DAHA BİR BAŞABƏLA MƏKTƏB DİREKTORUNDAN XƏBƏR VAR

“DTX Ağdamda məktəb direktorunun evində əməliyyat keçirdi”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1-ci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd – “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Reportyor.or-un ələ etdiyi məlumata görə adı çəkilən  Polad Zeynalov Ağdam rayonu I Yüzbaşılar kənd orta məktəbində direktor vəzifəsində çalışır.

Ətraflı məlumat verəcəyik.

Reportyor.org

————————————————————————————————–

P.S.

Ağdamda həbs edilən məktəb direktoru Polad Zeynalov hansı əməllərin sahibi olub..?

… 1-ci Yüzbaşı Tam Orta Məktəbinin müəllim kontingentinə nəzər saldıqda burada qəribə bir mənzərənin şahidi oluruq. Çünki iş kollektivinin əsas hissəsi, həm də ən çox dərs bölgüsündə çox saatlar verilmiş direktorun qohum və ailə üzvlərindən ibarətdir. Məsələn, Umleyla Zeynalova 12 saat dərs yükü var(direktorun anasıdır, məktəbdə müəllimə işləməyinə baxmayaraq, həm də 1-ci Yüzbaşı kənd Uşaq Bağçasının müdirəsidir), Gözəl Eyvazova 11 saat dərs yükü var(direktorun xalasıdır, məktəbdə dərs hissə müdiridir), Gülcahan Əhmədova 13 saat dərs yükü var(direktorun xalası qızıdır, məktəbdə Təşkilatçıdır), Afət Zeynalova 28 saat dərs yükü var(direktorun həyat yoldaşıdır, 6-ci sinifin sinif rəhbəridir) Əhmədova Gültəkin Əhməd qızı ibtidai sinif müəlliməsidir, ancaq tədris ili başlayandan onu bir dəfə də olsun məktəbdə görən olmayıbdır(direktorun xalası qızıdır, aşağıda da qeyd edəcəyimiz kimi bu da həmin “ölü canlı”siyahısına aiddir. Nəhayət, Zeynalov Polad Vaqif oğlu 11 saat dərs yükü var məktəbin direktorudur…

 

 

———————————————————————————————————-

P.P.S.

Fb-NİN GÜNDƏMİNDƏN 

Etibar TOĞRUL 

Фото Etibar Togrul.Bir məktəb direktoru 2 ədəd – “İJ” və “TOZ-8” markalı tüfəngləri, 1 ədəd “Naqan” markalı tapançanı, 2 ədəd “F-1” qumbarasını, 1 ədəd mərmimi, 3 ədəd avtomat patron darağıni və 18 ədəd müxtəlif çaplı patronu hardan və nə məqsədə əldə edib görəsən?
Yəqin ki, dindirmə vaxtı deyəcək ki, direktor olduğum məktəm kimi bu silah və patronlar da atamdan miras qalıb.

Фото Etibar Togrul.

 

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*