DOSTLAR, YASƏMƏN QARAQOYUNLUNUN HARAYINA HAY VERƏK !!!

EHEYYY!!! AZƏRBAYCAN, SƏNİNLƏYƏM!!!

Yasəmən xanımın həyat yoldaşı xərçəngdən əziyyət çəkir və müalicə üçün 10.000 dollar pul gərək !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Evez ZEYNALLİ

12 июня 2018

DİQQƏT YASƏMƏN QARAQOYUNLUYA!

Bir neçə saat bundan əvvəl Yasemen Qaraqoyunlunun statusunu oxudum. Özümə gələ bilmirəm. Yasəmən xanım həyat yoldaşının xərçəng xəstəsi olduğunu və müalicə üçün 10.000 dollar pul gərəkdiyini, ancaq hələ də kirayə qaldıqlarını və imkansızlıqdan həyat yoldaşının gözlərinin qarşısında əridiyini yazır. Aman Tanrım! Bu, nə bəladır biz düçar olduq!
Bizim ölkəyə sanki xərçəng xəstəliyi yoluxdurulub. Hər ailədə bir xərçəng xəstəsi var haradasa. Bu milləti ciddi-ciddi soyqırıma məruz qoyur və öldürürlər. Dövlət bunu qarşısını almır, bilirik. İndi bu qarşısıalınmaz xəstəlikdən biri də dəyərli alim Yasemen Qaraqoyunlunun qapısını döyüb. Onun həyat yoldaşını – Sərdar bəyi uzun illərdir tanıyıram. Dəyərli və qeyrətli bir Vətən oğludur. İndi ölkənin iki fikir adamı 10.000 dollar dərdi ilə için-için qovrulurlar. Mənsə özümdə deyiləm…

Biz bu ailəyə kömək edə bilərikmi? 10.000 insan varmı hərəsi 1 dollar versin?! 100 adam varmı hərəsi 100 dollar versin?! 1000 adam varmı hərəsi 10 dollar versin?! 10 varmı hərəsi 1000 dollar versin?! Avropada yaşayan soydaşlarımıza, nisbətən sözü olan və bu kimi hadisələrdə bəzən tərpənən deputatlara – Qüdrət Həsənquliyevə, Fazil Mustafaya, Qənirə Paşayevaya, Zahid Oruca, Aqil Abbasa müraciət edirəm, məsələni parlament rəhbərliyinə, ölkə rəhbərliyinə çatdıra bilərlərmi? Ömrünün 20 ilini bu Vətənin qurulmasına xərcləyən, hələ də kirayələrdə çürüyən fikir adamlarımızın taleyi belə olmamalı, belə bitməməlidir! Azərbaycanın zəngin iş adamları, İlham Rəhimov, Araz Ağalarov, Mübariz Mənsimov, İsgəndər Xəlilov, sizlərə səslənirəm, sizin üçün çox, amma çox xırda olan bir məbləğ Yasəmən xanımın üzünü güldürə, həyat yoldaşını xilas edə bilər! Yerinizdən tərpənə bilərsinizmi?

Bilmirəm, nə edə bilərəm?! Əlimdən nə gəlir ki?! Amma Yasemen Qaraqoyunlunu və Sərdarı tanıyıram, bu harayı sinəmə çəkə bilmirəm… Bilmirəm, İlham Əliyevə, Mehriban Əliyevaya, Nərgiz Paşayevaya səsim çatarmı?! Bir yardım edən varmı?!!!

Eheyyy!!! Azərbaycan, səninləyəm!!!

——————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

Yasemen QARAQOYUNLU 

15 июня 2018

Hesab nömrəsi:

380194404063457501 AZE 07074 324

Azərbaycan xaricindən isə aşağıdakı şəkildə göstərilən hesaba köçürmələr ola bilər.
Dəstəkləriniz üçün təşəkkür edirəm.

 

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*