DÜNƏN RÜFƏTİN AD GÜNÜYDÜ !!!

“Həsrət dolu gözlər dikilib dağlara qaldı,

Yüksəkləri verdik, ümid alçaqlara qaldı,

Dövlət onun uğrundakı yaltaqlara, Pünhan,

 Zillət Vətən uğrundakı dustaqlara qaldı”!!!

Dünən Rüfətin ad günüydü. Zamanında  hansı yola varis olduğunun fərqində olmayan, bir az da sadəlövh cavan oğlandı Rüfət. Ömrünün bütün şüurlu kəsimini indiki hakimiyyətin ərsəyə gəlib, möhkəmlənməsinə həsr etmiş Eldar Sabiroğlunun gözünün ağı-qarası tək oğludu. Eldar müəllim bir vaxtlar bu hakimiyyətin quruluşuuna həm də ona görə  qoşulmuşdu, bütün fədakarlıqlara ona görə qatlaşmışdı ki, o zamanlar hələ uşaq olan Rüfətin və yaşıdlarının gələcəyi əmin əllərdə olsun, firəvan və xoşbəxt bir ömür yaşaya bilsinlər. İndi Rüfət bu hakimiyyətin zindanında, Eldar müəllimin arzuları isə çilik-çilik. Və Eldar Sabiroğlu xəyallarında canlandırdığı, hələ də xəyal olaraq qalan o məmləkətdə yox, bu məmləkətdə, Rüfətinin arxasınsa həbsxana qapılarına ayaq döyməklə yaşayır. Hələ dünyanın gəldi-gedərlərindən xəbərsiz olan körpə nəvəsinə, dili açıldığında nə deyəcəyini, olub-bitənləri necə anladacağını düşünməkdədir nagüman Eldar baba. Otən illərin qovğaları içində rahatlığın nə olduğunu bilmədən, bəlkə də etiraflarla dolu memuralarını yazmaqdadı Eldar müəllim, arzularının Azərbaycanını qurmağı düşünürkən,  buralara necə varıldığını, Rüfətdən daha çox nəvəsinə necə anlatmaq istəyi huhuna hakimdi yəqin… Artıq bunu necə edəcək, nə cür yazacaq, hansı sirli-sehrli sözlərlə izah edəcəksə, burasını kəndi bilir… 

Həp öncə vətən, öncə millət, hamısının ötəsində də dövlət düşüncəsi ilə  yaşadıqca, zamanın necə keçdiyini, dünyamızın buzim arzu və ideallarımıza necə tərs mütənasib gəlişdiyini indi nə Rüfətin özü, nə də ata-anası heç anlaya bilməmişlər bəlkə. Yalnızca, Rüfət də daxil, məmləkətin azad ruhlu gənclərini, vicdanlı, ağlı başnda olan övladlarını  birər-birər dəmir qəfəslər arasında bulduqlarında, kimi qınamalı olduqlarını kəsdirməkdə də, ailəlikcə zorluq çəkməkdədirlər yəqin…

Bütün gəncliyimizi, heç zaman qaytara bilməyəcəyimiz illərimizi verdiyimiz bu Vətəndə, indi yerimiz bir hücrədi, həbsxana hücrəsinin bir köşəsində, ötən illərimizin hesabını kəndi-kəndimizə anlatmağa və anlamağa çalışırıq. Ki, nəydi bu, taleyin ironiyasımı, yoxsa uğuruna hər şeyimizi fəda etdiyimiz, bundan doymadığımız və innən sonra da fəda edəcəyəmiz millətimizin taleyini paylaşmaqmı?!! Zatən indi məmləkət başdan-başa bir həbsxana hücrəsindən, millətimiz də bu hücrənin köşələrində birər-birər can çəkişən məhbəs sakinlərindən nəynən fərqlənir ki?!! Hələ də bu millətin fədaisi olacaq qədər fədakarlıq yapan oğulların halı məmləkətin halından, yaşamı millətin yaşamından fəqlənərmi, fərqlənməlidimi?!! 

RÜFƏTİN AZADLIĞI ALINMASA, ONUN FİDAN BALASINA  LAYİQ OLDUĞU ÖLKƏ QURULMASA, XƏYALLARIMIZIN MƏMLƏKƏTİ YARADILMASA OLMAZ BU, OLMASI MÜMKÜN DEYİL !!!!!!!!!

Dünən Rüfətin ad günüydü, məhbəsdə ad günü qeyd eləməyin nə anlama gəldiyini bilirəm mən, hər nə qədər təmtəraq yaradlsa belə, ailə çevrəsində, dostların, qohumların əhatəsində olmağa bənzəməz bu. Hər halda bu haqda hər kəsin öz təəssüratları,  özəl hissləri və fərqli baxışları olur. O təəssüratlarnı İnşaallah azadlğına qovuşandan sonra Rüfətin özü danışar…

…VƏ NƏHAYƏT, BU GÜN RÜFƏT BOĞAZDAN YUXARI TƏBRİKLƏRDƏN, DÜZÜLÜB-QOŞULAN ƏFSANƏLƏRDƏN, QƏHRƏMANLIQ DASTANLARINDAN DAHA ÇOX AZADLIĞINI, BU YÖNDƏ DOSTLARININ, HƏMKARLARININ, ELƏCƏ DƏ CƏMİYYƏTİN TƏRƏQQİPƏRVƏR KƏSİMİNİN DƏSTƏYİNİ HAQQ EDİR DEYƏ DÜŞÜNMŞKDƏYƏM. AYRICA DA, RÜFƏTİN ANASI TAHİRƏ XANIMDAN, RÜFƏTİN AZADLIĞI YOLUNDA ACİZ VƏ ƏLACSIZ OLMAĞIMIZDAN DOLAYI ÜZR İSTƏYİR,  YA BİGANƏLİYİMİZDƏN, YA DA RÜFƏTİN AZADLIĞI UĞRUNDA YETƏRSİZ FƏALİYYƏTLƏRİMİZDƏN YANA , ƏKƏR BUNU BACARSA, BİZİ BAĞIŞLAMASINI DİLƏYİRƏM !!!!

Ən səmimi və ən xoş arzularla

Sərdar ƏLİBƏYLİ

09 aprel 2018-ci il

——————————————————————————–

2 şərh

  1. Rüfət beyi tanımasamda doğum gününü kutlayıram.O,öz erliyile iqtidarda olanlara örnek oldu.Ne olmağından asılı olmayaraq QALİBdir.
    ALLAHdan Rüfet bey başda olmaqla siyasi mehbuslara qapılarını açmağı və valideynlerine sebr dileyirem.

  2. Allah bütün haqsızlıqla, sifarişlə həbs olunan öz vətəndaşlarının qapısını açsın!Rüfət oğlumu səmimi ürək ağrısı ilə hələlik buradan təbrik etmək nəsib olub, İn Şa Allah gələn doğum gününü öz ailəsilə evində qeyd etməsini Allahdan arzu edirəm!

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*