ERMƏNİSTANDA DA BAYIL YOXDU Kİ SÜRÜŞÜB AYIBLARINI ÖRTƏ !!!

“YENİ MÜSAVAT”  XƏBƏR VERİR: 

“Ermənistanda panika –

“İLHAM ƏLİYEV TƏKCƏ İRƏVANI QAYTARMAYACAQ…”  !!!!

“Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi bəyanat Ermənistan cəmiyyətində əsl qorxu yaradıb.”!!!

 

Söhbətin nədən getdiyini, “Yeni Müsavat” saytından, sözügedən xəbəri (http://musavat.com/news/ilham-eliyev-tekce-irevani-qaytarmayacaq-ermenistanda-panika_504935.html) oxuyandan sonra özünüz dəyərləndirərsiniz. Düzdür, mən bu yazının dilindən və üslubundan bir şey qanammadım, cümlələrin tamamının təzədən tərcüməyə ehtiyacı var, ona görə. Amma “zato” başlıq  möhtəşəmdi, mükəmməldi  və başadüşüləndi. Açığı mənim sevincimin həddi-hüdudu yoxdu və bu  təəssüratların gətirdiyi heyrətlər içindəyəm. Hətta o qədər ki, hər nə qədər, düşmən millət olsa da, ermənilərə də, Ermənistan rəhbərliyinə də yazığım gəlir. Yazıqlar bu qışın oğlan çağında nağayrajaxlar aaa. Deyirəm ki, onların da Bayılı olsaydı və onu sürüşdürüb ayıblarının üstünü torpaqla örtə bilsəydilər. Amma onların Bayılı yoxdu və bu ayıbla dünyanın üzündə necə gəzəcəklərsə artıq…

Belə də baxanda, əcəb olur bu dığa balalarna, neçə ildi demirikmi ki,  Lazım gəlsə, biz də gələcəyik, adam olaydılar, sözdən qanaydılar daaa. Daha bundan sonrası nətəəri olacaq, görəcəklər. Necə deyərlər, artıq özü yıxılanların ağlamasına hacət yoxdu. Lazım da gəlir “uje” – Səməd Seyidovla Brüsseldən bir namə də göndərib ki, aprelin 1-də Bakıda olacaq, 11-də də seçki məntəqəsindən çıxıb, düz Yerevanacan gedəcək, arxasınca da, biz pencəyimizi çiynimizə atıb triumfla İrəvanın “Teatr” meydanına girəcək, qələbə mitinqi keçirib geriyə dönəcəyik. Bir nəfərin burnu da qanamayacaq, çünki biz ora gəlincə Ermənistan tam boşalacaq. Baxın, “Yeni Müsavat”ın yerli mənbəsi, üstüörtülü şəkildə də olsa, bunun anonsunu da verib. O deyir:

“Bizim hakimiyyət israrla Əliyevin özünə əminliyinin mənbəyinin, yumşaq şəkildə desək, dövlətimizin biabırçı vəziyyəti, dağıdıcı emiqrasiya olduğunu etiraf etməkdən boyun qaçırır. Ermənistandan gedən hər insan bununla türklər qarşısında özü də dərk etmədən daha bir qapı açır. Əgər belə davam etsə, Əliyev təkcə İrəvanı geri qaytarmayacaq, o həm də hamımızın evinə girəcək. İlham Əliyevin çıxışındakı aqressiv ton bizim hakimiyyətin nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, praqmatik siyasi əsasa sahibdir. Bu boşalan Ermənistanın, dövlətin gələcək perspektivinin, intitusional çöküşünün təzahürüdür (Musavat.com)”.

Hər şey bir qırağa qalsın, məni də Serjikin dərdi alıb, o yazığın vəziyyəti lap ağırdı. Bunu da mən demirəm haa, “Yeni Müsavat”ın mənbəsi özünün kripto məktubunda buna işarə vuran şifrələnmiş bir-iki cümlə yerləşdirib. Baxın görün Serjikin durumu məktubda necə ustalıqla çatdırılır:

“Ermənistan hakimiyyətinin nümayəndələrinin kəskin bəyanatları aşkar bir faktı, yəni öz siyasətlərinin fiaskosunu gizlətməyə yönəlib. Ermənistanın hər gün davam edən çöküşünün, milli ideal və gündəminin olmamasının İlham Əliyevi özünü daha əmin hiss etməsinə şərait yaradır. (Musavat.com)”

———————————————————————————————————–

P.S.

Bu arada,  məxfi mənbələr bildirirlər ki, Serj Sarkisyanın emissarları Bakdadılar və  Novella Cəfəroğlunun vasitəçiliyi ilə Azay Quliyevlə danışqlar aparırlar. Danışıqların əsas predmeti kimi, İrəvanın ilhaqından sonra Serjikə Eynulla Fətullayevin redaksiyasında siyasi sığınacaq verilməsidir  və onun burada,  ştatdankənar müxbir sifətində, çalşmasına şərait yaradılması müzakirə edilir.    

 

 

 

PAYLAŞTweet about this on TwitterShare on FacebookPrint this pageEmail this to someone

İlk sən şərhini göndər

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*