olunan rehberlerden söz gede bilmez ve s.ve i.

  2. 26-il bundan önce tarixde ilk defe seçki yolu ile özümüze prezident seçdik.Evet! Milli Azadlıq Herekatın Lideri ve eks Prezident Ebülfez ELÇİ BEY! Bir ilde Millet ve dövlet olaraq çox böyük zeferler qazandıq.Demokratik dövletler bizim uğurlarımızdan yazırdılar.Uğurlarımızı görüb hezm ede bilmeyen dövletler,içimizden elelerini seçerek,Milli hakimiyyeti devirdiler.
    Bugün gündemde bir fikir var.Ağızdan ağıza söyleyerek bize Saakaşvili kimi prezident lazımdır.Unuduruq ki,ELÇİ BEY zamanında müharibe gede-gede bir ilde gördüyü işi,Saakaşvili iki dönem prezidentlik dövrunde görüb.
    Nezerden qaçırmamalıyıq ki,Gücüstanın eks prezidentine xristian dövletler de kömek edib.

  3. Yuxarıda yazdıqlarımın ardı olaraq yazıram.Biz Millet olaraq neyese çatmaq isteyirikse ELÇİ BEYin siyasi varisi olaraq KXCP sedri Mirmahmud Mirelioğlunun etrafında birleşmeliyik.Eks halda heç neye nail ola bilmerik.
    ELÇİ BEY siyasetde varis sözünden xoşu gelmediyine göre o sözü işletmeyib. Öz hereketlerile bizlere mesaj gönderib.Mesaj ondan ibaret olub ki,ruhu şad olsun.Amin!
    Beyin şexsi devetile son 23 gününü Mirmahmud ağa ile bir yerde olub.

  4. oottuz ildi havani sappa duuzurukk ki laziim olsa qarabbagii alacagiiq ne vaaxt hhavanii sapa duzmmek olsaa bakidda veziffeedde olann errmeniler qarabagi qardawlarindan gerii alacaqlar hdeeyirremm niyye bizz helede yawayiriq harram oolsun bbu veetenin havassi suyu correyyi bbizze

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*