ELÇİN QƏMBƏROVU RƏHİM QAZIYEVƏ DƏ “VƏKİL” EDİBLƏRMİŞ !!!

Elçin Qəmbərovla ilk tanışlığım, illər öncəsində “Xural” qəzetinin ətrafında başlanmış “Mənin Savaşım” qovğalarının ilkin dönəmində və Əvəz Zeynallının ilk dəfə bu məsələ ilə bağlı MTN-ə aparıldığı vaxta təsadüf edir. Çox narahat və gərgin keçən günün səhəri redaksiyaya tanmadığımız bir adam gəldi və könüllü olaraq, təmənnasız şəkildə, bu məsələdə Əvəz Zeynallının vəkili olmaq istədiyini bildirdi. Bir xeyli özündən və milli duyğularının qabarmasından danışıb, baş verənlərdən hiddətləndiyini söylədi. Elə onda bildik ki, bu adam, indi hamının dillər əzbəri olmuş, Elçin Qəmbərovdur. Bir neçə gündən sonra, ya gələn xəbərlərin naxoşluğundanmı, ya da özünü şübhəli aparmasındanmı, dəqiq yadımda deyil (Bəlkə Əvəzin yadında qalıb, lazım bilərsə, özü bu haqda daha müfəssəl yazar – S.Ə.), amma onun vəkillik xidmətindən imtina edildi.
Bu günlərdə Elçin Qəmbərovun “Memuar” kimi cəmiyyətə təqdim edilən “kitab”ında, vəkili olduğu Leyla Yunusun müxtəlif ünvanlara, o cümlədən də qızına göndərdiyi məktub və müraciətlərinin yer alması, onun vəkil kimi fəaliyyətinə və şəxsiyyətinə marağı artırdı. Təsadüfi bir söhbət zamanı, onun bir müddət, sabiq müdafiə naziri Rəhim Qazıyevin də vəkili olduğunu öyrəndim. Elçin Qəmbərovun vəkillik fəaliyyətinin ictimai, siyasi və mətbu gündəmdə geniş müzakirə edildiyini nəzərə alıb, Rəhim bəydən də bu haqda fikirlərini öyrəndim. Həqiqətən də Elçin Qəmbərovun qısa bir müddətdə ona vəkillik etdiyini deyən Rəhim Qazıyev həmin vaxtları belə xatırlayr.

Sərdar ƏLİBƏYLİ


“BİR VƏKİLİN BU CÜR DAVRANMASI CİNAYƏT TƏRKİBİ YARADIR”

“İLK GÖRÜŞDƏN ANLADIM Kİ, BUNU MƏNİM YANIMA GÖNDƏRİBLƏR”

Rəhim QAZIYEV:

“Vəkili olduğu şəxsin etibar etdiyi sirlərini və yazılarını ictimailəşdirməsi, onun ən böyük şərəfsizliyidir.”


– Rəhim bəy, deyilənə görə, Elçin Qəmbərov həbsdə olduğunuz zaman bir müddət sizin də vəkiliniz olub?

– Vəkiliniz olub deyəndə, bunun özü də təəccüblü şəkildə baş verən bir həyat təcrübəsi idi. Deməli, məni Qobustan həbsxanasının 5-ci korpusunda yerləşən ölüm kamerasına 1996-cı il dekabrın 12-də aparıblar. Bütün 1997-ci ili və 1998-ci ilin fevralına qədər mən insan üzü görməmişəm. Yəni, nə ailə üzvlərimi yanıma buraxıblar, nə də kənardan gələn kimsəylə məni görüşdürüblər, üzünü gördüyüm təkcə həbsxana personalı olub. O vaxtlar mənim üzərimdə xüsusi nəzarət vardı və buna da cox ciddi əməl olunurdu. Dediyim kimi, 1998-in fevral ayı idi, dəqiq tarix yadımda deyil, gəldilər ki, səninlə görüşməyə vəkil gəlib. Açığı, çox təəccübləndim, çünki bilirdim ki, mənim öz vəkilimi də yanıma buraxmırdılar. Gedəndə gördüm ki, gələn, o vaxtacan şəxsən tanımadığım, ancaq adını eşitdiyim Elçin Qəmbərovdur. Dedim ki, sən mənim vəkilimsən? Cavab verdi ki, bəli. “Bəs necə olub bura gəlmisən, səni kim mənə vəkil tutub?” – dedim. Dedi ki, mən sənin xətrini çox istəyirəm, həm də eşitdim ruhdan düşmüsən, gəldim ki, əlimdən gələn köməyi edim. Və elə orda da bəlli oldu ki, bu həm də o vaxt Əlikram Hümbətovun vəkiliymiş. Onun elə birinci sözü məni həddindən artıq əsəbləşdirdi və dedim ki, hansı şərəfsiz deyib sənə mənim ruhdan düşdüyümü, bax, 

