DİREKTİVDƏN ANONS DOĞAR!!!!!

“… ƏLİ KƏRİMLİNİ PULSUZ DA SÖYƏRƏM” ???(!!!)

Fb-NİN GÜNDƏMİNDƏN

Milyardlar versələr, Cəmil Həsənliyə güldən ağır bir söz demərəm, amma Əli Kərimlini pulsuz da söyərəm. 

—————————————————————————————————

SÖZARASI 

Kəramət Böyükçöl dünən özünün Fb profilində belə bir status paylaşıb. Açığı, bəlli kontekstlərdə və müəyyən mövzularda Kəramətdən hər cür sürprizlər gözləmək mümkün olsa da, bu qədərini şəxsən mən gözləməzdim. Ölkənin söyüş bataqlığında boğulduğu bir zamanda və istər içəridə, istərsə də dışarıda, bundan yana yaşanan əsəb gərginliklərinin, misli görünməmiş qalmaqalların fonunda, bu cür status yazmaq üçün, adam ya ağlını itirmiş olmalıdı, ya da…

Bax, burasını anlamaqda zorluq çəkirəm və bütün hallarda, bu statusun, bir yazarın sadəcə hirsindən və ya hikkəsindən doğduğunu, qədərsiz cəsarət nümunəsi olduğunu da düşünmürəm. Oysa, nə baş verir və ölkənin belə həssas bir dönəmdən keçdiyi zamanda, az-çox ağlı başında olan insanlara soyuq duş təsiri bağışlayan yazının ortalığa çıxmasının pərdə arxasında nələr ola bilər?! Hər halda yaxın zamanlarda bu statusun pərdə arxasına ayna tutacaq yeni status və yazıların da şahidi olacağıq deyə düşünməkdəyəm…

Bu arada, Kəramətin sözügedən statusuna yazdığım şərhi də oxuculara və ictimai rəyin müzakirəsinə təqdim etməyi vacib saydım…  

————————————————————————————————-

Сердар АЛИЕВ

 

1. Cəmil Həsənli məsələsinə milyardlar ortaya qoyulduğunda baxarıq. Özü də milyard ağır gələr, bir-iki min də yetər. O da çoxdu əslində, bunun üçün rəhbər(ə)in bircə kəlməsi də yetəcəksə, belə “dəliqanlı” bəyanatlara nə hacət var ki???

2. Əli Kərimlini söymək məktəbinin məzunu olan müəllimlərinə salam olsun, zatən onlardan başqa şey də öyrənəsi deyilsən ki. Bir vaxtlar yazırdılar ki, Abid Şərifovun çörəyi fövqəladə hadisələrdən çıxır” – deyə. Sənin indi bulunduğun çevrənin də çörəyi Əli Kərimlini söyməkdən ya da söydürməkdən çıxır zatən!!!!

3. Bu status təsadüfən yaxın zamanda olacaqların anonsu olmasn, sifariş-filanmı var yoxsa?! Bu, Mətbuat Şurası qurultayının derektivinə oxşadı lap !!!

4. Ama bu arada ayıb olur haa, Siyaviş Novruzov hakimiyyət adına “Kişi kimi mübarizə aparaq” mesajını lap təzəcə səsləndirib, siz də camaatı söyüşlə şantaj edirsiniz. Bax, Kəramət, düşəri-düşməzi olur haaa, demədi demə, qardaş-qardaşa deməz bunu !!!

5. Bu arada, Avropalardan durub, ölkə rəhbərliyini söyənlərdən ilham alıb, söyüş ritorikasını ölkənin içinə daşımaq fikrinə düşmüş olmayayasınız???”!!!

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*