DİQQƏT!!! BAŞ REDAKTOR HƏYATINA GÖRƏ NARAHATDIR !!!

Elmidar ƏLİYEV:

“Etibarlı mənbələrdən aldığım məlumatlara görə, güc qurumları qondarma ittihamlarla mənim həbsimi razılaşdırıblar.” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

“Aztoday.az” saytının baş redaktoru Elmidar Əliyevin növbəti təxribatla üzləşdiyi və həyatının təhlükədə olması ilə bağlı Prezidentə ünvanladığı müraciəti hər birimiz diqqətdə saxlamalıyıq. Həmkarımızın həyatına yaranmış təhlükəyə görə məsuliyyət daşıyan qurumlar dərhal hazırladıqları təxribatdan əl çəkməli və baş redaktorun təhlükəsizliyi təmin olunmalıdır. Media nümayəndələri bu məsələdə həmrəylik göstərməyə borcludur.

——————————————————————————————-

P.S.

“Aztoday.az” saytının baş redaktoru Prezidentə müraciət edib

Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev dövlət başçısı İlham Əliyevə müraciət edərək onun müdafiəsinin təmin olunmasını xahiş edib.

O, müraciətdə deyir ki, son günlər naməlum şəxslər tərəfindən təqib edilir.

“Etibarlı mənbələrdən aldığım məlumatlara görə, güc qurumları qondarma ittihamlarla mənim həbsimi razılaşdırıblar”,

– deyə, E. Əliyev yazır.

Öz fəaliyyətində dövlət maraqlarını hər bir şeydən üstün saydığını deyən sayt rəhbəri bu məqsəddən geri çəkilmək niyyətinin olmadığını vurğulayıb.

E.Əliyev hesab edir ki, bu mövqeyinə görə dövlətin qanunlarına sayğısızlıq edən oliqarx məmurların qəzəbinə tuş gəlib və məqsədli şəkildə növbəti təxribatla üzləşmək zorunda qalıb. Onların arasında SOCAR rəhbəri Rövnəq Abdullayevin da adı çəkilir.

Bundan öncə, sentyabrın 6-da E.Əliyev bildirmişdi ki, kütləvi Ddos hücumları nəticəsində Aztoday.az saytı dağıdılıb.

O qeyd edib ki, “Aztoday.az” saytı bundan öncə də haker hücumlarına məruz qalıb və hər dəfə də bu, SOCAR haqqında tənqidi yazıların dərcindən sonra baş verib.

İndiki hücum 2013-cü ildə SOCAR-ın maliyyələşdirməsi sayəsində amerikalı konqresmənlərin Azərbaycana səfərinin təşkilində əli olan Kemal Öksüzün ABŞ-ın sorğusu əsasında Ermənistanda saxlanması, həmçinin Azərbaycan Demokrat Partiyasının Dövlət Neft Şirkətinin prezidenti Rövnəq 

Aztoday.az saytının baş redaktoru Prezidentə müraciət edib

Abdullayevə qarşı cinayət işinin 

qaldırmasını tələb etməsi barədə məlumatların dərcindən sonra baş verib.

E.Əliyevin sözlərinə görə, “Aztoday.az” 2017-ci ilin noyabrında Azərbaycan ərazisində bloklanıb. Onun fikrincə, bu, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun göstərişi ilə baş verib. Mayda sayt açılıb.

Turan.az 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*