gör mən ruhdan düşənə oxşayırammı? İsrarla üstünə getdim ki, bunu sənə kim deyib, cavab vermədi və “yox mən sənin xətrini çox istəyirəm” – deyib cavabdan yayındı. Sonra da dedi ki, prosessual məsələlərlə bağlı bir-iki ərizə yazmaq lazımdır-filan. Beləcə getdi və bir də iki gündən sonra gəldi. Bu dəfə də gələn kimi başladı ki, bəs, Ayaz Mütəllibov təzə kitab yazıb və orda da qeyd edib ki, “Lefortovo” həbsxanasından çıxandan sonra Rəhim başqa adam idi. Dedim get o Ayaz Mütəllibova de ki, adam ləyaqətini satmaz, o, hər halda, ölkənin prezidenti olub və mən də o məqama hörmət eliyirəm, açaram sandığı tökərəm pambığı, otursun yerində. Mənim harda, kimin yanında nə ləyaqətsizliyim olubsa, dövlət başçısı kimi yəqin xəbəri var, açsın danışsın. Orda Ayaza bəzi ismarıclar da göndərdim və indi burda onlar haqqında danışmaq istəmirəm. Amma, özünə də dedim ki, mənim sözlərimi Ayaz Mütəllibova çatdırmasan, bir də bura gəlmə. Yeri gəlmişkən, sonradan bilindi ki, bu, o vaxtlar Ayaz Mütəllibovun da yan-yörəsində fırlanırmış. Allah bilir, bəlkə bunu elə onun da yanına göndəriblərmiş. Çünki indi tam bəlli oldu ki, bunu elə onun-bunun yanına həmişə məqsədli şəkildə göndəriblər. Gələn dəfə gələndə dedi ki, Ayaz müəllim deyir mənim Rəhimlə öz münasibətim var və çıxanda  özünnən danışarıq, yazdıqlarımı da o mənada yazmamışam. Növbəti gəlişlərində də mən hiss elədim ki, bu, nə isə xüsusi tapşırıqlarla gəlir, mənim nəsə yazmalı olduğumu, kimdənsə nəsə istəmək gərəkdiyini deyir və sair. Nəhayət iş o yerə gəldi ki, dedim bir daha mənim yanıma gəlmə və bu axırıncı dəfə olsun. Axır bilmirən, cəmi 4 ya 5 dəfə gəlib getdi, vəssalam. Uzun illərdən sonra mən azadlığa çıxdım. Təbii ki, o vaxtlar bu mənim yanıma gələndə, nə onun, nə də kimsənin ağlına belə gəlmirdi ki, Rəhim bir gün sağ-salamat azadlığa çıxa bilər. Sonra evdə bəlli oldu ki, bu, evdəkilərlə guya müqavilə də bağlıyıb və 3000 dollar da pul alıb. Durub getdim bunun iş yerinə və çox kəskin şəkildə bildirdim ki, pulun hamısını qaytarmalısan. Əvvəl yarısını verdi, yarısını da məndən xəbərsiz evə zəng edib, “imkanım yoxdur, nə bilim ora-bura getmişəm”-filan deməklə, qaytarmadı. Bacım da xahiş elədi və mən də üstünə getmədim. Bir sözlə, o vaxtdan mən bildim ki, bu şərəfsizin biridi, kimlərəsə nökərçilik eliyir ki, ailəsinə çörək qazansın.

– Siz içəridə olanda, evdəkilərə “Qraçovla əlaqə saxlayın”, “Qraçovun məsələyə münasibətini öyrənin”, “Qraçov kimlərəsə zəng vursun, o, bu işlərə nə deyir” və sair kimi cəhdləri olubmu?

– Mən nə o barədə heç bir müzakirə eləməmişəm, nə də mənə bu haqda bir söz deyən olub. Ancaq, mən onun elə ilk görüşdəcə mənə, “sən ruhdan düşmüsən”, “sən sınmısan” deməsindən başa düşmüşdüm ki, bu, nə isə göndərilən adamdır. Yenə də əvvəldən tanışlığım olsaydı, münasibətimiz olsaydı, bəlkə də heç onun dediklərinin fərqinə bir elə də varmazdım. Ancaq, mütləq mənada, heç tanımadığm biri içəri girən kimi mənə bu sözləri deyə bilməzdi, deməməliydi. Əlbəttəki, elə orda da cavabını verdim və son günlərdə də, onun Leyla Yunus barəsində yazdıqlarını görəndə, gerçəkdən də əsəbləşdim. O gün Eynulla Fətullayevə zəng vurub dedim ki, o şərəfsizə denən mənim haqqımda da bildiklərini yazsın. Bütün hallarda vəkili olduğu şəxsin etibar etdiyi sirlərini və yazılarını ictimailəşdirməsi, onun ən böyük şərəfsizliyidir. Ayrıca da bir vəkilin bu cür davranması cinayət tərkibi yaradır və ümid edirəm ki, gec-tez bu məsuliyyəti daşımaq zorunda qalacaq.

 

Sən də paylaş...Tweet about this on TwitterShare on Facebook

Bu mövzuda ilk şərh:

  • 13/09/2017 at 11:05
    Permalink

    kiwi ogllu kiwi olar dunyada bir temiz adina llekke getirmez nanecibin ozu nnedi ogluu ne gezer orrtaliqda lotuluq eyler tamahhgar ooglunu tamah oldurer bir gun bboogazzin catiliq eyler inndi bu hepeend delleduz ve werefsizdir bewi alvercidir mmini dilennci budu azadligi kole millettin qocaassi ibnedir cavvani sarsaq men nee deyin xilsetiinnee bele milllettin uuca yaradanda kecib ffahiwe ve gedalaarin terrefiine iwimiz fenadir Serdar bey bele olmasa fahiwe ve gedalarr meyydan sulaya bilmmez

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir