ELÇİN QƏMBƏROV SİMASIZLIĞINDAN LEYLA YUNUS AĞRISINA QƏDƏR… !!!

Sərdar ƏLİBƏYLİ

“DAĞILAN TİFAQ(lar)” – (“MÜSİBƏTİ MƏMLƏKƏT”)

 

Leyla Yunus barəsində yazılanıara və onun yazdıqlarına üzüldüm. Görünür həbsxana həyatı, heç də hamının çəkə biləcəyi yük deyil. Ancaq, zəlzələdən, ya da vəlvələdən, mübarizənin və mübarizliyin nümunəsi kimi simvollaşmış insanlardan belə şeyləri duymaq ikiqat üzücü olur. Bu mənada, Leyla xanımın halına acıdım və hələ də təəssüflər içindəyəm. Allah yardımçısı olsun !!!

 

 

Amma burda məsələnin başqa bir boyutu da var və məncə, işin bu tərəfi daha da maraqlı və maraqlı olduğu qədər də üzücüdür. Söhbət Yunus ailəsinin ən mübhəm sirlərini etibar etdiyi və müvəkkilinin ailəsi ilə yazışmalarının konsperativliyini pozaraq, ailə sirlərini faş etmiş, vəkilə nəinki yaraşmayan, hətta qanunla yasaq olunan əməl törətmiş, “tanınmış vəkil” Elçin Qəmbərovun hərəkətindən gedir. İstər vəkil, istərsə də insan olaraq, bu adam, vəkillik haqqında qanunu və ən adi insani qaydaları pozmaqla, peşəsinə xəyanət edib, o qədər. O, bütün etik və insani normaları ayaqaltı edərək, müvəkkilinin etibarından sui-istifadə etməklə, əslində cinayət törədib…

Müvəkkilinə bu cür arxadan zərbə vurmaqla, onun maraqlarını tas-tamam qarşı tərəfə satan (Qarşı tərəf hakimiyyət, ya da, lap dövlətin özü olsa belə – S.Ə.) vəkillərə dünya yrisprudensiyasında zaman-zaman rast gəlinib. Amma, belə bir məsələnin ortaya çıxdığı andan, həmin insanların vəkillik karyerasına son qoyulub və bu, dünyanın az-çox normal saylan ölkələrində belədir. Lakin Azərbaycanda illərdən bəri yürüdülən analoqsuz siyasətin, uyğulanan analoqsuz idarəetmənin və analoqsuz yurisprudensiyanın hakim qılndığını nəzərə alsaq, vəkilliyin bu növünün də analoqsuzluğun növbəti nümunəsi kimi təqdim ediləcəyinə bir an belə şübhəm yoxdur. Hətta Elçin Qəmbərovun bu əməlinin vətənpərvərlik nümunəsi kimi təqdim ediləcəyi və mükafatlandırılacağı, “Tərəqqi ordeni”, “Şərəf nişanı”, “Əməkdar” titulu ilə təltif ediləcəyi də istisna deyil…

Bununla belə, ritorik də olsa, hesab eliyirəm ki, Elçin Qəmbərovun vəkillik fəaliyyətinə dərhal son verilməli və ona bu sahədə bundan sonra da fəaliyyət göstərməyə qanunən yasaq qoyulmalıdır. İstəsələr də, istəməsələr də, Azərbaycanın ədliyyə və hüquq sistemi bunu etmək zorundadır, əks təqdirdə bu hal, pis bir presedent kimi, kütləviləşə və onsuz da bərbad gündə olan məhkəmə sistemini tam mənasız bir prosedura çevirə bilər…

Bu arada, bir neçə gün öncə, millət vəkili Qüdrət Həsənquliyevin siyasi məhbuslarla bağlı açıqlamasından bir cümləni xatırlatmaq istəyirəm: “Bu iqtidar bir az da dövlətin imici haqda düşünməlidir”. Ölkənin içində və dışında ciddi başağrısına çevrilən, dövlətin imicinə böyük zərbə vuran siyasi məhbus məsələsi hələ də həllini tapmayıb və sözügedən presedent, sayı 160-ın üzərində olan siyasi məhbusları və digər kateqoriyadan olan müttəhimləri küllən vəkillərin xidmətindən imtinaya sövq edə bilər ki, bu da, nəticə etibarılə, məhkəmə sisteminin iflic olmasınacan vara bilər.

Bütün hallarda, olanlar artıq olub və necə deyərlər ziyanın harasından dönülürsə, kar hesab olunur. Elçin Qəmbərovun və təkcə onun yox, illərdən bəri məhkəmə sisteminə zərər vuran, vəkillik peşəsinin mahiyyətinə, mənasına və ruhuna zidd olan “satqın” və “xəyanətkar” fəaliyyətlərinə son verilməlidi. Dediyim kimi, bu, çox pis bir presedentə yol aça biləcək məsələdi və gerçəkdən də, bu hakimiyyət bir az da dövlətin imici haqda düşünməlidi”.

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir