“EŞQ OLSUN, Ç. ABDULLAYEV”….!!!

Ədalət yusubovƏdalət YUSUBOV:

“İnanmaq istərdim ki, Ilham Əliyevin ətrafını tərk edən ilk ziyalı ÇİNGİZ ABDULLAYEV olacaq”

Çingiz AbdullayevZiyalılardan ilk olaraq Ç.Abdullayev danışdı. Təbii ki, ölkəmizdə ən populyar və bütün xalqımızı narahat edən mövzudan – Türkiyədəki hərbi çevriliş cəhdindən, qiyamın yatırılması zamanı və sonra baş verən rəzalətdən, Prezident Ərdoğanın indiki siyasi şəraitdə Türkiyə milli mənafeyini nəzərə alaraq siyasətdən getməli olduğundan və onun yol verdiyi ciddi səhvlərdən danışdı.

Ərdoğanın konstitusiyanı pozmasından, əsgər və zabitlərin aşağılanmasından, öldürülməsindən, mübahisəsiz siyasi lider kimi onun hakimiyyətinin uzun sürməsindən (13 il), azad fikrin və mətbuatın boğulmasından və bu səbəblərdən hamının o, cümlədən bütün ziyalıların onu tərk edəcəyini anons edərək, onun məhkum olması haqda fikir ifadə etdi.

Azərbaycanda, Türkiyədəki hadisələrə oradakı hakimiyyətin “gözü” ilə baxmayanların – ANS -in, QAFQAZ UNİVERSİTETİNİN, ZAMAN AZƏRBAYCAN qəzetinin taleyi hamıya bəllidir. Sorğusuz, sualsız , qanunsuz, qaydasız…….

Ç. Abdullayevin rəsmi şəxs olduğunu nəzərə alaraq düşünməli olursan, o nə istəyir?

ərdoğan ağladıilham-eliyev-51-300x242Belə görünür ki, Çingiz müəllimin hədəfi heç də Ərdoğan deyil, Ilham Əliyevdir.

Çünki Ərdoğanın ünvanına deyilən hər bir mənfi fikir nə qədər risklidirsə, onun adına sadaladığı bütün faktların daha eybəcər formada Əliyevin rəhbərliyində baş verməsini dolayısı yolla ifadə etmək daha risklidir. 

PUTİN ƏRDOĞAN İLHAM-003Düşünürəm ki, Konstitusiyanın tələblərinin şəxsən Ilham Əliyev tərəfindən dəfələrlə pozulması, hal hazırda onun monarxiya yaratmaq cəhdləri, ordudakı özübaşnalıq, əsgər ölümləri, mülki əhali arasında intihar hadisələrinin artması, respublikada baş alıb gedən rüşvətxorluq və korrupsiya, hüquqi nihilizmin tüğyan etməsi, söz azadlığının məhdudlaşdırılması və azad mətuatın sıxışdırılması, iqtisadiyyatın çökməsi, bank və maliyyə sektorunun çingiz abdullayeviflas həddinə çatdırılması, Azərbaycanın dövlətçiliyinin təhlükəyə sürüklənməsi, 24- cü il davam edən qanunsuz hakimiyyətin yaşına bərabər müddətdə nazır kürsülərinin qabiliyyətsiz qocalar tərəfindən işğalı faktları Çingiz müəllimi dilə gətirərək, tez və ya gec İLHAM ƏLİYEVİN MƏHKUM olacağını onun nəzərinə çatdırmağa vadar etmişdir.

İfadə etdiyi bu mövqedən sonra inanmaq istərdim ki, Ilham Əliyevin ətrafını tərk edən ilk ziyalı ÇİNGİZ ABDULLAYEV olacaq. 

Gözləyək.

1 şərh

  1. kiwi oglu kiwi olar dunyada bir temiz adina leke getirmez nanecibin ozu nedi oglu ne gezer ortaliqda lotuluq eyler tamahkar oglunu tamah oldurer bir gun bogazini catiliq eyler Allah Zalimi sevmez gerek zalim bunu qansinyalar 80 faiz yaltaq ziyalilarimiz zuy tutmaqlarini tergitsinler vallah sonra ne tarix onlari bagiwlayacaq ne dovlet nede millet haqqa gelin buraxin yaltaqliginizi qowulun Cingiz Abdullayeve

Aşağıdakı boşluğa yazın

Elektron poçt ünvanınız göstərilməyəcək.


*