“DANABAŞ KƏNDİNİN (təzə(k)öhnə) ƏHVALATLARI” !!!

“NƏ ƏCAİB SÜRÜ, YAHU, BUNLAR …”!!!

Ziyalılardan İlham Əliyevə dəstək çağırışı

Azərbaycanın tanınmış ziyalıları xalqa müraciət edərək prezident seçkilərində növbəti 7 il üçün İlham Əliyevə səs verməyə çağırıb

Posted by AZƏRBAYCAN24 – İnformasiya Xidməti on Friday, 9 February 2018

“KƏNDİ ƏXLAQI SÖNÜKKƏN HƏPSİ,
YELTƏNİR VERMƏYƏ ƏXLAQ DƏRSİ.
RƏQSİ TƏLİM EDİYOR AXSAQLAR,
ƏZƏMƏT DÜŞKÜNÜDÜR ALÇAQLAR .
YURDU SARMIŞ QABALQ VƏ YALTAQLIQ,
YÜKSƏLİŞ VARSA, SƏBƏB ALÇAQLIQ.” !!!

————————————————————————————————

P.S.

Demişdim ya, bütün KOLXOZ SƏDRLƏRİ götürdükləri SOSİALİST ÖHDƏLİKLƏRİni bəribaşdan elan etmək üçün RAYKOMun önündə sıraya durublar. Bu “kolxoz” söhbəti də mənim leksikonumda təzə hadisə deyil. Bizə kolxozdan və kolxozçuluqdan qurtulmaq imkanı heç vermədilər ki. İllər öncədən yazmşdım bu sətirləri:  

“… Bir sözlə, hər şeydən görünəni odu ki, müstəqilliyimizin qazanılmasından 25 il ötsə də, hüquqi dövlətin qurulması, azad və açıq vətəndaş cəmiyyətinin yaradılması, bütövlükdə demokratik ənənələrin mənimsənilməsi baxımından bircə addım da qabağa gedə bilməmişik. Hər yan bolşevizmin hələ də yaşadığını, iqtisadiyyat əvəzinə küllən oliqarx-monopolist bazarkomların ixtiyarında olan Azərbaycan boyda bazarın, dövlət əvəzinə isə sədrlərin fironluq etdiyi Azərbaycan boyda kolxozun qurulduğunu bariz göstərən əlamətlərlə doludu. Bir zamanlar addımbaşı qarşımıza  Lenin babanın heykəlləri, portretləri, şüara çevrilmiş fikirlərini əks etdirən afişalar çıxırdısa, indi də həmin yerləri Heydər babanın heykəlləri, portretləri və bərbəzəkli reklam şitləri tutur. Göz görə-görə Heydər Əliyevdən “Lenin baba”, İlham Əliyevdən isə “Türkmənbaşı” düzəltmək istəyirlər. Bununla belə, istər “dahi Vladimir İliçin”, istərsə də bir müddət “bütün türkmənlərin atası” sayılan Saparmurad Niyazovun taleyi və aqibəti, görünür hələ də bizlərə dərs olmayıb. Əgər olsaydı, ən azı, ayıb edər, indiki ağır və bir o qədər də təhlükəli bir dovrdə yaşadığımızın fərqində olar, bu millətin sırtından sıyrılan milyardları belə boş və mənasız yerlərə xərcləməzdik…”

(“SALAM, DAR AĞACI!” !!!”

“SİYASƏTİMİZDƏN VƏZİROVŞİNA, MÜTƏLLİBOVŞİNA, EFİRLƏRİMİZDƏN İSƏ VÜSAL ƏFƏNDİYEV QO(R)XUSU GƏLİR !!!”  məqaləsindən

«Nota bene!» qəzeti  24-30 iyun 2007-ci il)

————————————————————————————————————————–

P.P.S.

Что то мне воздуха не хватает,vladimir vısotski

Ветер пью, туман глoтаю,

И с гибельным восторгом чую,

Пропадаю,  Пропадаю !!!!!!!!!!!!!

 

http://ok.ru/profile/561042434490/statuses/64868088594618

 

 

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*